Icma.az
close
up
RU
Hökumət demoqrafik artımda maraqlıdırmı? İqtisadçıdan İLGİNC AÇIQLAMA

Hökumət demoqrafik artımda maraqlıdırmı? İqtisadçıdan İLGİNC AÇIQLAMA

Icma.az, Sitat.info portalına istinadən məlumat verir.

Milli Məclisdə çoxuşaqlı ailə anlayışında uşaq sayının 5-dən 3-ə endirilməsi ilə bağlı müzakirələr yenidən başlayıb. Lakin bu müzakirələrin real bir nəticə ilə yekunlaşacağı məsələsi müəmmalıdır.

İqtisadçı ekspert Xalid Kərimli Sitat.info-ya açıqlamasında bildirdi ki, bu məsələ müstəqil deputatların təklifi ilə həll olunmur, önəmli olan hökumətin mövqeyidir: "Çünki parlamentdə üstünlük hakim partiyaya- YAP-a məxsusdur. Əgər hökumət istəyərsə, o zaman bu dəyişiklik qəbul oluna bilər. Yəni, hər şey hökumətin mövqeyindən asılıdır. Mənim mövqeyim isə belədir ki, Azərbaycanda həqiqətən çoxuşaqlı ailə anlayışına düzəliş etmək lazımdır. Çünnki 5 və daha çox uşağı olan ailələrin sayı həddindən artıq azdır. Demoqrafik azalma gedir. Əslində çoxuşaqlı ailələr üçün də həddindən artıq yüksək müavinət və güzəştlər yoxdur. Amma istənilən halda bu güzəştlər daha çox ailə üçün əlçatan olmalıdır".

X.Kərimli vurğuladı ki, bu məsələ hökumətin Azərbaycanda ailələrdə uşaqların sayına olan münasibətindən asılıdır: "Hazırda demoqrafik artımın azalması hökuməti narahat etmir. Hazırda əsas sosial problemlər, iqtisadi artım problemi, məşğulluq problemi hökumətin gündəliyindədir. İnsanların sayı o zaman hökumət üçün problem olacaq ki, daha çox işçi qüvvəsi, daha çox insan lazım olsun. İndiki halda nə qədər doğumların sayı azalsa da, Qafqazda yenə ən böyük əhaliyə malik olan millətik.  İqtisadiyyatda da kütləvi olaraq işçi qüvvəsinə tələbat yoxdur, əksinə işsizlik problemi daha çoxdur. Bu mənada hökumətə əhalinin sürətli artımı lazım deyil. Ona görə də, istər çoxuşaqlı ailələrlə bağlı gedən müzakirələr, istər uşaqpulu ilə bağlı müzakirələr getsə də, hökumət tərəfindən nəzərə alınmır".

İqtisadçı müstəqillik əldə edildikdən bəri , əhali artımının ən çox Azərbaycanda olduğunu da qeyd edib: "Ötən əsrin 90 -cı illərində Cənubi Qafqazda dövlətlər müstəqillik əldə edəndə Ermənistanda əhali 3,2 milyon nəfər idi, indi 2,8 milyondur. Gürcüstanda 5,3 milyon  nəfər idi, indi azalıb - 3,7 milyon olub. Azərbaycanda isə əhali 7 milyon idi, indi isə 10 milyon olub. Ona görə də, düşünmürəm ki,  əhali artımının stimullaşdırılması hökumətin gündəliyindədir. Əhali artımını o ölkələr stimullaşdırır ki, orada artıq artım yoxdur və əhalinin sürətli qocalması problemi var. İşçi qüvvəsi tapılmadığına görə doğumları stimullaşdırırlar. Ancaq mən hesab edirəm ki, çoxuşaqlı anlayışı dəyilməlidir, çünki beşuşaqlı ailələr nadir nümunələrə çevrilib. Xüsusən də urbanizasiya problemi,  evlərin baha olması, yaşam şərtlərinin bahalığı uşaq sayı ilə bağlı ailələri düşünməyə vadar edir. Təbii ki, hər ailədə azı 3 uşaq olsa yaxşı olar. Son qərarı isə hökumət verəcək".

Nigar,

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://sitat.info
archiveBu xəbər 28 Noyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri