Icma.az
close
up
RU
USAID humanitar yardım adı altında ölkələrin daxili işlərinə qarışmaq və təzyiq etməklə məşğul olub

USAID humanitar yardım adı altında ölkələrin daxili işlərinə qarışmaq və təzyiq etməklə məşğul olub

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

“USAID formal olaraq müstəqil dövlət agentliyi hesab olunsa da, birbaşa ABŞ prezidenti, dövlət katibi və Milli Təhlükəsizlik Şurasının tabeçiliyində idi. Onun rəhbəri və müavinləri ABŞ Senatının razılığı ilə ABŞ Prezidenti tərəfindən təyin olunurdu. Maliyyə vəsaitinin həcminə görə dünyanın ən öndə gedən təşkilatı idi, desək, yanılmarıq”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputatı Müşfiq Cəfərov qeyd edib ki, dünyanın 100-dən artıq ölkəsində nümayəndəliyi və 10 mindən artıq əməkdaşı olan USAID, guya ehtiyacı olan ölkələrə humanitar yardım etməklə məşğul olsa da, əslində onun fəaliyyəti bütün dünya üzrə QHT-ləri, xüsusilə medianı qanunsuz şəkildə maliyyələşdirərək ölkələrin daxili işlərinə qarışmaq, dövlətlərə qarşı təzyiq və hətta dövlət çevrilişləri üçün istifadə etmək idi.

Müşfiq Cəfərov

“Müstəqil siyasət yürüdən ölkələrdə qarşıdurma və xaos yaratmaqla məşğul olan ABŞ Beynəlxalq İnkişaf Agentliyi – USAID hazırda çətin günlərini yaşayır. USAID-in əməlləri elə yarandığı ölkədən ifşa edilir. Bu da özündə mühüm məqamlara işıq salmaqla yanaşı, artıq onun fəaliyyətinin sona çatdığını təsdiqləyir. “Rəngli inqilablar”a sponsorluq etməsi, bir çox beynəlxalq media qruplarına böyük maliyyə dəstəyi verməklə, müstəqil siyasət yürüdən dövlətlər barədə “müstəqil araşdırmalar” sifariş verməsi və beynəlxalq dezinformasiya kampaniyaları təşkil etməsi, ermənipərəst mövqeyi artıq öz təsdiqini tapmış faktlardır”-deyə deputat qeyd edib.

Müşfiq Cəfərov bildirib ki, USAID Azərbaycanda və bir çox ölkələrdə BMT-nin İnkişaf proqramı ilə birlikdə layihələr həyata keçirirdi.

“USAID nəinki BMT bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək, dünya ölkələrində fəaliyyəti davam etdirirdi. İndi hazırda bir çox ölkədən qovulan bu təşkilatın bundan sonra mövcudluğu özü bir müəmmadır.

Məlumdur ki, USAID beynəlxalq təşkilatlarla ABŞ vasitəçiliyi ilə fəaliyyət göstərirdi. Həm BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq təmsil etdiyi qurumun ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiq olduğunu qeyd edib. Düşünürəmki, artıq USAID-lə əməkdaşlığa maraqlı olan dövlət və ya beynəlxalq təşkilat olmayacaq”-deyə deputat vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Fevral 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri