Icma.az
close
up
RU
USAID Milli Məclisə necə yol tapmışdı? İlginc faktlar ortaya çıxdı

USAID Milli Məclisə necə yol tapmışdı? İlginc faktlar ortaya çıxdı

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bir sıra ölkələrlə yanaşı, Azərbaycana qarşı da qərəzli mövqe sərgiləyən Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini fevralın 1-dən etibarən dayandırıb. Nəhayət, ABŞ rəhbərliyində də USAID-ın öz ölkələrinin maraqlarına zərbə vurduğu qənaətinə gəldilər. Əvvəlki ABŞ Adminstrasiyası dövründə digər ölkələrin daxili işlərinə qarışmaq, orada özlərinə uyğun siyasi qruplar yaratmaq üçün müəyyən cəhdlər edilirdi. Eyni zamanda qərb mədəniyyətinin də özünün qəbul etmədiyi müəyyən çirkin “mədəniyyət"ləri də zorla digər ölkələrdə yaymağa çalışırdılar.

Bunu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, yayılan məlumatlarda USAID-ın vəsaitinin qəbul edilməyən istiqamətlərə yönəldiyi aydın oldu:

“Azərbaycanda da bununla bağlı müxtəlif cəhdlər edilirdi. Ölkəmizin vətəndaş cəmiyyətində, hətta parlament səviyyəsində belə, onlar öz məqsədlərinə uyğun müəyyən “layihələr” həyata keçirməyə çalışırdılar. Mən bu təşkilatın nümayəndələrinin on illiklər bundan əvvəl parlamentdə keçirdiyi bir-iki tədbirində iştirak edirdim. Burada onların aqressiv şəkildə Azərbaycanın maraqlarına zidd olan fikirləri cəmiyyətə təlqin etməyinin şahidi oldum. Bu, sözsüz ki, biz deputatlar tərəfindən narazılığa səbəb olurdu. Hətta yadımdadır ki, deputat korpusunun girəcəyində USAID-ın böyük reklam plakatı vurulmuşdu. Bununla bağlı rəhbərliyə müraciət edəndə bildirdilər ki, onların parlamentlə iş birliyinin tələblərindən biri də, mütləq girişdə onların reklamlarının olması ilə bağlıdır. Sonradan həmin plakat yığışdırıldı. O cümlədən USAID Azərbaycan parlamenti ilə iş birliyinin mümkün olmadığını gördü. Daha doğrusu, parlament rəhbərliyi, deputatlar bu cür əlaqələrin ölkəmizin milli maraqlarına zidd olduğunu bilirdilər”.

Deputat vurğulayıb ki, hazırda USAID-ın Azərbaycanda fəaliyyəti qadağan olunub:

“Digər ölkələrdə də onun fəaliyyəti dayandırılır. ABŞ-nin yeni adminstrasiyası bu siyasətin dünya düzümünə ziyan vurduğunun qənaətindədir. ABŞ adminstrasiyasının yeni mətbuat katibi Karoline Leavitt açıq şəkildə bildirdi ki, “mən istəmirəm ödədiyim vergi bu cür çirkin layihələrdə istifadə edilsin”. Görünən odur ki, artıq dünya bir çox məsələlərə real, obyektiv, insanlıq dəyərləri baxımından yanaşmağa başlayıb. Vaxtilə Azərbaycanda USAID ilə yanaşı, dünyada başqa formada tanınan mərkəzlər də müxtəlif layihələr həyata keçirməyə çalışıblar. Onların məqsədi Azərbaycanda daxili siyasətə müdaxilə etmək, xalqımızın mənəvi dəyərlərinə zərbə vurmaq, cəmiyyətdə Ermənistanın ərazilərimizi işğalı məsələsinə dözümlülük yaratmaq və bununla barışmaq kimi ideyaları təlqin edirdilər”.

Aydın Mirzəzadə hesab edir ki, USAID kimi təşkilatların Azərbaycanı özlərinin təsiri altına almaq niyyətləri var idi:

“Bunların hamısına yox deyildi. Zaman-zaman Azərbaycana xaricdən uzanan əllər kəsildi. Bunların içərisində Azərbaycanda mövcud olan qeyri-hökumət təşkilatlarını (QHT) xaricdəki şübhə doğuran fondlardan maliyyələşməsi dayandırıldı. Eyni zamanda ölkəmizdə mətbuatın xaricdən maliyyələşməsinə son qoyuldu. Azərbaycanda İslam dinini gözdən salaraq, cəmiyyətimiz üçün xarakterik olmayan dini sektaların zorla yaradılmasının qarşısı alındı. Bütün bunlar onu göstərir ki, Azərbaycan öz dövlət müstəqilliyini bütün səviyyələrdə qoruya bilir. Obyektiv dünya da bu gün bir sıra dairələrin zorla bəşəriyyətin düşüncəsinə, ayrı-ayrı böyük dövlətlərin xarici siyasətinə yeritmək istədikləri cəhdlərin qarşısını almaq üçün addımlar atır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 06 Fevral 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri