Icma.az
close
up
RU
Uşaqda nitq qüsurluğu varsa, valideyn nə etməlidir? Mütəxəssis izah edir

Uşaqda nitq qüsurluğu varsa, valideyn nə etməlidir? Mütəxəssis izah edir

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

“Nitqin yaşa uyğun inkişaf etmədiyinin əlamətlərini görsəniz, möcüzə gözləməyin dərhal mütəxəssislərlə müraciət edin”. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova  deyib.

Onun sözlərinə görə, bir çox valideynlər bəzən kənar təzyiqlərə məruz qalırlar:

“Mənim nəvəm, qardaşım oğlum və s. 5 yaşında tam cümlələrlə danışmağa başladı", deyən qohumlara, qonşulara və dostlara qulaq asmayın. Mütəxəssislərin vaxtında müdaxiləsi olmasa, nitq qüsurları aradan qaldırılmasa və ya geciksə, problemlər məktəb illərində, ən ağır hallarda isə həyat boyu davam edə bilər”.

A.Ələkbərova bildirib ki, nitq təfəkkürün və sosial bacarıqların inkişafı üçün önəmli rol oynayır:

“Uşaq nə qədər böyüklər və həmyaşıdları ilə tam ünsiyyət qurmasa, onun nitq əlliyinin inkişafdan qalması qabarıq müşahidə olunacaq. Zaman keçdikcə nitqdə rast gəlinən problemləri təkcə şifahi nitqdə yox, həmçinin yazılı nitqdə, yəni  öyrənmə, oxuma, yazma və yeni informasiyaların analiz və differensasiyası kimi bacarıqlarda çətinliklərə səbəb olması müşahidə olunacaq. Valideynlər ən çox erkən dövrdə körpənin inkişafına diqqət yetirməlidirlər. 0-1 yaş dövründə körpə az səslər çıxararsa, səs-küyünü hiss etməzsə, qığıldama təqlidi olmazsa, monoton və nadir səslər çıxararsa, 1-3 yaş arası ətrafdakı səslərə və ya nitqə reaksiya verməzsə, müraciət olunan nitqi anlamazsa, söz ehtiyatını artırmazsa, mövcud söz ethiyatını məqsədli şəkildə istifadə etmirsə, sadədən mürəkkəbə doğru cümlələr qurmazsa, hər yaşa uyğun səsləri düzgün tələffüz etməzsə, mütəxəssislərə müraciət məsləhət görülür. Erkən müdaxilə korreksiya işin effektivliyini dəstəkləyir”.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Noyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri