Icma.az
close
up
RU
Uşaq olmaq istəyirəm Günel Mehrinin yeni hekayəsi

Uşaq olmaq istəyirəm Günel Mehrinin yeni hekayəsi

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kulis.az Günel Mehrinin "Uşaq olmaq istəyirəm" adlı yeni hekayəsini təqdim edir.

Hamı – hara getsəm də, yaşından və vəzifəsindən asılı olmayaraq, hamı eyni sözü təkrarlayır:

- Sən uşaqsan!

Elə bil bir-birinin ağzına tüpürüblər. Elə bil mənim günü-gündən formalaşan bədənimi, üzümə çəkdiyim ənlik-kirşanı, ən əsası, doğum tariximdən sürətlə uzaqlaşan illəri görmürlər...

Yaşıdlarımın ətəklərindən çəkə-çəkə gəzən körpələrinə baxıram. Sonra da dönüb yaxın keçmişdə olub-keçənləri saf-çürük edirəm. Məktəb partası, universitet stolu, iş masası kino lenti kimi kadrlarda dəyişir. Belə çıxır ki, həyatımda dəyişən yalnız məkan və bu məkanın əsas atributu olan dördayaqlı taxta parçasıdır? Yox, dəqiq bilirəm ki, mənim bu taxta parçasına münasibətim və onun arxasında oturuşum da əsaslı surətdə dəyişib. Əvvəllər əllərimi üst-üstə qoyub mil kimi oturardım. Tələbəlik ərköyünlüyü məni bürüyəndən sonra daş düşdü onurğa sütunumun başına. Mühazirə boyu düz otura bilmədiyimdən getdikcə əyilirdim. Bir müddət sonra başladım ikiqat gəzməyə. Məktəbdəki ən “zəngin” partanı universitetin ən “təmiz” stolu ilə müqayisə etmək olardı. Şagird olduğum illərdə əlimə qələm alıb partanın üstündə “cızma-qara” etməyi heç sevməzdim. Üstəlik, buna görə başqalarını da tənqid etməkdən çəkinmirdim. Axı sinfin “təmizkom”u idim. Bir də ki, dərsdən başım açılmırdı, partaya da nəsə yazım... Tələbəlik bu barədə kef idi. 90 dəqiqəlik mühazirə zamanı arxada oturub mırt vura-vura partanın üstünü Taqorun qiymətli kəlamları ilə bəzəyirdik. Yazanda da gərək ağıllı söz yazasan da... Ürəyimizi doyunca boşaldandan sonra da başlayırdıq həmyaşıdlarımızın qeydlərini həvəslə oxumağa. Nə istəyirsən, seçə bilərdin: sevgi məktublarından tutmuş söyüşlərə qədər, söyüşdən tutmuş estrada ulduzlarına dair yeniliklərə qədər... Bir sözlə, hər həftə yeni bir parta tapıb bu qeyri-adi “qəzet”i ələk-vələk eləmək sevimli peşəmizə çevrilmişdi.

İş yerində isə hər şey tam fərqlidir. Burada arxasında oturduğun stolun üstünü nəinki yazmırsan, hətta lazım olanda evdən təmiz əsgi gətirib tozunu alırsan. Bəzən də başını stolun üstünə qoyub mürgüləyirsən və ya bir neçə dəqiqəlik fikrə dalıb gələcək planlarını analiz edirsən. Amma bir məqama da fikir vermişəm ki, həyatımın ayrı-ayrı pillələrində özünəməxsus yer tutan bu masalar evdə hər gün çörək yediyim masadan nə iləsə fərqlənir. Yəni evdəki masa mənə uşaqlıq çağlarımdan daha doğma, daha əzizdir. Çünki ailəmlə həmişə onun başına toplanmışıq. Pis günləri, gözəl günləri məhz onun ətrafında qeyd etmişik. Kompot dolu ilk qədəhimi də burada toqquşdurmuşam, ilk bişirdiyim təamı da həyəcanla burada dadmışam.

Onu da bilirəm ki, qarşıda məni daha maraqlı bir masa gözləyir. Həyatıma, həyətimə və yastığıma şərik çıxacaq şəxslə imza atmaq üçün əyiləcəyim masa. Bax, ən maraqlı və məsuliyyətli masa məhz həmin masadır. Düşüncəsi belə içimi lərzəyə salır. Çünki bu masanın arxasında duranların hansı hisslər keçirdiyi mənə naməlumdur. Məncə, bir insan ömrünü başqa insanın ömrünə calamaq məsuliyyəti ən cəsarətli kəsləri belə qorxudur. Hələ o masaya gedib çıxmağa möhlət var. Ən azı bunun üçün böyümək lazımdır. Mən böyümək deyəndə boyun uzanmasını ya da vəzifəyə keçməyi qəsd etmirəm. Amma ətrafımdakı böyüklər üçün “böyümək” nədir, heç bilmirəm. O qədər mənə “Uşaqsan, uşaqsan” deyirlər ki, artıq özümü uşaq kimi hiss edirəm. Hərdən içimdəki uşaqla tək qalanda bir sual doğur beynimdə: “Uşaqlıq nədir sənin üçün? Sadəcə oyuncaqlarla süslənmiş nağıl dünyasımı? Yoxsa, valideyndən asılı olan kiçik robotlar aləmimi?” Yaxşı yadımdadır, uşaq olanda düşünürdüm ki, valideynlərimi küçədə itirsəm, əlim onların ətəyindən üzülsə, məhv olaram. İndi isə tamam başqa bir mətləb düşündürür məni. Hər gecə dərgahına əl açdığım Allahın ətəyindən əlimin bir gün üzüləcəyindən elə qorxuram ki... Mənə görə, böyüklər hansısa qoluzorlu insanlar tərəfindən idarə olunan robotlardır. Amma həqiqətin dibinə varsan, hər kəs ulu Tanrının ssenarisi əsasında hərəkət edən marianetlərdir. Bax, mən uşaq ağlımla bu fikrə gəlmişəm. Hə, bir də, son zamanlar fikir vermişəm ki, hamı arxasında oturduğu masanın dərdini çəkir. Hər kəs çörək yediyi masanın üstünü daha çox doldurmağa çalışır. Buna görə nə kiminsə əlində marianet olmaqdan çəkinirlər, nə də “idarə etdikləri” marianetləri çirkaba yıxmaqdan. Mən özüm uşaq olduğum üçün hələ masa dərdi çəkmirəm. Amma mənim dərdim daha böyük dərddir. Uşaqlıqdan ayrılıb böyüklərin sırasına qatılmaq!

Mənim bu uşaq sifətim hər gün elə qəribə sifətlər görürdü ki. Böyüklərin eqoist, sürtülmüş sifətləri mənim “körpə” baxışlarım qarşısında necə dəyişir, saxta maskaları necə düşür... Dəhşət ondadır ki, bütün bunları duyurdum. Onlarsa içimdəkilərdən xəbərsiz halda bir anlıq uşaqlıqlarına qayıdıb saf təbəssümlə gülümsünür, sonra da əllərini yelləyib deyirdilər:

- Bu lap uşaqdır ki...

Düzü, uşaqlığımın köməyi ilə çoxlarının keçə bilmədiyi yollardan keçirdim. Çoxlarının döyməyə cəsarət etmədiyi qapıları döyürdüm. Döyürdüm və həmin qapıları açıb içəri keçirdim. Axı, mən sadəcə uşağam. Uşaqdan heç bir təhlükə gözlənilmir. Demək ki, uşaq olmaq çətin olduğu qədər də asan imiş. Amma yenə də böyümək istəyirdim. Böyümək eşqi ilə də uşaqlığımı hər saniyə, hər dəqiqə, hər gün xərcləyirdim. Və günlərin bir günündə möcüzə baş verdi. Həmişəki adətim üzrə uşaq sifətimə aynada baxarkən dəhşətdən diksindim. Birdən mənə elə gəldi ki, aynadan baxan uşaq deyil, əməlli-başlı böyükdür. Yalanlara, riyakarlığa qadir olan böyük... Yox, yox, nə burnum böyümüşdü, nə də ağzım. Böyüyən gözlərim idi, gözlərimin içindən boylanan ”mənim” idi. Baxışlarım böyümüşdü, baxışlarımdakı laqeydlik, arsızlıq çoxalmışdı. Həmişəki saflıq, məsumluq, təşviş çəkilmişdi. Ətrafda gördüyüm çirkablardan zərrə-zərrə gözlərimə yığıb böyütmüşdüm onları. Əyri-üyrü, dolanbac həyat yollarının hansısa dalanında itirmişdim uşaqlığımı, bəlkə də hürküdüb qaçırmışdım. Elə bil gözlərimdə sarğı var idi, birdən açılıb düşdü. Baxıb gördüm ki, illərdən bəri içimi közərdən arzum çin olub. Mən doğurdan da böyümüşəm! Daha heç kim deməyəcək ki, uşaqsan, otur uşaq yerində. İndi mən də onlardan biri idim. Gücüm gəldikcə bütün dünyaya bağırmaq istədim:

- Siz uşaqsız, mən yox!..

Sonra yadıma düşdü ki, indi mən... mən daha uşaq deyiləm. Uşaq kimi istədiyim an qəhqəhəylə gülə bilmərəm, hıçqırıb ağlaya, yolun ortasında rəqs edə bilmərəm. Beynimdən keçənləri birnəfəsə kimə gəldi, necə gəldi deyə də bilmərəm daha. Bir anlıq içimdə elə bir xaos yarandı ki, bilmədim, uşaqlıqdan itirdiyim nədir, böyüklükdən qazandığım. Bir də ayıldım ki, yetim kimi tərk etdiyim uşaqlığım ağlayır, vay-şivən qoparır. Yan otaqdan gələn yanıqlı səs getdikcə artırdı. Az qala qaça-qaça otağa keçdim. O ümidlə ki, uşaqlığımı tapacaqdım, ayaqlarına düşüb geri qayıtması üçün yalvaracaqdım. Əfsus, yanılmışdım. Ağlayan uşaqlığım deyildi, uşaqlığımı əlimdən alan uşaq idi. Mənim uşağım! Çaşqın-çaşqın baxırdım. Körpə isə ovunmaq bilmirdi, elə hey ağlayırdı. Mən də ağlayırdım. İçimdənsə dəli bir istək keçirdi: “Bu qundaqdakı körpə təki uşaq olmaq istəyirəm!”

14.02.03

Oskar mükafatlı aktrisa rejissorluq edəcək Şahmat - Əli Çağlanın hekayəsi Qadınların oxumalı olduğu kitablar - Siyahı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 Fevral 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see246

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see241

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see232

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see206

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see188

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see181

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see163

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see152

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see151

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see141

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see136

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri