Icma.az
close
up
RU
Zəfər marafonunun ilk qələbə ünvanları

Zəfər marafonunun ilk qələbə ünvanları

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi 30 illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Vətən savaşının ilk günündə – sentyabrın 27-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin saat 6 radələrindən etibarən genişmiqyaslı təxribatlar törədərək ordumuzun cəbhəboyu zonada yerləşən mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və ağır artilleriya qurğularından intensiv atəşə tutması barədə məlumat yaydı.

Saat 12 radələrində Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət etdi. Dövlətimizin başçısı müraciətində sentyabrın 27-si səhər Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutması, mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananların olması barədə məlumat verdi.

Dövlətimizin başçısı Silahlı Qüvvələrimizin düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirdiyini və bunun nəticəsində düşmənin bir çox hərbi texnikalarının sıradan çıxarıldığını bildirdi. Günorta saatlarında isə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng etdi. Qardaş ölkənin dövlət başçısı Türkiyənin həmişə olduğu kimi, bu ağır gündə də Azərbaycanın yanında olduğunu vurğuladı.

Vətən müharibəsinin ilk günündə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Dövlətimizin başçısı Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının alınması ilə bağlı verdiyi göstərişlər əsasında ordumuzun genişmiqyaslı əks-hücum əməliyyatına başladığını elan etdi. İclasda Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin ön xəttinin yarıldığı, altı kəndin – Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd yaşayış məntəqələrinin işğaldan azad edilməsi barədə xalqımıza ilk müjdə verildi.

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda sentyabrın 27-də başlanan savaşın Ermənistanın Azərbaycana qarşı yeni təcavüz aktının son aylar ərzində Ermənistanın təxribatlarının, o cümlədən iyulun 12–16-da Tovuz istiqamətində hücum cəhdinin, avqustun 23-də Goranboy istiqamətində diversiya-kəşfiyyat təxribatının fəaliyyətinin davamı olduğu qeyd edildi. Yaranmış vəziyyətə görə tam məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyü vurğulandı.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva (Ombudsman) Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin növbəti dəfə kobud şəkildə pozulmasına və tələfatla nəticələnən təxribat cəhdlərinə etiraz olaraq bəyanat yaydı. Bəyanatda Ermənistan silahlı qüvvələrinin mülki insanların sıx şəkildə yaşadığı yerləri və obyektləri intensiv şəkildə atəşə tutması nəticəsində mülki əhali və hərbi qulluqçuların həlak olduqları və yaralandıqları, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəydiyi diqqətə çatdırıldı.

Sentyabrın 27-si saat 19 radələrində Prezident İlham Əliyev ölkəmizdə hərbi vəziyyətin elan edilməsi haqqında fərman imzaladı. Fransa Respublikasının Prezidenti Emmanuel Makron dövlətimizin başçısına telefonla zəng etdi. Saat 18:30-da isə Müdafiə Nazirliyi cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsinin azad olunması barədə məlumat yaydı.

Müharibənin ikinci günündə isə Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan Respublikasında qismən səfərbərlik elan edildi, komendant rejimi qüvvəyə mindi. Silahlı Qüvvələrimizin uğurlu əməliyyatı nəticəsində Murovdağ zirvəsi işğaldan azad olundu, mühüm əhəmiyyətə malik Basarkeçər – Ağdərə avtomobil yolu Azərbaycanın nəzarətinə keçdi.

Vətən savaşının ilk günlərindən Ermənistanın bu müharibəyə çoxdan hazırlaşdığı, işğalçı ordusunun tərkibində bir sıra xarici ölkələrdən cəlb etdiyi döyüşçülərin olduğu da üzə çıxdı. Müdafiə Nazirliyi mətbuat xidmətinin sentyabrın 28-də yaydığı məlumatda Ermənistan tərəfinin itkiləri arasında Suriya və Yaxın Şərqdən gətirilən erməni əsilli muzdluların da olması bu faktın təsdiqi idi.

Müharibənin ikinci günündə, eyni zamanda, Tərtər rayonunun Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizləndi, işğalçı ordunun xeyli sayda canlı qüvvəsi məhv edildi. Ağdərə istiqamətində işğalçı ordunun artilleriya bölmələrinə zərbələr endirildi, düşmən geri çəkildi. Qəsbkarın iki tankı, xeyli qüvvəsi, çoxlu sayda digər hərbi texnikası məhv edildi. Bütün bunlarla bərabər, ordumuz tərəfindən işğalçının 3 silah – sursat anbarı, onlarla texnikası və 550-dən çox canlı qüvvəsi sıradan çıxarıldı.

Sentyabrın 28-də həm də BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə Prezident İlham Əliyev arasında videokonfrans formatında görüş keçirildi. Dövlətimizin başçısı Baş katibə Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumat verdi.

Ölkə rəhbəri söhbət zamanı Antonio Quterreşə sentyabrın 28-də Ermənistanın təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutduğunu və bunun nəticəsində mülki şəxslərimizin və hərbi qulluqçularımızın həlak olduqlarını diqqətə çatdırdı. Prezident İlham Əliyev yalnız bundan sonra Azərbaycan tərəfinin özünümüdafiə məqsədilə uğurlu əks-hücum əməliyyatlarına başladığını vurğuladı.

Dövlətimizin başçısı BMT-nin Baş katibi ilə söhbətində Ermənistan tərəfinin belə hərbi təxribatları davamlı olaraq törətdiyini də xatırladıb. Bildirib ki, işğalçı ölkə 2020-ci ilin iyul ayında Azərbaycan – Ermənistan dövlət sərhədində buna oxşar təxribat həyata keçirib, avqust ayında isə erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd edib. Eyni zamanda, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirib ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır.

Beləliklə, torpaqlarımızın işğalı dövründə Ermənistan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə əməl etmədi, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin tövsiyələrinə, təkliflərinə məhəl qoymadı. Bunlara görə ona heç bir beynəlxalq təzyiq göstərilmədi. Belə bir münasibətə görə Ermənistan mövcud status-kvonu saxlamaq məqsədilə danışıqlardan yayınırdı. Prezident İlham Əliyev isə daim birmənalı şəkildə xalqımızın, dövlətimizin heç zaman Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyini bildirirdi.

Bu qətiyyət Ermənistanı da, onun havadarlarını da niyyətindən çəkindirməli idi. Amma buna baxmayaraq, Ermənistan yeni ərazilər işğal etmək niyyəti ilə istər dövlət sərhədlərindən, istərsə də işğal etdiyi ərazilərdən Azərbaycanın ərazilərinə hücumlar edirdi. Azərbaycan Ordusunun hissələri bu hücumların qarşısını qətiyyətlə alırdı.

Ermənistan ordusu isə yazının əvvəlində xatırlatdığımız kimi, 2020-ci il sentyabrın 27-də müxtəlif istiqamətlərdən müxtəlif təyinatlı silahlarla yenidən hücum etdi. Azərbaycan Ordusnunun hissələri bu hücumun qarşısını qətiyyətlə aldı. Prezident İlham Əliyevin əmri ilə ordumuz əks-hücum əməliyyatına başladı. Bu, Vətən müharibəsi idi.

Düşmən işğal etdiyi ərazilərdə müdafiə sistemi yaratmışdı, onu illərlə möhkəmlətmiş, təkmilləşdirmişdi. Yaratdığı “Ohanyan səddi” ilə qürurlanırdı, ordusunu və əhalisini Azərbaycan Ordusunun bu səddi keçə bilməyəcəyinə inandırmağa çalışırdı.

Beləliklə, Vətən müharibəsinin ilk günlərində ordumuzun döyüş əzmi, qələbə ruhu düşmənin müdafiə səddini darmadağın etdi. Müxtəlif istiqamətlərdə gedən döyüşlərdə işğalçını ağır məğlubiyyətlərə uğradı. Düşmən ordusu müqavimət göstərə bilmədi, bəzi döyüşlərdən sonra geri çəkilməyə məcbur oldu.

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış şanlı Zəfər yürüşümüzün –Vətən müharibəsinin başlamasından 6 il keçir. Məhz 2020-ci ilin payızında Azərbaycan Ordusunun əsgərindən yüksəkrütbəli zabitinədək hər bir mənsubu öz canı, qanı bahasına 30 ildən sonra təqvimdəki işğal tarixlərini Qələbə günləri ilə əvəz etdi.

Qədirbilən Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini, cəsarətini və fədakarlığını yüksək qiymətləndirir, müqəddəs amal uğrunda gözünü belə qırpmadan canından keçən şəhidlərimizin əziz xatirəsini uca tutur.

Hər günü bir qəhrəmanlıq dastanı olan, Azərbaycan tarixinə parlaq səhifə kimi yazılan Vətən müharibəsi ölkəmizin hərbi gücünün, Silahlı Qüvvələrimizin peşəkarlığının, Ordumuzun haqq işi uğrunda ədalətli savaşının nümayişinə çevrildi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı günün – sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsi qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

V.BAYRAMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri