Icma.az
close
up
RU
“Ürək xərçəngə qalib gəlir fikri elmi cəhətdən doğrudurmu?

“Ürək xərçəngə qalib gəlir fikri elmi cəhətdən doğrudurmu?

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

"Birbaşa ürəkdən başlayan şişlərə çox nadir hallarda rast gəlinir və bu şişləri demək olar ki, cərrahlar belə görmür. Bunun da bir neçə elmi səbəbi var. Əsas faktorlardan biri odur ki, ürək hüceyrələri bölünmür. Xərçəngin isə əsas prinsipi hüceyrənin bölünməsidir. Yetkin insan ürəyində isə demək olar ki, bu hüceyrələr bölünmür və çoxalmır. Bu da mutasiya ehtimalını azaldır". 

Bunu “Yeni Sabah”a tibb elmləri doktoru, professor Elnur Həsənov bildirib.

Onun sözlərinə görə, ürəkdə epitel toxumalarına az rast gəlinir:

“İkinci faktor ondan ibarətdir ki, ürək güclü qan dövranına malikdir və bu da toksinlərin, zərərli maddələrin orada yığılmasına imkan vermir. Ürəkdə epitel toxumalarına çox az rast gəlinir. Ən çox rast gəlinən xərçəng növləri də epitel hüceyrələrində törəyir. Ürəkdə əzələ və birləşdirici toxumanın çox, epitel hüceyrənin az olmasına görə, orada şiş yarana bilmir”. 

Elnur Həsənov vurğulayıb ki, kimyəvi proseslər ürəyə birbaşa yox, dolayı yollarla təsir edir:

“Siqaret, alkaqol, ultrabənövşəyi şüalar da ürəyə birbaşa təsir etmir. Bunlar birbaşa epitel toxumalarını zədələyir. Onları mutasiyaya uğradır. Kimyəvi maddələr də həzm prosesindən keçərək, birbaşa o toxumalara təsir edir. Bu faktorlar da ürəyə dolayı yolla təsir edir. Məsələn, damar zədələnməsi kimi. Ürəkdə hüceyrələrin bölünmə faktoru aşağı olduğu üçün xərçəng risqi də aşağı olur". 

Həkim qeyd edib ki, ürəkdə şişin bölünməsi üçün uyğun mikroətraf yoxdur:

"Ürək xərçəngə qalib gəlir" fikri poetik səslənsə də, elmi cəhətdən doğru anlayışdır. Əslində, o, xərçəngə qalib gəlmir, orada xərçəngin yaranması çox çətin olur. Orada mutasiyalar azdır və hüceyrələrin bölünməsi üçün şərait sabitdir. Şişin bölünməsi üçün uyğun mikroətraf yoxdur. Bu isə o deməkdir ki, ürəkdə xərçəngə  qalib gəlmək üçün heç döyüş də başlamır". 

Professor bildirib ki, immunitet sistemi də hər gün yaranan yeni hüceyrələri tanıyır və onları məhv edir:

"İmmun nəzarət sistemimiz olmasaydı, çoxumuz xərçəngdən ölərdik. Lakin ürəkdə hüceyrə bölünməsi az olduğu üçün orada immunitetin rolu az olur. Bədəndən yaranan bəzi şişlər var ki, immunitetdən gizlənə bilir. Toxuma mühiti ürəkdə şiş üçün əlverişli olmur. Həm quruluşuna, həm hüceyrə bölünməsinsə, həm də immun nəzarət sisteminə görə ürək xərçəng üçün qonaqpərvər olmayan  orqandır. Bu da bioloji baxımdan unikal və təəsiredici bir fenomendir". 

Aydan Hacıbalazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 İyun 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri