Icma.az
close
up
RU
Uşağın sözə baxmasını 5 dəqiqəyə təmin edən gizli üsul

Uşağın sözə baxmasını 5 dəqiqəyə təmin edən gizli üsul

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Təsəvvür edin: uşaq yenə də oyuncaqları yerinə qoymayıb. Siz isə əsəbiləşmək və qışqırmaq əvəzinə... bir qutu çıxarırsınız.

Sakit səslə deyirsiniz:

"Yerdə qalan hər şey nənənin evinə qonaq gedəcək". Və burada sehr başlayır: uşaq maşıncığını götürüb rəfə qaçır. Bu üsul “təbii nəticələr metodu” adlanır.

Lent.az bu mövzu ilə bağlı məlumatları təqdim edir:

Bu üsulun mahiyyəti nədir?

Məqsəd hədələmək deyil, həyatın özünün dərs verməsinə şərait yaratmaqdır. Məsələn, uşaq papaq geyinmək istəmir? O zaman qoy papaqsız çıxsın.

Soyuyacaq? Növbəti dəfə isti geyinməyi özü istəyəcək. Əsas məqam — kinayə ilə yox, yumşaq dillə davranmaqdır.

Qışqırıq qorxu yaradır. Sakit və davamlı qaydalar isə məsuliyyət hissi formalaşdırır. Və əlbəttə, nənə oyuncaqları “qaytara bilər” – uşağın otağı səliqəyə salmasından sonra.

Bəs daha ciddi vəziyyətlərdə necə davranmalı?

Tutaq ki, uşaq ev tapşırığını etməyə imtina edir. Qışqırmaq və mübahisə əvəzinə sakitcə deyin:

"Oldu, amma sabah məktəbə tapşırıq etmədən gedəcəksən".

Qoy müəllim ona irad bildirsin – bu, artıq onun məsuliyyət zonasıdır.

Valideynin son anda köməyə qaçması doğru deyil. Bəli, yazığınız gələcək, amma bu, uşağın səylərin dəyərini anlamasına kömək edəcək.

Əlavə bir lifehack (hiylə): Taymerdən istifadə edin

Deyin:

"10 dəqiqədən sonra cizgi filmlərini söndürürük. Oyuncaqları indi yığacaqsan, yoxsa sonra?"

Bu, uşağı vaxt planlaşdırmağa və seçim etməyə öyrədir.

Ən vacib qayda - razılaşmalara əməl edin!

Əgər siz geri çəkilib “bir seriya da bax” deməyə icazə versəniz, uşaq öyrənəcək ki, qaydalar pozula bilər. Bu üsul uşağa həm məsuliyyət, həm də nəticə arasında əlaqəni izah etməklə, sülh və qarşılıqlı hörmət içində nizam yaratmağı hədəfləyir.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 May 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri