Icma.az
close
up
RU
Uşağınızın telefonu varsa, bu qaydanı bilməlisiniz XƏBƏRDARLIQ

Uşağınızın telefonu varsa, bu qaydanı bilməlisiniz XƏBƏRDARLIQ

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Artıq məktəblər başlayıb, valideynləri düşündürən məsələlərdən biri də uşaqların telefon istifadəsidir. Bir tərəfdən dərslə bağlı bir çox şey artıq onlayndır və telefon lazım olur. Digər tərəfdən isə telefon uşağın fikrini dərsdən yayındıra bilər. Bəs məktəblinin telefonu olmalıdır, ya yox? Telefon uşağa nə qədər lazımdır?

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan təhsil eksperti, Politecnico di Torino Universitetinin doktorantı Etibar Vəzirov bildirib ki, telefonun tamamilə qadağan edilməsinin düzgün yanaşma deyil:

“Məncə, bu gün müzakirə “məktəblinin telefonu olmalıdır, ya yox?” sualından daha çox “telefon hansı yaşda, hansı məqsədlə və hansı qaydalarla istifadə edilməlidir?” sualı ətrafında aparılmalıdır. Çünki rəqəmsal texnologiyalar artıq təhsilin bir hissəsidir və telefonu uşağın həyatından tamamilə çıxarmaq nə realdır, nə də müasir təhsil yanaşmasına uyğundur. Marqarita pizza

Telefon dərs üçün faydalı vasitə ola bilər: şagird elektron resurslardan istifadə edə, müəllimlə əlaqə saxlaya, araşdırma apara və müxtəlif təhsil platformalarından yararlana bilər. Amma burada vacib məqam budur ki, telefon təhsil üçün zəruri vasitə deyil, düzgün istifadə edildikdə faydalı vasitədir. Eyni cihaz sosial şəbəkə, oyun və davamlı bildirişlər səbəbindən diqqətin ən böyük yayındırıcılarından birinə də çevrilə bilər”.

Ekspert məktəbdə telefon istifadəsinin sərbəst deyil, məqsədli olmasının vacibliyini vurğulayıb:

“Ona görə məktəbdə telefon istifadəsi sərbəst deyil, məqsədli olmalıdır. Dərs zamanı müəllim ehtiyac görmürsə, telefon kənarda saxlanılmalı, yalnız konkret tədris fəaliyyəti üçün istifadə edilməlidir. Valideyn nəzarətində də əsas məqsəd uşağın hər addımını izləmək deyil, sağlam rəqəmsal vərdiş formalaşdırmaqdır. Yaşa uyğun ekran vaxtı müəyyənləşdirmək, gecə telefon istifadəsini məhdudlaşdırmaq, sosial şəbəkə və tətbiqlərlə bağlı qaydaları əvvəlcədən razılaşdırmaq daha effektiv yanaşmadır. Yəni problem telefonun özündə deyil, onun nəzarətsiz və məqsədsiz istifadəsindədir. Məqsəd uşağı texnologiyadan uzaqlaşdırmaq deyil, ona texnologiyadan düzgün istifadə etməyi öyrətmək olmalıdır”.

Əsmətxanım Rzazadə


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 Sentyabr 2026 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri