Ursula fon der Lyayen Bakıya gəlir Tarix açıqlandı
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen 1 iyulda Azərbaycana gələcək.
Qaynarinfo-nun məlumatına görə, bu barədə "AnewZ" telekanalı xəbər verir.
Məlumata əsasən, bu səfər Avropa Komissiyası sədrinin Ermənistana səfərindən sonra baş tutacaq və onun 2022-ci ilin iyulundan bəri Azərbaycana ilk səfəri olacaq.
Qarşıdakı səfər zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin cari vəziyyəti və perspektivlərinin, enerji əməkdaşlığının, eləcə də regional proseslərin müzakirə olunacağı gözlənilir.
Brüsselin Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələri gücləndirmək səyləri fonunda baş tutacaq regional səfərdə Ursula fon der Lyayeni Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos müşayiət edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 26 İyun 2026 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















