Icma.az
close
up
RU
Uşağın yanında pulumuz yoxdur deməyin Psixoloq

Uşağın yanında pulumuz yoxdur deməyin Psixoloq

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Uşaqların yanında danışılan mövzular onların düşüncə tərzinə, emosional vəziyyətinə və davranışlarına birbaşa təsir göstərə bilər. Bəzən böyüklərin adi hesab etdiyi söhbətlər belə uşaqlarda qorxu, narahatlıq və ya yanlış təsəvvürlər yarada bilir. Bəs uşaqların yanında hansı mövzuların müzakirəsindən çəkinmək lazımdır və bunun onların psixologiyasına təsiri nə ola bilər?
Məsələ ilə bağlı psixoloq Elnur Rüstəmov Demokrat.az-a bildirib ki, uşaqların yanında hansı mövzuların danışılmaması məsələsinə qəti qadağalar prizmasından deyil, onların yaş xüsusiyyətləri və emosional hazırlıq səviyyəsi baxımından yanaşmaq daha doğrudur:
"Uşaq ətrafında baş verən hadisələri eşidir, müşahidə edir və özünəməxsus şəkildə mənalandırır. Buna görə də bəzi mövzuların uşağın yanında nəzarətsiz və emosional şəkildə müzakirəsi onun psixoloji sağlamlığına mənfi təsir göstərə bilər. İlk növbədə ailədaxili münaqişələr, boşanma prosesləri, xəyanət, tərəflər arasında ittihamlar və aqressiv mübahisələr uşaqların yanında müzakirə edilməməlidir. Uşaq valideynlərini təhlükəsizlik mənbəyi kimi görür. Onların arasında davamlı gərginlik müşahidə etdikdə özünü təhlükədə hiss edə, narahatlıq və günahkarlıq yaşaya bilər. Bəzi uşaqlar hətta valideynlərin problemlərinə görə özlərini məsul hesab etməyə başlayırlar. Maddi çətinliklər, borclar və ailənin iqtisadi problemləri də uşağın yaşına uyğun olmayan formada müzakirə olunmamalıdır. Əlbəttə, uşağa ailənin maliyyə vəziyyəti barədə müəyyən məlumat vermək mümkündür. Lakin “pulumuz yoxdur”, “evimizi itirəcəyik”, “gələcəyimiz məhv olub” kimi ifadələr uşaqlarda güclü narahatlıq və qeyri-müəyyənlik hissi yarada bilər. Uşağın özünün və ya digər insanların fiziki xüsusiyyətlərini, zəif tərəflərini alçaldan söhbətlərdən də uzaq durmaq lazımdır. Uşaqlar böyüklərin münasibət modelini mənimsəyirlər. Başqalarını təhqir edən, lağa qoyan və ya ayrı-seçkilik yaradan söhbətlər onların dəyər sisteminə mənfi təsir göstərə bilər.
Valideynlərin digər ailə üzvləri, müəllimlər və ya yaxın qohumlar haqqında davamlı mənfi danışması da arzuolunan deyil. Uşaq bir tərəfdən həmin insanlarla münasibət qurmağa çalışır, digər tərəfdən isə onlar haqqında neqativ fikirlər eşidir. Bu ziddiyyət onun emosional dünyasında qarışıqlıq yarada bilər. Cinayət, zorakılıq, qəddarlıq və faciə xarakterli hadisələrin detallı şəkildə müzakirəsi də uşağın yaşına uyğun aparılmalıdır. Xüsusilə kiçik yaşlı uşaqlar belə məlumatları emal etməkdə çətinlik çəkirlər və nəticədə qorxu, kabuslar, yuxu pozuntuları və həyəcan halları yarana bilər. Uşağın özünü qiymətləndirən və şəxsiyyətinə zərbə vuran ifadələr isə ən təhlükəli mövzulardan biridir. “Səndən adam olmaz”, “qardaşın səndən yaxşıdır”, “sən bacarıqsızsan” kimi cümlələr uşağın özünəinamına ciddi zərər vurur və uzunmüddətli psixoloji izlər buraxa bilər.
Əsas prinsip ondan ibarətdir ki, uşağın yanında aparılan hər bir söhbət onun emosional təhlükəsizliyini qorumağa xidmət etməlidir. Uşaqlar böyüklərin düşündüyündən daha çox eşidir, anlayır və yadda saxlayırlar. Buna görə də valideynlər və böyüklər yalnız uşağa dediklərinə deyil, onun yanında bir-birlərinə dediklərinə də diqqət yetirməlidirlər. Uşağın sağlam psixoloji inkişafı üçün evdə təhlükəsiz, hörmətli və etibarlı ünsiyyət mühiti formalaşdırmaq son dərəcə vacibdir", - deyə o qeyd edib. 
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 İyun 2026 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri