“Unutma məni” çiçəyi... Adı kiminsə dilindən çıxmış kövrək bir xahiş, ya da bir filmdən səhnə kimi səslənir
Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Yunanca adı Myosotis “siçan qulağı” mənasını verir. Çünki çiçəyin yarpaqlarının forması bu heyvanın qulağına bənzəyir. Bir çox ölkələrdə - Avropada, Asiyada, Amerikada, Cənubi Afrikada, Avstraliyada, Yeni Zelandiyada 50 -yə yaxın birillik, ikiillik, çoxillik növləri məlumdur. Yaşıllaşdırmada 10 növündən ikiillik bitki kimi geniş istifadə olunur. Azərbaycanda isə bu cinsin 9 növü bitir.
Bu gülün kök sistemi onun sadə, amma möhkəm təbiətini əks etdirir. Adətən səthə yaxın və nazik olur. Dərinliyə getməyən, lakin torpağa yaxşı yayılan lifli köklər suyu və qida maddələrini daha asanlıqla qəbul etməyə kömək edir. Bu xüsusiyyət onu rütubətli, yaxşı havalanan torpaqlarda yaşamağa uyğunlaşdırır.
Kök sistemi həm də torpağı qoruyur, eroziyanın qarşısını alır və digər bitkilərlə birlikdə təbiət balansını qorumaqda mühüm rol oynayır. Qışda fəaliyyətini azaltsa da, donmaya qarşı davamlıdır və yazda yenidən canlanır.
“Unutma məni” çiçəyi sevgi, sədaqət və xatirə simvoludur. Bu hekayə sevgilisini unutmağı xahiş edən bir cütlüyün hekayəsindən yaranmışdır. Əfsanəyə görə, cütlük çay kənarında gəzərkən, kişi suya yıxılır. Öləcəyini hiss edərək son gücüylə sevgilisinə bir dəstə çiçək atıb, "Unutma məni!" deyib. Kişi boğularaq həlak olsa da, onun sözləri və çiçəklər beləcə əbədiləşir.
Bu gülün adı da, özü də təsadüfi deyil. “Unutma məni” - həm adı ilə, həm də təbiətdəki roluyla yadda qalmağı bacaran nadir bitkilərdəndir.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 12 Noyabr 2025 22:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















