Icma.az
close
up
RU
Uşaq doğulan kimi hesabına 1000 dollar... Yeni layihə

Uşaq doğulan kimi hesabına 1000 dollar... Yeni layihə

Bakupost saytına istinadən Icma.az xəbər verir.


ABŞ-də 2025-2028-ci illərdə doğulan uşaqlar üçün xüsusi investisiya hesabları açılacaq. Musavat.com xəbər verir ki, layihə barədə açıqlama verən Donald Tramp bildirib ki, bu təşəbbüs aztəminatlı ailələrdən olan uşaqların 18 yaşına qədər öz vəsaitlərini toplamasına şərait yaradacaq.

ABŞ Maliyyə Nazirliyi hər yeni doğulan uşağın hesabına 1000 dollar köçürəcək. Proqrama qoşulmaq üçün valideynlər və ya qəyyumlar müraciət etməlidirlər. Hesabdakı vəsaitlər fondların qiymətli kağızlarına yönləndiriləcək, əlavə ödənişləri isə ailə üzvləri və xeyriyyə təşkilatları edə biləcək.

Yeni sistem xüsusilə orta gəlirdən aşağı bölgələrə şamil olunur: proqramdan yararlana bilmək üçün uşağın yaşadığı ərazidə ev təsərrüfatlarının median gəliri ildə 150 min dollardan çox olmamalıdır. Bu göstərici ABŞ-dəki uşaqların təxminən 80 faizini əhatə edir.

Azərbaycanda bu sahədə vəziyyət necədir? Oxşar layihələr bizdə mümkünmü?

İqtisadçı-alim Vüsalə Əhmədova mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən bildirib ki, hazırda Donald Trampın ABŞ-də planladığı “uşaqlar üçün investisiya hesabı” təşəbbüsü layihəsi onun illər əvvəl təklif etdiyi bir layihənin bənzəridir:


Vüsalə Əhmədova

"Qeyd etmişdim ki, ilk öncə ölkədəki 1-6 yaş qrupundakı uşaqlara aylıq 80-100 manat məbləğində müavinət verilsin. Bu qrupdakı uşaqların cəmi sayının təqribən 940.400 nəfər təşkil etdiyini nəzərə alsaq, hər bir uşaq üçün aylıq 80 manat məbləğində müavinət verilərsə, bu, illik 902.784.000 manat təşkil edəcək, hansı ki, bu məbləğ büdcə üçün heç bir yük təşkil etməz. Digər 7-17 yaş qrupları üzrə uşaqlar üçün isə 7 yaşı tamam olan hər bir uşaq üçün bank hesabı açılsın, aylıq müavinətlər bank hesabına toplansın və uşağın 18 yaşı tamam olduqda toplanan vəsait onun istifadəsinə verilsin. Həmin müddət ərzində isə bank vəsaiti iqtisadiyyata investisiya edə bilər. Lakin bu təklifimi aidiyyəti qurumlar nəzərə almadı".

İqtisadçı əlavə edib ki, hazırda Azərbaycanda mövcud olan sosial yardım sistemi çox məhdud kateqoriyaları əhatə edir və adından da göründüyü kimi, yardım formasındadır:

"Amma hər bir uşağa yönəldilmiş “investisiya sistemi” mövcud deyil. Uzunmüddətli investisiya hesabı sisteminin başladılması üçün qanunvericilikdə dəyişiklik, maliyyə planlaması, ictimai debat və ən önəmlisi siyasi iradə lazımdır. Halbuki neft gəlirləri, sosial rifah siyasəti və bank-maliyyə sistemi bu cür proqramı tam dəstəkləyə bilər. Heç kimə sirr deyil ki, Azərbaycanda gəlir bərabərsizliyi mövcuddur və aztəminatlı ailələrdə doğulan uşaqların start imkanları zəif olur və ya heç olmur. Hər bir uşaq uçun 18 yaşına qədər yığılan vəsait, onun universitet təhsil haqqını ödəmək və ya kurslar, sertifikatlar və peşə təhsili almaq üçün istifadə edilə bilər. Məlumdur ki, ölkəmizdə ali məktəblərə qəbulun 69%-i ödənişli əsaslarla aparılır. Həmçinin bu məbləğlə kiçik biznesə başlamaq, texnologiya layihəsi yaratmaq, ilkin avadanlıq almaq olar, hansı ki, karyeraya borcsuz başlamaq imkanı yaradar. Bu, “yardım” deyil, “gələcək üçün sərmayə” modelidir, himayəyə ehtiyacı olan qruplar üçün davamlı inkişaf imkanıdır. Ailələr bilsələr ki, uşaqlarının gələcəyi üçün “dövlət dəstək paketi” var, sosial narazılıq azalar, gənclərin xaricə iqtisadi səbəblərlə köç etməsinin qarşısı alınar, ailələrin uşaq sahibi olmaq motivasiyası artar. Azərbaycan neft gəlirləri əldə edən ölkədir, “Child Development Account” və ya “Child Trust Fund” kimi modellər, bu gəlirlərin bir hissəsinin birbaşa gələcək nəsillərə investisiya formasında ötürülməsinə imkan verər".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 09 Dekabr 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri