Icma.az
close
up
RU
Uşaq sizi sevişərkən gördüsə... BELƏ DAVRANIN

Uşaq sizi sevişərkən gördüsə... BELƏ DAVRANIN

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sevişən zaman uşaqlarına yaxalanan ana-atalar az deyil. Bəs övladınız sizi seks zamanı gördükdə nə etməlisiniz?

Belə vəziyyətdə necə davranmaq lazımdır? Ailem.az bununla bağlı valideynlərə bəzi məsləhətlər verir.

Sözsüz ki, uşaq gördüyü mənzərəni yaşına uyğun olaraq düzgün mühakimə edə bilməz. Psixoloqlar bunun normal olduğunu və valideynlər tərəfindən təlaşla qarşılanmamasını məsləhət görür. Lakin uşağın gördüyü mənzərə və cinsi əlaqənin nə qədərinə şahid olması çox əhəmiyyətlidir. Əgər uşaq yaş baxımından kiçikdirsə, ilk olaraq valideynlərinin arasında şiddət yaşandığını düşünəcək. Əlbəttə ki, bundan ciddi şəkildə təsirlənəcək.

Ən mühümü odur ki, təşvişə düşüb ona sanki pis bir şey görürmüş kimi davranmayın. Bunu çox sadə və soyuqqanlı qəbul etməlisiniz (nə qədər özünüzü belə hiss etməsəniz də). Ona yaxınlaşıb, “Nə olub balama? Su istəyirsən? Yata bilmirsən? Darıxırsan?” kimi suallar verərək, təbii və qayğıkeş olmanız övladınızı gördüyündən daha çox yayındırar və marağının qarşısını alar. Cinsəllik barədə suallar qarşısında “Get işinlə məşğul ol”, “Vaxtı gələndə biləcəksən”, “Leyləklər gətirib”, “Kələmdən çıxmısan” kimi uşağı alçaldan və qeyri-düzgün cavablar onda bu suala marağı daha da artırır. Nəticədə sualın cavabını qızlar və ya oğlanlar bir arada yığışaraq bildikləri yarımçıq bilgiləri bir-biri ilə paylaşaraq axtarırlar.

Valideynlər bunu necə şərh etməlidirlər?

Kiçik yaşda olan uşaqlar vəziyyətin çox fərqində olmaya bilərlər, amma nisbətən böyük yaşlılara mütləq şərh vermək lazımdır. Bu zaman uşağa aşağıdakı kimi izahat vermək olar:

- Birlikdə yatırdıq

- Bir-birimizi qucaqlayıb yatırdıq

- Bir-birimizi qucaqlayıb öpürdük

- Soyunaraq yatmaq istədik və qucaqlaşdıq

- Lakin bunların hamısını yalnız ana və atalar edə bilər

Kiçik, ya da böyük olmasına baxmayaraq, bütün uşaqların ana və atasının cinsi həyatına şahid olması ürəkaçan hal deyil. Təəssüf ki, uşaq buna şahid olmaqdan çox təsirlənər. Yaşanan hadisəni ciddiyə almasanız, uşağınıza bir çox lazımsız hisslər yaşada bilərsiniz və qalıcı psixoloji problemlər ortaya çıxa bilər.

Övladınıza cinsi bilik aşılayarkən əməl etməli olduğunuz əsas qaydalar bunlardır:

1. Uşağa mütləq cinsi həyatın sevginin bir parçası olduğunu başa salın. İzaha “biz atanla (ananla) bir-birimizi çox sevdik”, - deyərək başlayın.

2. Dürüst olun və yalnız doğru bilgilər verin.

3. Lazımından artıq bilik verməyin. Verdiyi suala uyğun qısa və dəqiq cavablar verin.

4. Bu mövzuda sual verdiyi üçün onu utandırmayın.

5. Uşaqların cinsəllik anlayışının sizinki ilə eyni olmadığını bilin, bu, onlar üçün sadəcə kəşfetmə istəyi, maraqdır.

6. Verdiyiniz cavablardan əlavə, uşaqların cinsəlliyi sizin davranışlarınızdan da öyrəndiyini unutmayın.

Ölkəmizdə cinsi həyat təəssüf ki, hələ də günah, ayıb sayılır. Övladları ilə bütün mövzularda paylaşan valideynlər bu mövzuda söhbət etməkdən qəti çəkinirlər. Nəticədə də uşaqlar öz yoldaşlarından, internetdən və başqa müxtəlif mənbələrdən bu haqda məlumat yığmağa çalışırlar. Bu zaman isə ya yanlış bilgilər əldə edirlər, ya da yaşının bilməyə, anlamağa gücü çatdığından daha artıq informasiya əldə edirlər. Bu da onların daha çox yanlış addım atma riskini artırır.

Uşaqlar çox kiçik olan zaman onlara bəzi qaydaları öyrətmək gələcəkdə yaranacaq problemlərin ortaya çıxmasına mane olar.

- Ana-atanın otağına icazə almadan girməmək

- Tualetdə, ya da hamamda biri olan zaman icazəsiz girməmək

- Geyinərkən və ya soyunarkən insanları narahat etməmək, onlara baxmamaq

- Öz bədəninə başqalarının toxunmasına icazə verməmək. Burada yalnız ana-atanın kömək məqsədli toxunuşları istisnadır. Bunu düzgün izah etmək vacibdir.

Bu tip qaydalar uşağın öz sərhədlərini çəkməsini təmin etdiyi kimi, başqalarının sərhədlərinə da hörmət göstərməsini öyrədər. Lakin yenə də ən yaxşı tədbir belə mənfi halların yaşanmamasına diqqət etməkdir. Ana-ata olmaq ciddi bir məsuliyyətdir və bu məsuliyyətə davranışlarınızda, şəxsi həyatınızda, uşaqlarınızla olan əlaqələrinizdə maksimum dərəcədə diqqət göstərmək məcburiyyətindəsiniz.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:2173
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 04:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see942

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see400

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see351

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see339

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see316

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see309

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see271

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see269

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see250

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see184

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri