Icma.az
close
up
RU
Uşağın mənafeyi əsas götürülür və bu, ən doğru qərardır EKSPERT

Uşağın mənafeyi əsas götürülür və bu, ən doğru qərardır EKSPERT

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Valideynlərin məsuliyyətsiz hərəkətlərinin ağırlığı uşaqların üzərinə düşməməlidir

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası valideynlik hüququndan məhrumetmənin əsasları ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Bildirilib ki, tərəflərin nikahı pozulduqda əgər ata iddiaçının valideynlik hüquqlarından məhrum olunması barədə tələbini qəbul edib, bunun müqabilində qarşı tərəfin birgə nikahından doğulmuş uşağa münasibətdə ondan aliment və digər hər hansı tələb irəli sürməyəcəyi ilə razılaşdığı halda, məhkəmə yenə də atanın aliment ödəməsini məcburi sayacaq. Hətta tərəflərdən biri valideynlik hüququndan imtina etsə belə və məhkəmə bu barədə qərar versə də, aliment ödəmək hüququ qüvvədə qalacaq. Ali Məhkəmənin mövqeyi budur ki, hər hansı bir şəxsin hüquqları və qanunla qorunan mənafeyi pozulursa, məhkəmə belə hərəkətləri qəbul etmir. Atanın öz valideynlik hüququndan imtina etməsi uşağın mənafeyinə toxunan məsələ olduğundan, məhkəmə iddianı qəbul etmir. 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Sherg.az”a açıqlamasında məhkəmə Kollegiyasının doğru qərar verdiyini bildirdi:

- Burada uşağın mənafeyi əsas götürülür və bu, ən doğru qərardır. Valideynlərin məsuliyyətsiz hərəkətlərinin ağırlığı uşaqların üzərinə düşməməlidir. Valideynlik hüququndan imtina uşağın sosial müafiəsini zəiflətməməlidir. İstər ata olsun, istər ana, uşağın maddi rifahı əsas götürülməlidir. İki şəxs övladlarının mənəvi zərbə alacağını düşünmürlər, boşanırlar, halbuki dövlət uzun illərdir uşaqların ailələrə qaytarılması, ailə ortamında böyüməsi istiqamətində ciddi işlər aparır. Bu tərəfdə isə bir şəxs bəlkə də şəxsi ambisiyalarını önə çəkir və alimentdən də imtina edir, təki tərəflərdən biri valideynlik hüququndan imtina etsin. Bəs uşaq? Onun gələcəyi necə olacaq? Məhkəmənin açıqlamasından da, daxil edilən iş materiallarına baxanda da görünür ki, Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası belə bir rəy verib ki, valideynlik hüququndan məhrum edilmə uşağın mənafeyinə uyğun deyil. Bu baxımdan iddia uşağın mənafeyinə zidd olduğundan qəbul edilə bilməzdi. Məhkəmə Kollegiyası da doğru qərar verib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Avqust 2026 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri