Icma.az
close
up
RU
Universitetlərin distant təhsilə keçid hazırlığı: Hazırkı vəziyyət və gələcək perspektivlər

Universitetlərin distant təhsilə keçid hazırlığı: Hazırkı vəziyyət və gələcək perspektivlər

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son dövrlərdə distant təhsil müzakirə olunan mövzular arasındadır. Bu yaxınlarda Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən bununla bağlı standartlar da qəbul edildi.

Bəs, universitetlərimiz buna hazırdır?

Trend mövzu ilə bağlı universitetlər arasında sorğu keçirib.

İlk olaraq Azərbaycan Universitetindən Trend-ə bildirilib ki, AU-da tədrisin distant formada təşkili üçün müvafiq infrastruktur və maddi-texniki baza var:

"Həmçinin, bu sahədə kifayət qədər təcrübəmiz də var. COVID-19 pandemiyası dövründə və COP29 günlərində bu təcrübəni uğurla tətbiq etmişik. Universitet bu təhsil formasına tam hazırdır və bütün imkanlar mövcuddur".

Öz növbəsində Xəzər Universitetindən qeyd edilib ki, ali təhsil müəssisəsi lazımi texniki bazaya sahibdir:

"Xəzər Universitetinin bu sahədə heç bir problemi yoxdur".

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən də əlavə edilib ki, ADMİU-nun digər təhsil müəssisələri kimi pandemiya günlərindən sonra artıq distant təhsillə bağlı ciddi təcrübəsi var:

"Zaman-zaman bu təcrübə lazım olduğu məqamlarda istifadə olunur. Eyni zamanda ADMİU-nun elektron jurnalı fəaliyyət göstərir. Bu jurnal vasitəsilə həm müəllimlərimizin, həm də bütün tələbələrimizin özünə aid şəxsi profilləri var. Onlar tədris prosesinin qiymətləndirilməsini və digər prosesləri həmin jurnal vasitəsilə yerinə yetirə bilirlər. Eyni zamanda hər bir müəllim və tələbənin özünə aid olaraq universitet tərəfindən verilmiş mail adresləri var. Bu mail-lər vasitəsilə hər bir qrup Microsoft Teams proqramı vasitəsilə qeydiyyatdan keçib.Lazım olduqda isə həmin proqram vasitəsilə tədris davam etdirilir. Yəni, universitetimizdə distant təhsillə bağlı hər bir şərait nəzərə alınıb".

Azərbaycan Tibb Universitetindən isə bildirilib ki, ölkədə distant təhsilə keçid edilərsə ATU-da texniki baxımdan heç bir problem yaşanmayacaq:

"Amma qeyd etmək lazımdır ki, ATU-nun dərsləri çox spesifik və fərqli olduğuna görə distant və onlayn tədris forması bizdə çətindir".

Azərbaycan Texniki Universitetindən əlavə edlib ki, hazırda tədris ənənəvi qaydada davam etdirilir. Bununla yanaşı, distant təhsillə bağlı da AzTU geniş təcrübəyə malikdir. Zərurət olduğu təqdirdə AzTU distant tədrisə hər zaman hazırdı.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) bildiriblər ki, son illərdə dünya üzrə təhsil sistemində baş verən qlobal dəyişikliklər və texnoloji inkişaf fonunda ali təhsilin gələcək inkişaf istiqamətləri baxımından distant təhsilin imkanlarını nəzərə alaraq bu istiqamətdə işlər aparır:

"Xüsusilə, pandemiya dövründə, eləcə də bəzi digər mühüm hallarda (COP29 çərçivəsində ölkə üzrə dərslərin müvəqqəti onlayn formaya keçirilməsi, qarlı hava şəraitində dərslərin distant şəkildə davam etdirilməsi kimi) bu modelin sınaqdan keçirilməsi və tətbiq imkanlarının genişlənməsi baxımından mühüm təcrübə olmuşdur. Universitetimiz distant təhsilin təşkili və tətbiqi ilə bağlı bir sıra strateji addımlar atıb, müasir texnoloji bazaya əsaslanan infrastruktur yaradılıb. Onlayn tədris platformalarının istifadəsi, elektron tədris idarəetmə sisteminin (LMS) tətbiqi, müəllimlər və tələbələr üçün Moodle və Ms Teams kabinetlərinin yaradılması, rəqəmsal tədris resurslarının hazırlanması, müəllim heyətinin bu sahədə ixtisasartırma proqramlarına cəlb olunması və bu istiqamətdə daimi təkmilləşdirmələrin aparılması buna misal ola bilər.

Distant təhsilin hüquqi bazası yaradılacağı və icrasına başlanacağı halda ADPU bu yeniliklərin tətbiqinə tam hazırdır".
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 May 2025 08:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see214

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see210

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see171

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see165

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see156

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see151

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see147

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see145

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see145

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see139

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see136

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see134

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see133

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri