Icma.az
close
up
RU
Universitetdə “Məzun günü” keçirildi

Universitetdə “Məzun günü” keçirildi

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Bakı Mühəndislik Universitetində (BMU) 2025/2026-cı tədris ili üzrə “Məzun günü” keçirilib. Məzun buraxılışında universitet rəhbərliyi, professor-müəllim heyəti, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, deputatlar Rizvan Nəbiyev, Elçin Mirzəbəyli, Vüqar Bayramov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri Araz Paşayev, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, məzunlar və onların valideynləri iştirak ediblər.

Tədbir Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış nitqində məzunları səmimi qəlbdən təbrik edən BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, məzun olmaq təkcə tələbəlik həyatının başa çatması deyil, eyni zamanda yeni məsuliyyətlər və imkanlarla müşayiət olunan mühüm həyat mərhələsinə keçiddir. Qeyd olunub ki, məzunların qazandıqları uğurların təməlində onların əzmi və zəhməti ilə yanaşı, müəllimlərinin fədakar əməyi, valideynlərinin isə sonsuz dəstəyi dayanır.

Rektor vurğulayıb ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə rəqəmsal transformasiya, innovasiya və yüksəkixtisaslı insan kapitalının hazırlanması dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Bu istiqamətdəki ardıcıl tədbirlərin davamı olaraq cari ilin fevral ayında dövlət başçısının rəhbərliyi ilə yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirilib, Fəaliyyət Planı təsdiqlənib və rəqəmsallaşma, elektron hökumət, süni intellekt, innovasiya sahələrində fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı mühüm Fərman imzalanıb. Fərmana əsasən yaradılan, Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə fəaliyyət göstərən Rəqəmsal İnkişaf Şurasının iki gün əvvəl keçirilən iclasında bu sahədə qarşıda duran prioritetlərin geniş müzakirə olunduğunu qeyd edən rektor müasir çağırışlara cavab verən yüksəkixtisaslı kadr hazırlığının strateji əhəmiyyət daşıdığını bildirib. Bu baxımdan, BMU-da son illərdə yeni ixtisasların açılması, İnformasiya və kompüter texnologiyaları fakültəsinin yaradılmasının ölkənin inkişaf prioritetlərinə uyğun mühüm addımlar olduğu diqqətə çatdırılıb.

Yaqub Piriyev bu il 10 yaşı tamam olacaq universitetin qazandığı uğurlardan bəhs edərək  son 2 ildə QS reytinqlərində yer almasına və ciddi irəliləyiş əldə etməsinə toxunub, habelə ali məktəbin beynəlxalq akkreditasiyalar, beynəlmiləlləşmə, ikili diplom proqramları və xarici tələbələrin sayının artırılması istiqamətində mühüm nailiyyətlərini vurğulayıb.

Bu il BMU-dan 1142 tələbənin məzun olduğunu, onlardan 75 nəfərinin fərqlənmə diplomuna layiq görüldüyünü deyən rektor universitetin məzunlarının məşğulluq göstəricilərinə görə ölkənin qabaqcıl ali təhsil müəssisələri sırasında yer aldığını nəzərə çatdırıb. Çıxışının sonunda Yaqub Piriyev məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayaraq onların qazandıqları bilik və bacarıqlarla ölkəmizin inkişafına mühüm töhfələr verəcəklərinə əminliyini ifadə edib.

Sonra çıxış edən qonaqlar-icra başçısı Abdin Fərzəliyev, Milli Məclisin komitə sədri Sadiq Qurbanov, deputatlar Rizvan Nəbiyev, Elçin Mirzəbəyli və Vüqar Bayramov məzunları əlamətdar gün münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Natiqlər ölkəmizdə gənclərin hərtərəfli inkişafı, keyfiyyətli təhsil alması və peşəkar mütəxəssis kimi formalaşması üçün dövlət tərəfindən yaradılan geniş imkanlardan bəhs ediblər. Bildirilib ki, bugünkü məzunlar müstəqil, güclü və qalib Azərbaycanın gələcəyinin qurucuları kimi qazandıqları bilik və bacarıqları ölkənin inkişafına yönəltməli, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesinə öz töhfələrini verməlidirlər. Çıxışlarda vurğulanıb ki, təhsildə iradə, məsuliyyət, zəhmət və məqsədyönlülük hər zaman uğurun əsas şərtləridir. Gənclərə daim öz üzərlərində çalışmağın, yeniliklərə açıq olmağın və cəmiyyətə faydalı vətəndaş kimi yetişməyin vacibliyi tövsiyə edilib. Eyni zamanda qeyd olunub ki, ali təhsil müəssisələri ölkənin intellektual potensialını formalaşdıran mühüm beyin mərkəzləri olmaqla yanaşı, rəqabətqabiliyyətli insan kapitalının yetişdirilməsində də əhəmiyyətli rol oynayır.

Çıxışlardan sonra BMU-nun Bədii yaradıcılıq bölməsinin hazırladığı  proqram təqdim olunub. Proqram çərçivəsində BMU-nun əcnəbi tələbələrinin ifasında səsləndirilən “Azərbaycan” mahnısı böyük maraqla qarşılanıb. Ardınca BMU-nun sosial-ictimai həyatında fəal iştirakına görə fərqlənən məzunlara fəxri fərmanlar təqdim olunub, həmçinin fakültə və ixtisas birinciləri, eləcə də universitet birincisi mükafatlandırılıb.

"Kompüter mühəndisliyi" ixtisasının məzunu, universitet birincisi Zərifə Əlili çıxış edərək 626 balla qəbul olduğu bu sahəyə marağının necə yarandığından danışıb. Universitetdə təhsil aldığı müddətdə qazandığı uğurları bölüşən Zərifə Əlili gənclərin müasir, keyfiyyətli və beynəlxalq standartlara uyğun təhsil alması üçün yaradılan geniş imkanlara, ali təhsilin inkişafına göstərilən davamlı diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Tədbir məzunların ənənəvi papaq atma mərasimi və tanınmış müğənni Röya Məmmədovanın (Hiss) ifaları ilə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 İyul 2026 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see356

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see326

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see296

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see235

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see221

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see214

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see210

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see195

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see189

UEFA Konfrans Liqası: Qarabağ Tvente yə qarşı

20 Avqust 2026 08:45see162

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see161

Avro və rubl bahalaşdı

20 Avqust 2026 09:13see160

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see159

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see156

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see153

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see152

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see149

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see148

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see140

Fransada yanğınsöndürənlər və xilasedicilər sentyabrın 26 dan müddətsiz tətilə başlayırlar

20 Avqust 2026 08:34see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri