Icma.az
close
up
RU
USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər RƏY

USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər RƏY

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlərin yenidən qurulması mümkündür.

Bu barədə “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi Mətin Məmmədli deyib.

Ekspert qeyd edib ki, son günlərdə Tramp administrasiyası xarici siyasətlə bağlı bəzi ziddiyyətli qərarlar qəbul edir:

“Ziddiyyətli dedikdə onu nəzərdə tuturam ki, bir qərar verilir, sonra o qərara müəyyən düzəlişlər edilir. Eyni halı biz USAID-lə bağlı da gördük. Əvvəlcə bu Agetliyin tamamilə ləğv olunacağına dair iddialar səsləndirildi, qərarlar verildi. Ancaq sonradan məlum oldu ki, təşkilatın ləğvi yox, rəhbərliyinin dəyişdirilməsi məsələsi gündəmdədir”.

Mütəxəssis hesab edir ki, ABŞ Prezidenti Donal Trampın mövqeyi qurumun tam ləğvinə yönəlməyib:

Mətin Məmmədli

“Tramp təxminən belə bir açıqlama verdi ki, agentliyin konsepsiyası yaxşıdır, ancaq onun rəhbərliyi uğurlu deyil. Bu səbəblə ABŞ-nin dövlət katibi Marko Rubio USAID-in direktoru vəzifəsinin müvəqqəti icraçısı təyin edildi. Əgər rəhbərlik dəyişdirilirsə hesab edirəm ki, agentliklə Azərbaycan arasında münasibətlərin yenidən qurulması baş verə bilər”.

M.Məmmədli vurğulayıb ki, Azərbaycan USAID-in onun daxili işlərinə qarışmasını istəmir:

“Tələb bundan ibarətdir ki, onlar Azərbaycanın daxili işlərinə qarışmasınlar, Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüquq normalarına hörmətlə yanaşsınlar. Əgər bunu etsələr, Azərbaycanla təşkilat arasında yeni münasibətlər qurula bilər”.

Xatırladaq ki, fevralın 3-də USAID-in Vaşinqtonda yerləşən baş qərargahı administrasiyanın qərarı ilə bağlandı. Daha sonra isə ABŞ-nin dövlət katibi Marko Rubio USAID-in direktoru vəzifəsinin müvəqqəti icraçısı təyin edildi. Dövlət Departamentinin agentliklə bağlı yaydığı bəyanatda bildirildi ki, USAID-in maliyyələşməsinin əksər hissəsi ABŞ-nin maraqlarına cavab vermir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://report.az
archiveBu xəbər 05 Fevral 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri