Icma.az
close
up
RU
Urmiya gölü ilə yanaşı məhv olan Azərbaycan şəhəri ARAŞDIRMA

Urmiya gölü ilə yanaşı məhv olan Azərbaycan şəhəri ARAŞDIRMA

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Əcəbşir şəhəri, Urmu gölünün fəlakətindən təsirlənən şəhər” yazısını təqdim edir.

Layihənin əvvəlki yazısını buradan oxuya bilərsiniz.

Əcəbşir şəhəri Şərqi Azərbaycan əyalətinin mərkəzi olan Təbrizdən 85 kilometr aralıda və Urmiya (Urmu) gölünün yaxınlığında yerləşir. Şəhər əslində Əcəbşir rayonunun (şəhristan) mərkəzində yerləşir və Cavan Qala və Qala Çay kimi daha kiçik şəhərlərlə əhatə olunub.

2017-ci ilin siyahıyaalınmasına əsasən, Əcəbşir şəhərinin əhalisi 70 min nəfərə, Əcəbşir rayonunun əhalisi isə 96 min nəfərə bərabərdir. Müsəlman və şiə olan əhali Azərbaycan türkcəsində danışır. Şəhərin bəzi kəndlərində, o cümlədən Gül Təpə, Görvan və Şiraz kimi kəndlərdə ələvi türkləri də yaşayır.

Əcəbşir şəhəri keçmişdən günümüzə

Azərbaycanın bir çox bölgələri kimi, Əcəbşir bölgəsinin də çox qədim tarixi var. Arxeoloji məlumatlara görə və əksər qədim sivilizasiyaların, mədəniyyətlərin çaylar və sular kənarında yarandığını və bölgədəki mağaraların, qaya sığınacaqlarının mövcudluğunu nəzərə alsaq, burada mağara adamlarının yaşadığını güman etmək olar. Burada bir sıra qədim mağaralar və qaya sığınacaqları müəyyən edilmiş və milli səviyyədə qeydə alınıb. Bundan əlavə, arxeoloji məlumatlara əsasən, Xalkolit dövrünə (Mis və Daş dövrü) aid olan Gül Təpə, Sıçan Təpə, Tikan Təpə kimi qədim təpələr və yerlərin də ən qədim dövrlərdə məskunlaşdığını bilirik. Daş Qalası və ya Zəhhak qalasının Əcəbşir şəhərindən yalnızca 25 kilometr aralıda yerləşməsi də bu bölgənin qədim tarixinin daha bir sübutudur.

Qacar şahzadələrinin sevimlisi

İslamdan əvvəlki dövrə aid beş tarixi qalanın bölgədə yerləşməsi, həmçinin Səfəvilər dövrünə aid Şiraz, Zeyvə, Qozulca və Həsən bəy Dizəsi qəbiristanlıqları ilə yanaşı Səlcuq-İlxanilər dövrünə aid çoxlu sayda məscid və tarixi tikililərin olması da bu bölgənin qədim tarixinin daha sonrakı dövrlərdə davam etdiyini göstərir. Əcəbşir bölgəsi Türk-Qacar ​​dövlətinin hakimiyyəti dövründə (1789-1925) də diqqətdə idi. Biz bilirik ki, Qacarlar dövründə Azərbaycan fövqəladə əhəmiyyətinə görə, həmin sülalənin vəliəhdinin iqamətgahı olub. Əslində vəliəhd Azərbaycanda iqamət edərkən Azərbaycanın hökmdarı da sayılırdı və hətta Qacar ​​şahlarının bəziləri Azərbaycanda doğulub. Nasirəddin şahın dövründə (1848–1896) onun oğlu Müzəffərəddin Mirzə Azərbaycanın vəliəhdi və hökmdarı idi. Müzəffərəddin Mirzə vəliəhd və hökmdar olaraq Azərbaycanda iqamət etdiyi dönəm Əcəbşir bölgəsinin idarəsini Qacar ​​şahzadələrindən Məlik Qasım adlı birinə həvalə etmişdi. Məlik Qasımın və ondan sonra yerinə keçən iki oğlunun - Rza Qulu Mirzə və İmam Qulu Mirzənin bu rayonun tərəqqisində, inkişafında, çiçəklənməsində böyük rolları olub.

Şəhərin tərəqqi səbəblərindən biri də qədim və məşhur Azərbaycan-İraq-Şam yolunun üstündə olmasıdır. Bu səbəbdən orada prestijli iqamətgahlar və karvansaralar yerləşirdi. Böyük Azərbaycanın Bakı, Gəncə, Naxçıvan, Ərdəbil, Təbriz kimi şəhərlərindən İraqdakı ziyarətgahları və Məkkəni ziyarət etmək üçün səfərə çıxan iri ticarət və zəvvar karvanları orada qısa və ya uzun müddət dayandıqdan sonra səfərlərini davam etdirirdilər. Ərazidə bu köhnə karvansaraların qalıqlarına dair çoxsaylı nümunələrə rast gəlmək olar. Hazırda çoxu xarabalığa çevrilmiş olsa da, bu binalar hələ də şəhərin qədim tərəqqisindən və şanlı keçmişindən xəbər verir.

Rahmanlı limanının bu günü

Münbit torpaqlara malik olması, Urmiya gölünün yaxınlığı, yeraltı su ehtiyatları və gur çayların varlığı bu bölgədə tarixən əkinçiliyin çiçəklənməsinə səbəb olub. Lakin son illərdə Urmiya gölünün qurudulması bu bölgəyə, o cümlədən kənd təsərrüfatı sahəsinə bərpaolunmaz ziyanlar vurub. Bu zərərin böyüklüyünü yerli rəsmilər belə dəfələrlə etiraf ediblər. Həmin rəsmilərin bildirdiyinə görə, şəhərdə Urmiya gölünün sahilindəki quyuların 65%-dən çoxu şoranlaşıb və artıq istifadə olunmur. Gölə yaxın bir çox kəndlərin sakinləri evlərini və torpaqlarını tərk etmək məcburiyyətində qalıblar. Bu məsələ kənd təsərrüfatı sahəsinə külli miqdarda ziyan vurub və ekoloji problemlər yaradıb, eyni zamanda bölgənin sakinlərinin həyatını da təhlükə altına alıb.

Bir vaxtlar yük və sərnişin gəmilərinin lövbər saldıqları Rahmanlu limanı bu gün xarabalığa çevrilib. Əgər limana baş çəksəniz, o səsli-küylü hərəkətli səhnələri görmək əvəzinə, kədərli, hüznlü bir səssizlikdən başqa heç nə görməyəcəksiniz. Nə qədər insan bu limanda çalışaraq özünün və ailəsinin dolanışını təmin edirdi. Bu gün onlar da göl kənarındakı kəndlərin sakinləri kimi məcburən başqa yerlərə köçmək məcburiyyətində qalıblar.

Əcəbşir türklüyün keşiyində

Güney Azərbaycanın başına gələn bu fəlakətləri görən Azərbaycan Türkləri, xüsusilə də Azərbaycan gəncləri bu məsələyə laqeyd qalmayıb. Bir yandan Urmiya gölünün qurudulmasına və torpaqlarının zəhərlənməsinə, bir yandan da bütün mədəni varlıqlarını təhlükə altında görən bu gənclər, Azərbaycan mədəniyyətini, tarixini, dilini, suyunu, torpağını qorumaq uğrunda ciddi fəaliyyətlərə başlamışdılar.

Günümüzdə Güney Azərbaycan türkləri, xüsusilə gənc nəsil, hökumətin bütün maneə və sərtliklərinə baxmayaraq, Azərbaycanlılığını, türklüyünü, mədəniyyətini, tarixini və dilini qoruyub saxlamağa qətiyyətli görünür. Mərkəzi hökumətin mədəni, iqtisadi və siyasi təzyiqlərinə qarşı qəti iradə ilə dayanan bu insanlar Güney Azərbaycana parlaq gələcək vəd edir. Düzdür, onların Azərbaycan mədəniyyətini silməyə çalışan dövlət qurumları ilə müqayisədə imkanları çox azdır, lakin onların sarsılmaz iradəsi yeni nəsil Güney Azərbaycan türklərində öz kimliyinə qayıtmaq istəyinin gündən-günə güclənməsinə səbəb olub.

Daha əvvəl Güney Azərbaycanın başqa şəhərləri və bölgələri haqında da yazdığımız kimi, baxmayaraq ki, son 100 ildə mərkəzi hökumət Güney Azərbaycan xalqını assimilyasiya etməyə çalışmış, Azərbaycanın mədəniyyəti, tarixi, incəsənəti, dili bu şəhərdə və Azərbaycanın digər şəhərlərində hələ də yaşamaqdadır. Azərbaycan rəqsi və musiqisi, azərbaycanlı həvəskarların çıxışları, aşıqların ifaları, bayatılar, Azərbaycan muğamatı, çərşənbə axşamı, Novruz bayramı, sayaçılar, kosa, təkəmçilər, Çillə gecəsi, “Koroğlu” dastanı kimi adətlər, dəblər, ənənələr və mənəvi zənginlikləri bu şəhərdə yaşadıqca demək ki, Azərbaycan da yaşayacaq.

Həsən Dəmirçi kimdir?

Bunu da qeyd etmək yaxşı olar ki, Əcəbşir bölgəsi böyük insanların doğulduğu və böyüdüyü yer olub. Şübhəsiz ki, bu böyük insanlar arasında Həsən Dəmirçi, yaxud Həsən Azərbaycanın xüsusi yeri vardır. Həsən Dəmirçi bütün məhdudiyyətlərə və məhrumiyyətlərə baxmayaraq, özünü Azərbaycan mədəniyyətinin və musiqisinin qorunub saxlanmasına və inkişafına həsr edən bir sənətkar idi. O, bəstələdiyi musiqilərlə, müxtəlif musiqi səhnələrində etdiyi çıxışlarla, yazdığı kitablarla, yetişdirdiyi tələbələrlə, çaldığı Azərbaycan tarı ilə və hərarətli və cəsarətli çıxışlarıyla Güney Azərbaycan türklərinin qəlbində özünə toxunulmaz bir yer açıb. Bunun üçün də Güney Azərbaycan türkləri onu Həsən Dəmirçi deyil, Həsən Azərbaycan deyə səsləməyi tərcih etdilər. Güney Azərbaycanın bu ölməz igid oğlu həyatının son anına qədər Azərbaycan eşqi ilə yaşadı və Azərbaycan eşqini yaşatdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://apa.az
archiveBu xəbər 27 Fevral 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri