Icma.az
close
up
RU
Uşaq anaların sayı azalır, problemin sonu görünürmü?

Uşaq anaların sayı azalır, problemin sonu görünürmü?

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İllər boyu qızlarımızın erkən yaşda evlənərək ana olması onların təhsil imkanlarını məhdudlaşdırıb. Lakin son illərin — 2023 və 2024-cü illərin statistikasına əsasən, erkən yaşda doğuş edən qızların sayında azalma müşahidə olunur.

Belə ki, 2023-cü ildə 16 yaşadək olan qızlardan ümumilikdə 90 körpə, 2024-cü ildə isə 63 körpə dünyaya gəlib. Həmçinin 2023-cü ildə 16 yaşında olan qızlar 334, 2024-cü ildə isə 218 körpə dünyaya gətirib. 2023-cü ildə 17 yaşlı qızlardan doğulan körpələrin sayı 1309, 2024-cü ildə isə 998 təşkil edib. Bu rəqəmlər göstərir ki, son iki ildə erkən yaşda doğuş hallarının sayında azalma tendensiyası var.

Bəs bu hallar nə vaxt tamamilə aradan qalxa bilər? Erkən yaşda ana olmağın əsas səbəbləri nələrdir?

Mövzu ilə bağlı News24.az-a danışan sosioloq Lalə Mehralı bildirib ki, statistik göstəricilərdəki azalma həm qohum evliliklərinin qadağan edilməsinin, həm də maarifləndirmə tədbirlərinin real nəticəsidir:

“Bu azalmada qohum nikahlarının qadağan edilməsinin də mühüm rolu var. Çünki erkən nikahların əksəriyyəti qohum evlilikləri çərçivəsində baş verirdi. Bəzən qız yetkinlik yaşına çatmasa da, qohumlar aralarında razılaşıb dini nikahla bu birliyi həyata keçirirdilər. Lakin bu, hüquqi baxımdan evlilik sayılmır və dövlət qarşısında ailə statusu daşımır. Bu rəqəmlər həm də balanslaşdırılmış və hədəflənmiş sosial siyasətin göstəricisidir. Çünki hər kəs anlayırdı ki, qohum nikahlarının qadağan edilməsi təkcə erkən nikahların sayını deyil, həm də erkən doğulan, xəstə və yarımçıq körpələrin sayını azaldacaq". 

Sosioloq qeyd edib ki, dövlət yalnız rəsmi nikah bağlayan şəxsləri ailə hesab edir. Onun sözlərinə görə, qızların erkən nikaha meyil göstərməsi həm təhsil səviyyəsinin aşağı olmasından, həm də insanların fizioloji xüsusiyyətlər barədə məlumatsızlığından qaynaqlanır:

“Bu gün gənclərin bədənlərinin formalaşması əvvəlki nəsillərlə müqayisədə daha gec baş verir, yetkinlik dövrü isə daha çətin keçir. 14–16 yaşlı bir qızın ana olması onun orqanizminə ciddi zərbə vurur, bədəninin toxunulmazlığını pozur". 

Lalə Mehralı vurğulayıb ki, azalma tendensiyası hələ də sevindirici olsa da, problemin tam aradan qalxması üçün davamlı maarifləndirmə, sosial dəstək və ailə institutlarının gücləndirilməsi vacibdir:

“Bu, təkcə statistika deyil, hər rəqəmin arxasında bir qızın taleyi dayanır. Biz bu halların azalmasını yox, tamamilə dayanmasını hədəfləməliyik". 

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://news24.az
archiveBu xəbər 16 Oktyabr 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri