Icma.az
close
up
RU
Universitetə hazırlaşanlar üçün SEVİNDİRİCİ XƏBƏR

Universitetə hazırlaşanlar üçün SEVİNDİRİCİ XƏBƏR

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"2025-ci il üzrə ali təhsil müəssisələrinə qəbul planı Azərbaycan təhsil sistemində ciddi dəyişikliklərin və transformasiya cəhdlərinin davam etdiyini göstərir. Bu il qəbul plan yerlərinin sayının artırılması, yeni ixtisasların təqdim edilməsi, regional universitetlərin aktivləşdirilməsi və dövlət sifarişli yerlərin genişləndirilməsi istiqamətində atılan addımlar həm təhsil siyasətinin sosial yönümlü aspektlərini gücləndirir, həm də ölkənin strateji inkişaf prioritetləri ilə üst-üstə düşür".

Bu sözləri BAKU.WS-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib

Onun sözlərinə görə, bu qərarın arxasında ciddi pedaqoji, əmək bazarı və keyfiyyətlə bağlı suallar da var:

"Təhsil haqqında Qanunun 4-cü maddəsində göstərilir ki, təhsil sisteminin əsas məqsədlərindən biri cəmiyyətin sosial sifarişinə və əmək bazarının tələblərinə uyğun kadr hazırlığıdır. Bu kontekstdə plan yerlərinin artırılması anlayışı ilk baxışdan bu məqsədə xidmət edir. 2025-ci ildə qəbul planının 63-65 min nəfərə çatdırılması gözlənilir ki, bu da ötən illə müqayisədə təxminən 7-10% artım deməkdir.

Bu artım xüsusilə dövlət sifarişli yerlərin çoxaldılması, Qarabağ Universiteti kimi yeni ali təhsil müəssisələrinin tədris prosesinə cəlb olunması, eyni zamanda regional filialların aktivləşdirilməsi ilə əlaqədardır. Qarabağ Universitetinə bu il azı 2000 nəfərlik qəbul planı ayrılıb, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında isə bu rəqəm 400 nəfərdir.

Müsbət tərəflərdən biri ondan ibarətdir ki, bu artım ali təhsilə çıxış imkanlarını genişləndirəcək və regionlar üzrə ali təhsilin əlçatanlığını artıracaq. Beləliklə, sosial bərabərlik prinsipi gücləndiriləcək. Dövlət sifarişli yerlərin artması isə iqtisadi baxımdan daha zəif olan ailələrin övladlarının təhsil almasına şərait yaradacaq. Eyni zamanda qəbul planında informasiya texnologiyaları, mühəndislik, süni intellekt, kibertəhlükəsizlik, kənd təsərrüfatı mühəndisliyi və biotexnologiya kimi müasir və əmək bazarında tələbat yüksək olan ixtisaslara yer ayrılması bu sahədə kadr çatışmazlığının qismən aradan qaldırılması üçün pozitiv addımdır".

Ekspert əlavə edib ki, bu artımın arxasında dayanan keyfiyyət təminatı məsələsi ciddi suallar doğurur:

"Qəbul planının artması universitetlərin akademik və maddi-texniki potensialı ilə uzlaşmırsa, bu, nəticədə təhsilin keyfiyyətinə zərbə vura bilər. Dövlət Statistika Komitəsinin 2023-cü il məlumatına əsasən, ali məktəb məzunlarının yalnız 52%-i iki il ərzində ixtisasına uyğun işlə təmin olunub. Əgər plan yerlərinin artması bu göstəriciyə təsir etməyəcək, əksinə diplomlu, lakin bacarıqsız və işsiz gənclərin sayını artıracaqsa, bu zaman artımın özü problemə çevriləcək.

Ali məktəblərin plan yerlərinin artırılması onların infrastruktur imkanları, müəllim heyətinin peşəkarlığı, laborator baza və tədqiqat mühiti ilə uzlaşdırılmalıdır. Əgər universitetlər bu artıma uyğun əlavə resurs və dəstək almırsa, tələbə sayı artsa da, tədrisin keyfiyyəti düşəcək. Burada Təhsil haqqında Qanunun 9-cu maddəsində qeyd olunan "təhsilalanların bilik və bacarıqlarının dərinləşdirilməsi üçün zəruri şəraitin yaradılması" tələbi pozula bilər. Yəni, tələbə qəbul etmək hüququ olan ali məktəb bu tələbəyə keyfiyyətli təhsil vermək imkanına da malik olmalıdır. Əks halda, bu artım yalnız statistik göstəriciləri şişirtmək funksiyası daşıyacaq.

Dünya təcrübəsində ali təhsil planlaması yalnız tələbə sayı ilə deyil, əmək bazarının real analizi, regionların inkişaf prioritetləri və universitetlərin elmi-tədris tutumu əsasında tənzimlənir. Məsələn, Almaniyada qəbul planı federal səviyyədə əmək bazarının proqnozları əsasında müəyyənləşdirilir. Eyni zamanda universitetlərə əlavə tələbə qəbul etmək üçün maddi dəstək və akademik infrastruktur təmin olunur. Finlandiyada isə yeni ixtisaslar açıldıqda əvvəlcə pilot proqramlar tətbiq olunur, bu proqramlar müstəqil qiymətləndirmədən keçdikdən sonra geniş tətbiq edilir. Bu təcrübələr göstərir ki, yalnız rəqəmlə oynamaq yox, rəqəmin arxasındakı keyfiyyət təminatını qurmaq əsasdır".

Kamran Əsədov qeyd edib ki, 2025-ci ildə qəbul planının artırılması özlüyündə sosial və strateji baxımdan müsbət addımdır:

"Amma bu artımın universitetlərdə tədrisin səviyyəsinə, tələbələrin akademik nailiyyətlərinə, məzunların işlə təminat göstəricilərinə, ümumilikdə təhsil sisteminə necə təsir edəcəyi əsas sualdır. Bu suala cavab vermək üçün həm normativ baza yenilənməli, həm də ali təhsilin keyfiyyətə əsaslanan idarəetmə modeli qurulmalıdır.

Əgər bu artım məsuliyyətsiz və planlaşdırılmamış formada həyata keçirilərsə, nəticədə diplomlu, amma işsiz və ya ixtisasına uyğun olmayan sahədə çalışan gənclərin sayı artacaq, təhsilə olan ictimai etimad zəifləyəcək. Ona görə də bu artım paralel şəkildə tədris resurslarının artırılması, təcrübə bazalarının yaradılması, müəllim heyətinin gücləndirilməsi və universitetlərdə keyfiyyət mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi ilə müşayiət olunmalıdır.

Bizə təkcə çoxlu tələbə yox, keyfiyyətli məzunlar lazımdır. Təhsilin məqsədi diplom vermək deyil, cəmiyyətə dəyər qatan insan yetişdirməkdir. Bu məqsədlə qəbul planı artırıla bilər, amma bu artım ali təhsilin mahiyyətinə və keyfiyyətinə uyğun tənzimlənməlidir. Əks halda, bu artım təhsilin yükünü artıracaq, dəyərini yox".

Orxan Hüseyn

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:323
embedMənbə:https://baku.ws
archiveBu xəbər 14 May 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri