Icma.az
close
up
RU
Universitetlərimizi ilk yüzlüyə necə salaq reytinq problemi...

Universitetlərimizi ilk yüzlüyə necə salaq reytinq problemi...

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Ekspert: “Elmin gəncləşməsi üçün ciddi addımlar atılmalı, elmə əlavə vəsait ayrılmalıdır”

“Ali təhsil müəssisələrimizin reytinq nəticələrini qaldıra bilmək üçün universitetlərin tədqiqat qurumları ilə birlikdə işini təşkil etmək lazımdır”. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev iki gün öncə “Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi” forumunda çıxışı zamanı deyib.

“Universitetlərin reytinqlərinin formalaşmasında ali təhsil müəssisəsinin reputasiyası, işəgötürülənlərin universitet haqqında fikirləri, tədqiqat komponentinin həcmi, müəllim və tələbə sayı, xarici tələbə və müəllim sayı kimi indiqatorlar nəzərə alınır. Bizdə bütün indikatorlar üzrə müsbət dinamika olsa da, tədqiqat komponenti bizi hələ də narahat edən məsələdir. Elmi tədqiqatlar aparılır, amma pərakəndə şəkildədir. Tədqiqat aparan alim hansısa universiteti təmsil etməlidir. Bunu təşkil edə bilsək, universitetlərimizin reytinqi artacaq”, - deyə nazir bildirib.

Nazir həmçinin qeyd edib ki, universitetlərin sayı çox, aparılan tədqiqat sayı isə azdır: “Buna görə də universitetlərin tədqiqat qurumları ilə birlikdə işini təşkil etmək lazımdır. Ölkədə elmin inkişafı naminə mütləq bu dəyişikliyi etməliyik. Bunu edə bilsək, təxminən 15-20 il ərzində universitetlərimiz beynəlxalq reytinqlərdə üst cərgələrdə olacaq”.

Bəs nazir fikirlərində nə qədər haqlıdır? 

Təhsil ekspertləri qeyd edir ki, elmi tədqiqatların pərakəndə olması universitetlərin reytinqini aşağı salan əsas faktorlardan biridir. Bu problemi həll etmək üçün universitetlər daxilində fəaliyyət göstərən tədqiqat mərkəzlərinin sayı artırılmalı və onların maliyyələşdirilməsi üçün əlavə resurslar ayrılmalıdır. Tədqiqatçılar yalnız öz adı ilə deyil, müəyyən bir universiteti təmsil etməklə fəaliyyət göstərməlidir. Bu, həmin universitetin tədqiqat məhsuldarlığını artıracaq.

Həmçinin beynəlxalq reytinqlərdə ön sıralarda olmaq üçün universitetlər aşağıdakı indikatorlarda irəliləyiş əldə etməlidir:

- Universitetlər sənaye ilə birgə layihələr həyata keçirməli və işəgötürənlərin müsbət fikirlərini qazanmalıdır.

- Xarici tələbə və müəllimlərin cəlb edilməsi üçün beynəlxalq proqramlar və tərəfdaşlıqlar genişləndirilməlidir.

- Müasir elmi məqalələrin nüfuzlu beynəlxalq bazalarda yayımlanması əsas hədəf olmalıdır.

Nazir qeyd edib ki, universitetlərin sayı çox, lakin tədqiqat sayı azdır. Ekspertlər bunun həlli üçün aşağıdakıları təklif edirlər:

- Kiçik və zəif universitetlər daha böyük və güclü universitetlərə birləşdirilə bilər. Bu, həm resursların daha səmərəli istifadəsini təmin edər, həm də daha güclü tədqiqat mərkəzlərinin yaranmasına şərait yaradar.

- Hər bir universitetin müəyyən ixtisas və ya sahəyə fokuslanması onların spesifik sahələrdə nüfuz qazanmasını asanlaşdıracaq.

Ekspertlər həmçinin hesab edir ki, tədqiqatlara ayrılan dövlət vəsaiti artırılmalı, eyni zamanda özəl sektor da bu prosesə cəlb edilməlidir.

Vüsal Kərimli 

Təhsil eksperti Vüsal Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Ekspert nazirin fikirləri ilə razılaşdığını deyib:

“Nazir Emin Əmrullayev bu məsələdə haqlıdır. Bunun səbəbi ondan ibarətdir ki, beynəlxalq reytinqlərdə irəliləmək üçün elmi tədqiqatların beynəlxalq baza olan elmetrik bazalar, məsələn, Scopus və ya Web of Science bazalarında məqalələrin çap edilməsi və onlara veriləcək istinadlar, eləcə də onların sənayeyə təsiri məsələləri mühüm əhəmiyyət daşıyır.

Son illərdə AMEA-nın xeyli sayda institutu Elm və Təhsil Nazirliyinin tabeliyinə keçdi və bunun nəticəsində bir neçə universitet həmin elmi təşkilatlarla müqavilələr imzaladı. Bu əməkdaşlıq çərçivəsində həmin tədqiqat mərkəzlərinin məqalələri, eyni zamanda universitetlərin elmi bazasına daxil edildi.

Bəli, müqayisə edəndə görürük ki, dünyanın əksər aparıcı universitetlərinin tərkibində yalnız təhsil deyil, eyni zamanda elmi araşdırma mərkəzlərinin sayı da kifayət qədər çoxdur. Onlar birbaşa tədqiqat institutları ilə əməkdaşlıq edirlər. Bu baxımdan hesab edirəm ki, nazir Emin Əmrullayev bu məsələdə haqlıdır. Lakin bu məsələnin icrası öz-özlüyündə böyük və mürəkkəb bir proses kimi görünür. Çünki əgər biz bu tipli işlərə başlamaq istəyiriksə, rasionallaşma və optimallaşma mövzularından danışmaq məcburiyyətində qalacağıq. Bir çox tədqiqatçı, dırnaqarası alimlərin proseslərdən uzaqlaşdırılması gündəmə gələcək. Bununla yanaşı, elmin gəncləşməsi üçün ciddi addımlar atılmalı, elmə əlavə vəsait ayrılmalıdır. Bundan başqa, düşünürəm ki, özəl sektorun da dəstəyi bu proses üçün mütləq şəkildə lazım olacaqdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Dekabr 2024 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri