Universitetdə oxuyanlardan çox peşə təhsilində oxuyanlara ehtiyac var Şirkət rəhbəri
Icma.az, Anews portalına istinadən məlumat verir.
Bu gün bazar göstəricilərinə baxanda universitetlərdən çox, peşə təhsilində oxuyanlara daha çox ehtiyac var. Bunu "Hünər Group" tikinti şirkətinin təsisçisi və İdarə heyətinin sədri Ehtiram Quliyev "Tikinti sektoru üzrə kadr hazırllğında dövlət-özək tərəfdaşlığının rolu" adlı tədbirdə çıxışı zamanı deyib.
"Bu mövzuda sovet vaxtının müsbət tərəfləri var idi. Dərəcələrə görə əmək haqqı tətbiq olunurdu. Peşə təhsilini oxumağa meyil də çox idi. Bazarın dinamiklərinə baxanda universitetdən daha çox peşə təhsilində oxuyanlara ehtiyac var. İndiki halda işləri podratçılara veririk. Əmək haqqı məsələsi birbaşa işçilərə çatdırılmır. Bu zaman da maliyyə problemləri çıxır. Düşünürəm ki, bu problemi çözməliyik", - Quliyev bildirib.
Şirkət rəhbəri vurğulayıb ki, burada ən vacib amillərdən biri sertfikasiya problemini həll olunmasına və əlavə dil öyrənilməsinə ehtiyac var.
Gülnar Nazimqızı
www.anews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 14 Yanvar 2025 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















