Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Universitetlərdə təcrübə müddətinin uzadılması nəyi dəyişəcək?

Universitetlərdə təcrübə müddətinin uzadılması nəyi dəyişəcək?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son dövrlər ali təhsil müəssisələrində təcrübə müddətinin artırılması məsələsi tez-tez müzakirə olunur.

Bu təklif ilk baxışdan tələbələrin bilik və bacarıqlarının gücləndirilməsi baxımından məntiqli görünsə də, problemin kökü təkcə zaman amili ilə məhdudlaşmır.

Reallıq göstərir ki, bəzi universitetlərdə tələbələr ya ümumiyyətlə praktikaya cəlb olunmur, ya da bu proses sadəcə formal xarakter daşıyır.

Yarım illik (bir semestr) davam edən təcrübə belə tələbəyə real iş vərdişləri qazandırmırsa, müddətin artırılması nə dərəcədə effektli olacağı suallar doğurur.

Bəs universitetlərdə təcrübə müddətinin uzadılması problemi həll edəcək, yoxsa əsas diqqət təcrübənin keyfiyyətinə və məzmununa yönəlməlidir?

Bu haqda “Cebheinfo.az”-a açıqlama verən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, biz 6 aylıq müddətin belə effektiv olmadığını gördüyümüz halda, müddət üzərində manipulyasiya etmək əslində real islahatdan qaçmaq deməkdir:

“Universitet təhsilində istehsalat təcrübəsinin müddətinin artırılması ilə bağlı müzakirələr son vaxtlar daha intensiv xarakter alsa da, biz məsələyə statistik göstərici kimi deyil, strateji bir boşluq kimi yanaşmalıyıq.

Bəzən elə təəssürat yaranır ki, təcrübə müddətini bir neçə aydan il yarıma, yaxud daha çoxuna qaldırmaqla bütün kadr problemlərini həll edəcəyik. Lakin reallıq bizi acı bir mənzərə ilə üz-üzə qoyur. Məzmunu boş olan, mexanizmi qurulmayan və nəzarətsiz qalan istənilən zaman kəsimi tələbə üçün itirilmiş vaxtdan başqa bir şey deyil.

Problemin kökü təcrübənin neçə ay davam etməsində deyil, onun necə keçirilməsindədir. Bu gün bir çox universitetlərdə təcrübə prosesi təəssüf ki, hələ də bürokratik bir formalizm səviyyəsində qalır. 

Tələbənin müəssisəyə sadəcə "möhür vurdurmaq" üçün getdiyi, müəssisənin isə tələbəyə "işimə mane olan kənar şəxs" kimi baxdığı bir mühitdə müddəti nə qədər artırırsınızsa artırın, nəticə dəyişməyəcək.

Biz 6 aylıq müddətin belə effektiv olmadığını gördüyümüz halda, müddət üzərində manipulyasiya etmək əslində real islahatdan qaçmaq deməkdir. Əsas məsələ tələbənin o müəssisədə çay daşımaq və ya sənəd surəti çıxarmaqla deyil, real layihələrin bir parçası olmaqla məşğul olmasıdır”.

Onun sözlərinə görə, təcrübənin real və faydalı olması üçün universitetlər "təhsil-elm-istehsalat" zəncirini kağız üzərindən iş masasına köçürməlidirlər. Bu prosesdə bir neçə fundamental addım mütləqdir:

“Universitet müəssisəyə tələbəni "yük" kimi deyil, potensial kadr kimi təqdim etməlidir. Müəssisələrlə imzalanan müqavilələr formal xarakterdən çıxmalı, hər bir tələbə üçün konkret "bacarıq xəritəsi" hazırlanmalıdır.

Həm universitet tərəfindən, həm də iş yeri tərəfindən təyin olunan rəhbərlər tələbənin gündəlik fəaliyyətini izləməli və qiymətləndirməlidir. Təcrübə sonunda tələbə sadəcə hesabat deyil, həyata keçirdiyi real bir tapşırığın nəticəsini təqdim etməlidir.

Əgər tələbə dördüncü kursda hələ də auditoriyada köhnəlmiş nəzəriyyələri dinləyirsə, onun müəssisədəki müasir texnoloji prosesə uyğunlaşması qeyri-mümkündür. Təcrübə təhsilin sonuna atılan bir "əlavə" deyil, təhsilin nüvəsini təşkil edən bir komponent olmalıdır”.

O qeyd edib ki, təcrübə prosesi şəffaf şəkildə izlənilməlidir:

“Tələbənin həqiqətən iş yerində olub-olmaması, hansı modulları mənimsəməsi rəqəmsal platformalar vasitəsilə qeydə alınmalıdır ki, "formal imza" ənənəsinə son qoyulsun.

Biz kadr hazırlığında "nə qədər vaxt?" sualından çox, "hansı keyfiyyətlə?" sualına cavab axtarmalıyıq. 
Yarım illik, hətta bir illik təcrübə belə, əgər tələbəyə peşəkar etika, komanda ilə iş və tətbiqi bacarıqlar qazandırmırsa, sadəcə diplomun arxasındakı boş bir bənddir. 

Universitetlər diplom mərkəzi olmaqdan çıxıb, əmək bazarının nəbzini tutan bir mərkəzə çevrilmək istəyirlərsə, ilk növbədə təcrübənin mahiyyətini dəyişməlidirlər. 

Keyfiyyət kəmiyyəti hər zaman üstələyir və bizim təhsil sistemimizə lazım olan əsl inqilab məhz bu yanaşma dəyişikliyidir”.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: Universitetlər Əmrah Həsənli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Yanvar 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri