Universitetlərə ayrılacaq subsidiyanın həcmi açıqlandı
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Dövlət dəstəyi olaraq bəzi ali təhsil müəssisələrinin xərclərinin qismən qarşılanması üçün 2026-cı ilin dövlət büdcəsində 100,1 milyon manat məbləğində subsidiya nəzərdə tutulub.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, bu cari illə müqayisədə 4,0 milyon manat və ya 4,1 faiz çoxdur.
Qeyd edək ki, növbəti il üzrə təhsil xərclərinə 5015,9 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2025- ci illə müqayisədə 78,6 milyon manat və ya 1,6 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 625,8 milyon manat və ya 14,3 faiz çoxdur.
Bizim.Media
Baxış sayı:90
Bu xəbər 11 Noyabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















