Icma.az
close
up
RU
525ci qəzet Ürəkləri fəth edən qəhrəman

525ci qəzet Ürəkləri fəth edən qəhrəman

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kamalə ABİYEVA

"Hərbi xidmətdə olarkən gördüyüm ən dürüst, əsgərə öz balası kimi dəyər verən, əsgərlər arasında fərq qoymayan, bir əsgəri ac olsa dünyanı dağıdan, əsgəri şəhid olanda balası kimi qan ağlayan komandirim - cənab polkovnik-leytenantım. Ən uca məqamda - Şəhidlik zirvəsindəsən" (Əsgər Bayramov).

"Rahat yat, qanın yerdə qalmadı. Gözəl insan, qayğıkeş komandir. Haqqın ödənməz sənin" (Fərid Yaqubov).

"Polkovnik-leytenant təkcə komandirim deyildi, həm də qardaşım idi. Ömrüm boyu bu şəxsiyyətə borcluyam" (Abdulla İmanlı).

1978-ci il iyunun 11-də Astaranın Məcitməhəllə kəndində on uşaqlı Orucovlar ailəsində dünyaya gəlmiş, ailənin altıncı övladı olan polkovnik-leytenant Nail Orucov əsgərlərin yaddaşında belə qalıb.

Nail Orucov 1985-ci ildə Qapıçməhəllə kənd məktəbinə gedib. 1988-ci il hadisələri başlayanda 10 yaşı vardı. Amma Vətənin kədərini anlayırdı, azadlıq çarpışmasını duya-duya böyüyürdü. Hərbçi olmağa qərar verdi. Rahatlıq tapmayan arzusu onu C.Naxçıvanski adına Hərbi liseyə apardı. Atası Rafael kişi cılız bədənli oğlunun hərbçi olmasına etiraz etmək istəsə də, onun vətən sevdalı böyük ürəyinə etiraz edə bilmədi. 1992-ci ildən C.Naxçıvanski adına Hərbi liseydə təhsil aldı. 1995-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil oldu, 1999-cu ildə "Motoatıcı tağım komandiri" kimi "leytenant" hərbi rütbəsi ilə Azərbaycan Silahlı qüvvələrinin sıralarında hərbi xidmətə başladı. Həmin ildən müxtəlif hərbi hissələrdə motoatıcı tağım komandiri, motoatıcı bölük komandiri, motoatıcı taborun qərargah rəisi, tabor komandiri və hərbi hissə komandirinin müavini kimi xidmət göstərdi. 2016-cı ilin sonunda ehtiyata buraxıldı.

Ehtiyatda olarkən Astara Telekommunikasiya Qovşağında mühəndis vəzifəsində çalışıb. Burada işlədiyi müddətdə də özünü bacarıqlı işçi kimi göstərib, məsuliyyətilə seçilib, kollektivin rəğbətini qazanıb.

Yaxınları, dostları, doğmaları deyir ki, o, ehtiyata buraxılanda da narahat idi. Hər mükafat alanda da "Heç olmasa bir kəndi, bir qarış torpağımızı işğaldan azad edə bilsəydim" - deyirdi.

Qardaşı Naib bəy deyir ki, o, hərbi xidmətə başlayan gündən Vətən savaşını gözləyirdi. Hər gün, hər an döyüşə hazır idi. Həmişə gözlərində bir günahkarlıq vardı.

Həyat yoldaşı Nigar xanımla əlaqə saxladım. Kövrəldi: "Gördüyüm gündən o, mənim qəhrəmanımdır. Ürəyimi fəth edib. Bu gün isə Nail Azərbaycan xalqının ürəyindədir. Çox ağırdır. Əsl dostu, yoldaşı, ailə başçısını itirmək ağırdır. Amma bilirəm ki, mən ağlayıb-sızlamamalıyam. O, təkcə Vətənə qüsursuz xidmət etməyib ki. O, qüsursuz övlad, dost, qardaş, ata olub. O, qüsursuz həyat yoldaşı idi. Həyatımın yoldaşı, qayğıkeş ata idi. Övladlarının təhsili onun üçün çox önəmliydi. Onun adına, cəsarətinə, igidliyinə layiq böyütməliyəm oğlanlarını. Nailin arzularını yerinə yetirməliyəm".

Nail Orucovun üç oğlu böyüyür: Ruslan, Əlihəsən və İbrahim. Ruslan və Əlhəsən Astara şəhər 2 nömrəli tam orta məktəbin məzunlarıdır. Hazırda tələbə adını daşıyırlar. Böyük oğlu Ruslan hərbi həkim olacaq. Əlihəsən AZMİU-nun tələbəsidir. Ailənin sonbeşiyi İbrahim isə "Dünya məktəbi"ndə oxuyur. Atası kimi hərbçi olmağa qərar verib.

Oğlu Əlihəsən deyir ki, son dəfə danışanda atası deyib ki: "Artıq böyümüsünüz. Təhsilinizə diqqət edin. Bayrağımızı, Vətəni sevin. Bir də dedi ki, qapımızdan bayraq asın".

"Atan mərd, şərəfli zabit olub. Savadlı, tələbkar idi. Postları birlikdə yoxlamağa gedərdik. Zarafatcıl idi. Bizə ruh verirdi. Torpaqlarımızı azad etmək idi amalı. Heyif ki, qələbə gününü görmədi. Qarabağ indi azaddı, rahat yata bilərsən" - Emin Abdullayev bunu oğlu Ruslana yazıb.

Savaşa gedəcəyini bilirdi. Axşam xanımını, oğlanlarını bir yerə yığıb söhbətləşdi: "Mütləq oxuyun. Ən güclü silahınız, dostunuz elminiz olmalıdır. Əgər qayıtmasam, diplomlarınızı məzarıma gətirin. Bir-birinizə dayaq olun. Vətəni sevin!" - Ruslan son söhbətlərindən danışır.

Əsgərlərinin yuxusuna girir polkovnik-leytenant Nail Orucov. Onlardan birinin səs yazısını dinlədim. Tələsik: "Yaxşıyam, ana. Komandirimə quran oxutdurun, yuxuma girib, bizim üçün çox narahat olurdu. Yenə narahatdır" - deyir.

Həmişə "ardımca" deyib, öndə olub. Döyüş yoldaşları "Üç övladınız var, özünüzü qoruyun" deyirmiş tez-tez. O isə "Mənim burada 350 oğlum var, onları qorumalıyam" - deyərmiş.

"Atanızla fəxr edin. Atanız qəhrəmanlıqla şərəfli döyüş yolu keçdi" - Rauf Abdullayev.

Qardaşı qızı Zəhra əmisinə yazdığı şeirdə deyir:

Ucaldın Şəhidlik zirvəsinədək,

Axır ki, arzuna çatdın, Nailim.

Əbədi, əvəzsiz bir xatirətək

Ürəklərdə məskən saldın, Nailim.

Qubadlı uğrunda gedən döyüşlərdə şəhid oldu. Canavar ləqəbli Surət deyir ki, "Postu verməyin" oldu son sözü. "Son gülləmizə kimi döyüşməliyik" - dedim.

Onun son tapşırığına əməl edilrər. Oğuz Arpaslanın döyüş xatirələrindən: "O, artıq şəhid olmuşdu, əli alnında idi, qan üzünə axırdı. Lakin o, yenə də gülümsəyirdi. Sanki şəhidlik zirvəsinə yüksəlməyi çoxdan gözləyirmiş. Arzusu çin olmuşdu. Qubadlı zirvəsini Polkovnik Orucov zirvəsi adlandırdıq sadiq əsgərləri olaraq. Bilirik ki, sənin ruhun O zirvədən Azərbaycana, Qarabağa baxaraq sonsuzadək gülümsəyəcək".

Şəhid polkovnik-leytenant "Azərbaycan bayrağı" ordeni, "Vətən" uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

İndi həm də Astaranın mərkəzi küçələrindən biri Nail Orucovun adını daşıyır.

"İlk dəfə eşidəndə qulağımda donub qaldı elə bil. Özünü də, səsini də unuda bilmirəm. Eşidirəm hər yerdə..." - deyir əsgəri Emil.

Emil haqlıdır. Onun səsini eşidəcəyik hər yerdə. Onların səsini eşidəcəyik. Ali Baş Komandanın "Qarabağ Azərbaycandır və nida!" - səsinə hay verən səslərini eşidəcəyik hər yerdə. Onların təbəssümü nur olub Azərbaycanımıza səpiləcək hər an.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Noyabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri