Icma.az
close
up
RU
Universitetlərə qəbul heç zaman asan olmayacaq Gözdən qaçan səbəblər

Universitetlərə qəbul heç zaman asan olmayacaq Gözdən qaçan səbəblər

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əvvəlcə onu diqqətə çatdırım ki, başlıq bizi qətiyyən aldatmasın; çünki universitetlərə qəbul yalnız  buraxılış və blok imtahanından asılı mexanizm deyil. Doğrudur,  istər buraxılış, istərsə də blok imtahanları qəbul prosesinin özəyini təşkil edir, amma tamını yox! Odur ki, “builki qəbul prosesi asan olacaq”,  yaxud, “ötən ildəkilərdən daha çətin olacaq” kimi deyimləri imtahan suallarının adına, onların asanlıq və çətinlik göstəricilərinə bağlamaq heç doğru deyil! Çünki qəbul prosesinin asan, yaxud, çətin təşkilini, builki rəqabətin ötən illərlə müqayisədə nə dərəcədə sadələşib-qəlizləşdiyini bir-birinə zəncir şəklində bağlanan bir neçə detala əsasən bilmək mümkündür. Başlayaq birincidən: bu,  cari ildə universitetlərə qəbulda iştirak  etmək istəyən müraciətçilərin, yəni, elektron ərizə qəbulu təsdiqlənmiş abituriyent və məzunların ümumi sayıdır. Bu il, ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu təsdiqlənmiş şəxslərin ümumi sayı 128765-dir. 

Ərizəsini təsdiq edənlərdən 124316 nəfəri Ali təhsil müəssisələrinə, 112881 nəfəri isə kolleclərə sənəd verən abituriyentlərdir. (Burada ümumi rəqəm cəminin üst-üstə düşməməsi bizlərdə çaşqınlıq yaratmasın. Çünki elektron sənəd qəbulu zamanı abituriyentlər eyni anda həm  universitet, həm də kolleclərə qəbul üçün müraciət edə bilərlər).

Bu isə ötən illərlə müqayisədə çox ciddi artımdır. Dövlət İmtahan Mərkəzinin rəsmi məlumatına əsasən, 2023-cü ildə 101.489, 2024-cü ildə isə 110.354 abituriyent və məzun universitetlərə qəbul üçün ərizələrini təsdiq ediblər. Bu illə ötən il arasındakı müraciətçi artımı 13962-yə bərabər. Deməli, 2025-ci ildə qəbul prosesinin çətinlik dərəcəsini birinci halqaya-elektron ərizə qəbuluna əsasən çətin olacağını güman etmək olar. Amma gəlin, hələ tələsməyək. Çünki zəncirin digər halqaları da var.

İkinci halqa isə buraxılış imtahanlarının çətinlik dərəcəsidir. Çünki qəbul prosesinin imtahan mərhələsi iki hissədən-buraxılış və blok-ibarət olduğundan buraxılışda toplanan nəticənin tələbə adını qazanmaq üçün böyük əhəmiyyəti vardır. 

Üstəlik, buraxılışda maksimum 300 ballıq göstəricinin 1/3-ni (yəni, 100 ballıq həddi), həmçinin, buraxılış fənlərinin hər hansı biri üzrə nisbi bal məhdudiyyətini keçə bilməyənlər yalnız  “150 ballıq ixtisaslar” kimi tanınan məhdud saylı ixtisasları seçə biləcəklər. Builki buraxılış imtahanlarının 2 mart tarixində 57 mindən çox şagirdi əhatə edən yalnız  bir hissəsi geridə qaldığından,  67 mindən çox abituriyentin isə 2 gündən sonra imtahan verəcəyi səbəbindən nəticələr təbii ki, hələlik kimsəyə məlum deyil. Lakin çox zəruri bir detalı vurğulayaq: ötən il buraxılış imtahanı əvvəlkilərlə müqayisədə xeyli asan təşkil olunduğundan bu abituriyentlərin də sevinc qaynağına çevrilmişdi. Amma qəbul prosesinin bir yox, bir neçə bir-birinə zəncirvari bağlı olduğu detalları nəzərə alanda gördük ki, buraxılışın asanlığı sonrakı proseslərdə nə dərəcədə çətinlik və çox güclü rəqabət yaratmış oldu. Deməli, biz builki qəbul prosesinin asan, ya çətin olduğunu yalnız və yalnız bütün halqaları açdıqdan sonra bilə bilərik. Hələlik isə bizə məlum yalnız ikinci halqa-buraxılış imtahanlarının nəticələrini gözləməliyik.

Üçüncü halda isə blok imtahanlarıdır. Blok imtahanlarının asanlıq, ya çətinlik dərəcəsi əsasən buraxılış imtahanlarının ümumi göstəricilərindən asılıdır. Çünki buraxılış imtahanlarında məsələn, ötən il olduğu kimi maksimal bal toplayanların, eləcə də 250-300 bal aralığında nəticə göstərənlərin sayında rekord qeydə alınsa, bu amil təbii ki, bloka ciddi təsir edəcək. Çünki hər il bütün ali təhsil müəssisələrimiz üçün ümumilikdə ayrılmış qəbul planı var ki, məhz onunla uzlaşmanın pozulmaması üçün buraxılış və blok imtahanları arasında balanslılıq qorunur. Sadə dildə desək, əgər buraxılış asan keçibsə,  blok nisbətən mürəkkəb, yox, qəliz təşkil olunubsa, o zaman nisbətən sadə keçirilir. Çünki ayrılan plan yerləri bizdən iki imtahan arasında çətinlik səviyyələrinə görə balansı qorumağı tələb edir. Əks halda, universitetlərə ixtisas seçimi müsabiqəsində biz ciddi xaosun şahidi ola bilərik.

Dördüncü halda isə, az öncə müəyyən qədər toxunduğumuz plan yerləri məsələsidir. Ali təhsil müəssisələrinə qəbul üçün ayrılan plan yerləri qəbul prosesinin ümumi barometri rolunu oynayır. Blok və buraxılış imtahanlarının çətinlik səviyyəsinin necəliyini ümumi müraciətçi sayı (birinci halqa) ilə yanaşı, həm də plan yeri müəyyənləşdirir. Məsələn, ötən il ATM-lərə ayrılan plan yerləri 56 min, bu il isə 61 mindir. Yəni, 2024-cü illə müqayisədə plan yerləri 5000 qədərində artıq olacaq. Amma onu da nəzərə alaq ki,  bu ilki müraciətçi sayı ötən illə müqayisədə 13962-dir.  İlkin ehtimala əsasən, bu il ötən ilə nisbətdə təxminən 9 minə yaxın abituriyent universitetə qəbul ola bilməyəcək. Amma biz bu hesabalamaya tələsə bilmərik. Kökündən səhv etmiş olarıq. Çünki biz universitetə neçə nəfərin qəbul olunduğunu, neçəsinin isə “kəsildiyini” yalnız ixtisas seçiminə buraxılan abituriyentlərin ümumi sayına əsasən deyə bilərik. Buraxılış və blok imtahanlarının 90 %-lik periodu hələ həyata keçmədiyindən biz ixtisas seçimi barəsində nəzəri olaraq da nəsə deyə bilmərik.

Odur ki, hörmətli abituriyent, müəllim və valideynlər, indidən qəbul prosesi ilə bağlı səslənən fikirlərə, bunun buil asan ya çətin olacağı ilə bağlı deyilən iddialara qəti fikir verməməliyik. Bilməli olduğumuz yalnız bir detal var: bizdəki qəbul modeli prosesin çətinlik dərəcəsini sadaladığımız mexanizmlər əsasında ölçür. Buraxılışın asan olduğunu görüb sevinməyək, çətin olduğunu görüb üzülməyək. Çünki bu mexanizm mütləq bir-birinə uyğunlaşmalı olan digər göstəricilərdən də asılıdır. Göründüyü də odur ki, ümumi qəbul prosesi  nə zamansa kökündən dəyişməsə, hazırkı model öz şəffaflığı və ədalətliliyi ilə birlikdə həm də qəlizliyi ilə də yadda qalacaq. Əgər prosesin bütün halqalarına diqqət etsək...

Elmin Nuri

Təhsil məsələləri üzrə tədqiqatçı 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Mart 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see249

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see238

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see200

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see199

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see195

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see187

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see177

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see168

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see167

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see161

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see157

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see141

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see134

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see134

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see134

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see133

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see130

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see125

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri