Icma.az
close
up
RU
USAID in qara günləri hələ qabaqdadır

USAID in qara günləri hələ qabaqdadır

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın Administrasiyası Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və Dövlət Departamentinin xarici yardım müqavilələrinin 90 faizindən çoxunu ləğv etməyi planlaşdırır. Bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb. Agentliyin əldə etdiyi memorandumda Trampın tapşırığı ilə USAID-ə ayrılan maliyyə vəsaitlərinin nəzərdən keçirilməsinin nəticələri əks olunub. Qeyd edilib ki, ABŞ dünya üzrə yardımın ümumi məbləğini, təxminən, 60 milyard dollar azaltmaq niyyətindədir. USAID-in 54 milyard dollarlıq 6 min 200 çoxillik müqaviləsindən 5 min 800-ü, eləcə də Dövlət Departamentinin 4,4 milyard dollarlıq 9 min 100 qrantından 4 min 100-ü ləğv ediləcək.

Azaldılması nəzərdə tutulan 60 milyard dollarlıq yardım isə Ermənistanın ümumi daxili məhsulu (ÜMD) və dövlət büdcəsi ilə müqayisədə kifayət qədər böyük rəqəmdir. 2024-cü ildə Hayastanın ÜDM-nin həcmi, təxminən, 25,8 milyard dollar təşkil edib. 2025-ci ilin dövlət büdcəsinin gəlirləri 7,4 milyard, xərcləri isə 7,8 milyard dollar müəyyənləşib. Rəqəmlərin müqayiəsindən aydın olur ki, ləğv olunacaq yardımın həcmi Ermənistanın ÜDM-dən 3,1, dövlət büdcəsi gəlirlərindən 8,1, xərclərindən isə 7,8 dəfə çoxdur.+

Artıq yardımın ləğv edilməsi istiqamətində də müəyyən işlər görülür. USAID-in əsas olmayan müqavilələri ləğv edilir. ABŞ Dövlət Effektivliyi Departamenti 78 müqavilənin “düzgün icra edilməməsi və ya gözlənilən nəticəni verməməsi” səbəbindən ləğv edildiyini bildirib. Müqavilələrin dayandırılmasından əldə edilən qənaət 110 milyon dollara çatıb. Bağlanan proqramlar arasında mediaya, jurnalistlərə və qeyri-kommersiya təşkilatlarına maliyyə dəstəyi də daxildir. Yardımını itirən nəşrlər arasında Amerikanın “Politico”, “The New York Times” qəzetləri və “Associated Press” agentliyi də var.

Bununla yanaşı, Prezident Administrasiyası USAID-in əksər işçilərini məcburi məzuniyyətə göndərməyi və işdən çıxarmağı da planlaşdırır. Yalnız kritik funksiyalara cavabdeh olan işçilər öz vəzifələrini yerinə yetirməyə davam edəcəklər. Bu barədə iqtidar öz planlarını memorandumda və çərşənbə günü təqdim edilmiş məhkəmə sənədlərində açıqlayıb.

Onu da qeyd edək ki, Tramp Administrasiyası xərcləri azaltmaq üçün daha bir təkliflə çıxış edib. Təklifə əsasən, federal qurumlar ofislərini paytaxt Vaşinqtondan ölkənin digər bölgələrinə köçürməlidir. Bildirilib ki, Ağ evin İnzibati-Büdcə İdarəsi və ABŞ hökumətinin kadr idarəsindən müvafiq bildiriş bütün federal qurumların rəhbərlərinə göndərilib. Onlar aprelin 14-dək Vaşinqtondakı xərclərdən daha az büdcə tələb edən digər regionlara ofislərin köçürülməsi planlarını təqdim etməlidirlər.

“Associated Press” agentliyinin qeyd etdiyinə görə, həmin qurumlar aprelin ortalarına qədər işçi heyətinin ixtisarı ilə bağlı planlar da hazırlamalıdırlar. Eyni zamanda, ABŞ Prezidentinin fərmanına əsasən, federal qurumlarda xərcləri azaltmaq və səmərəliliyi artırmaq məqsədilə ödənişlərə nəzarət sistemi yaradılmalıdır.

Qeyd edək ki, ixtisarlar siyasəti davam edərkən daha bir epizod ABŞ federal agentliklərini sarsıdıb. Bu, İlon Maskın hökumət rəsmilərinə həftə ərzində gördükləri işlər və işdən çıxarmalar haqqında beş əsas bənddən ibarət hesabat təqdimatı tələb etməsi ilə bağlı olub. “The New York Times” nəşri bildirib ki, məmurların bir çoxu bu tələbə qarşı çıxıb. Pentaqonun şəxsi heyəti üzrə rəhbəri Darin

S.Selnik, işçilərin qiymətləndirilməsinin yalnız Müdafiə Nazirliyinin səlahiyyətində olduğunu və istənilən qiymətləndirmənin daxili prosedurlara uyğun aparılacağını deyib. Həmçinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Basil Gabbard Jones təsdiqləyib ki, kəşfiyyat rəsmiləri təhlükəsizlik və məxfilik səbəbi ilə Maska hesabat verməməlidir. Federal Tədqiqatlar Bürosunun direktoru Kaş Patel də onlarla eyni fikirdə olduğunu bildirib.

Federal qurumların rəhbərlərinin etirazları isə Trampı narazı salıb: “Bu tələbin məqsədlərindən biri həmin insanların, ümumiyyətlə, mövcud olub-olmadığını müəyyənləşdirməkdir. Bizim nəhəng bir hökumətimiz var, bu, milyonlarla insan deməkdir. Heç kəs bilmir ki, hökumətdə kim işləyir, kim işləmir. Əgər cavab vermirsinizsə, əslində, cəza veriləcək, fəaliyyətiniz bitəcək”.

O daha sonra deyib: “ABŞ-ın dövlət qulluqçuları, əgər İlon Maskın rəhbərlik etdiyi ABŞ Dövlət Effektivliyi Departamentinin tələbi ilə həftə ərzində yerinə yetirdikləri işlər barədə hesabat verməsələr, işdən çıxarılacaqlar”.

Bu açıqlamalardan da göründüyü kimi, tərəflər arasında gərginlik ketdikcə artır. Yada salaq ki, USAID-in maliyyəsinin kəsilməsi Tramp Administrasiyasının strategiyasının bir hissəsidir. Ağ evin məqsədi səmərəsiz və xərc tələb edən federal qurumlardakı bürokratiyanı azaltmaqdır. Bu siyasətin arxasında duran ideya ondan ibarətdir ki, yardım və inkişaf üzrə işlər beynəlxalq əhəmiyyət kəsb etsə də, hökumət resurslarının israfı kimi qəbul edilir. Bu strategiya ABŞ Dövlət Effektivliyi Departamentinin rəhbəri, sahibkar İlon Mask tərəfindən də dəstəklənir.

İlk baxışdan hər şey yaxşı görünür. Amma medalın arxa tərəfi də var. Əslində USAID-in ixtisarı ABŞ-ın qlobal təsirini zəiflədəcək. Bu addım həm də beynəlxalq sabitlik üçün risklərlə bağlı suallar doğurur. Çünki Vaşinqtonun xaricdəki mövcudluğunun azalması digər qlobal oyunçuların təsir imkanlarını artıracaq. Bu da demokratlar arasında narahatlıqlar yaradır.

Xatırladaq ki, Trampın Vaşinqtonun digər ölkələrə yardımını 90 gün müddətinə dayandırmaq əmri yanvarın 20-də dərc edilib. Bu agentlik 1961-ci ildə qeyri-hərbi xarici yardım göstərmək üçün yaradılıb. Təşkilat onlarla ölkədə humanitar layihələri maliyyələşdirib, lakin bir sıra hallarda dövlətlərin daxili işlərinə qarışıb. Dövlət çevrilişləri həyata keçirib. Onların uğurlu, uğursuz olanları olub. Son belə cəhd Serbiyada baş verib. Serbiya Prezidenti Aleksandar Vuçiç xarici ölkələrin onu vəzifəsindən uzaqlaşdırmaq üçün, təxminən, 3 milyard avro ayırdığını bildirib. Vuçiç əlavə edib ki, Serbiyada “sülh aksiyaları”nı maliyyələşdirən təşkilatlar arasında ABŞ-ın qalmaqallı Beynəlxalq İnkişaf Agentliyinin (USAID) qrant ayırdığı fond da olub. Məsələn, “Trag” adlı fond 28 milyon avro alıb. “Siz heç onun haqqında eşitmisiniz?”, – deyə Vuçiç təəccübünü bildirib.

Vuçiçin sözlərinə görə, xarici dövlətlərin sərmayələri üç məqsədlə izah olunur: Serbiyanın libertarian siyasətini məhv etmək, onun mövqelərini Xorvatiya, Bolqarıstan və Sloveniyanın xeyrinə zəiflətmək, həmçinin Serbiya hakimiyyətini “kukla teatrındakı marionetə” çevirmək.

Onu da qeyd edək ki, USAID tərəfindən maliyyələşən bu cür layihələr yüzlərlədir. Nüfuzu ləkələnmiş USAID-in adı dəfələrlə qalmaqallarda hallanıb. Demokratlar Partiyasının hakimiyyəti dövründə avtonom şəkildə fəaliyyət göstərən və Ağ ev Administrasiyasına hesabat verməyən qurumu Tramp ölkə büdcəsindən əsassız olaraq böyük məbləğdə pulu “yeyən” struktur hesab edir. Bu səbəbdən də onun maliyyələşdirdiyi layihələri bir-birinin ardınca ləğv edir.

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Fevral 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see480

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see471

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see235

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see226

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see222

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see214

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see210

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see195

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see192

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see184

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see184

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see183

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see181

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see176

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see176

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see171

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see170

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri