Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Müller yenidən Messinin qarşısına çıxır

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Uşaqlar niyə şəkərə tutulur? Xəbər saytı Son xəbərlər və Hadisələr

Uşaqlar niyə şəkərə tutulur? Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Həkimlər izah edir: "Çəkisi artıq olan hər uşaqda diabet olacaq demək yanlışdır"

Son vaxtlar statistik göstəricilərinin dünyada ciddi narahatlıq doğurduğu xəstəliklərdən biri də şəkərli diabetdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda bu xəstəlikdən əziyyət çəkənlərin sayı 900 milyona çatıb.

Azərbaycan Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə şəkər xəstələrinin sayı 415 679 nəfərə çatıb. Təkcə bu il 29645 nəfərdə şəkər diaqnozu qoyulub. Qeyd edək ki, 2010-cu ildə Azərbaycanda şəkər xəstələrinin ümumi sayı 120 min nəfər olub. Göründüyü kimi, son 14 ildə bu göstərici 3 dəfəyə yaxın artıb.

Təəssüf ki, şəkərli diabetdən əziyyət çəkənlər sırasında uşaqlar da var. Bakı şəhəri üzrə 1300-ə yaxın uşaq diabet xəstəliyi səbəbindən Respublika Endokrinoloji Mərkəzində qeydiyyata alınıb. Respublika Endokrinoloji Mərkəzin direktoru Nərmin İsmayılova media nümayəndələrinə verdiyi açıqlamada qeyd edib ki, ümumi ölkə üzrə 2 min 500 uşaq şəkərli diabetdən əziyyət çəkir: "Qeydiyyatda olan uşaqlara hər gün insulin inyeksiya edilir. Bu il TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə uşaqlar davamlı qlükoza monitorinq cihazı ilə təmin olunub".

Maraqlıdır, bu xəstəlikdən niyə böyüklərlə yanaşı, uşaqlar da əziyyət çəkir?

Bakı şəhəri üzrə 1300-ə yaxın uşaq diabet xəstəliyi səbəbindən Respublika Endokrinoloji Mərkəzində qeydiyyata alınıb. Respublika Endokrinoloji Mərkəzin direktoru Nərmin İsmayılova media nümayəndələrinə verdiyi açıqlamada qeyd edib ki, ümumi ölkə üzrə 2 min 500 uşaq şəkərli diabetdən əziyyət çəkir: "Qeydiyyatda olan uşaqlara hər gün insulin inyeksiya edilir. Bu il TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə uşaqlar davamlı qlükoza monitorinq cihazı ilə təmin olunub".

BAKU.WS xəbər verir ki, Tibb Universitetinin əməkdaşı, uşaq endokrinoloqu Ləman Sultanova mövzu ilə bağlı "Yeni Müsavat"a fikirlərini bölüşüb: "Uşaqlarda olan şəkərli diabet 1-ci tip diabetdir. 1-ci tip diabetin yaranmasında genetik meyllilik rol oynayır, yəni müəyyən genlərin həssaslığı rol oynayır. Amma bu heç də o demək deyil ki, yalnız ata-anada diabet olan uşaqlarda bu xəstəlik olur. Bəzi uşaqlarda meyllilik olur, müəyyən bir provokativ faktorlardan sonra bu xəstəlik özünü büruzə verir".

Həkim qeyd edir ki, 1-ci tip şəkərli diabetin yaranması birbaşa qidalanma ilə əlaqəli deyil: "2-ci tip diabet isə qidalanma, artıq çəki ilə əlaqədar ola bilər. İnsulin dirənci formalaşır. Ümumilikdə isə şəkərli diabetin patonegezində qidalanmanın rolu yoxdur".

Müsahibimiz "valideynlər nələrə diqqət etməlidir" sualına belə cavab verib: "Valideynlər uşaqların yuxu rejimi, qidalanmasına diqqət etməlidirlər. Amma onlar bunu heç zaman təyin edə bilmir ki, "uşağımda diabet olacaq, bunun qarşısını alım". Söhbət 1-ci tip diabetdən gedir, 1-ci tip diabet insulindən asılıdır. 1-ci tip diabetdə bəzi gen qrupları var ki, həmin genlər uşaqlarda olur. Bu uşaqlarda diabetə meyllilik olur. Müəyyən provokativ faktorlardan sonra bu uşaqlarda diabet formalaşa bilər. Autoimmun xəstəlikdir. Bunun fonunda bəzi antikorlar meydana çıxa bilər. Həmin antikorlar mədəaltı vəzini zədələyir. Zədələnmiş mədəaltı vəzi artıq insulin ifraz edə bilmir. Bu uşaqlarda hər hansı stress faktordan sonra da meydana çıxa bilər. Ailələr çox vaxt deyir ki, uşaq qorxdu, meydana gəldi. Amma bu o demək deyil ki, hər qorxan uşaqda diabet olacaq. Qısaca, uşaqlarda bir genetik meyllilik olur, yəni o demək deyil ki, ata-anada var. Sadəcə, uşaqların genlərində bu meyllilik olur və bu formada müəyyən müddətdən sonra diabet formalaşa bilir".

Xarici mütəxəssislərin də mövzu ilə bağlı fikirləri diqqət çəkir. Qeyd edilir ki, uşaqlar arasında şəkərli diabetin (diabet mellitus) yaranmasının səbəbləri çoxşaxəlidir və əsasən genetik və ətraf mühit faktorlarının təsiri ilə bağlıdır. 1-ci tip şəkərli diabetə daha çox uşaqlarda və gənclərdə rast gəlinir. Onun yaranmasına aşağıdakı amillər təsir edir: genetik faktorlar; valideynlərdən və ya yaxın qohumlardan keçə bilən genetik meyillilik; xüsusilə HLA (human leukocyte antigen) genlərində müəyyən variasiyalar diabet riskini artırır.

Autoimmun proseslər: 1-ci tip şəkərli diabetdə uşağın immun sistemi səhvən mədəaltı vəzinin insulin ifraz edən beta hüceyrələrinə hücum edir. Bu, autoimmun xəstəlikdir və genetik olaraq meylli uşaqlarda daha çox baş verir. Ətraf mühit faktorları: Virus infeksiyaları (məsələn, qızılca, rotavirus, ya da Coxsackie virusları) immun sistemin aktivləşməsinə səbəb olaraq diabet riskini artıra bilər.

Qısa müddətli ana südü ilə bəslənmə və ya süni qidaların erkən istifadəsi də bəzi hallarda risk faktoru ola bilər.

2-ci tip şəkərli diabet isə əvvəllər daha çox böyüklərdə rast gəlinirdi, lakin uşaqlar arasında piylənmə artdıqca bu tip də yayılmağa başlayıb. Genetik faktorlar: Əgər valideynlərdən birində və ya hər ikisində 2-ci tip diabet varsa, uşağın da bu xəstəliyə tutulma ehtimalı artır. Etnik mənsubiyyət də rol oynayır (məsələn, Asiya, Afrika və ya ispan mənşəli insanlar arasında risk daha yüksəkdir).

Həyat tərzi faktorları böyük rol oynayır. Piylənmə: Çoxlu yağ toxuması bədənin insulinə olan həssaslığını azaldır. Fiziki aktivliyin azlığı- oturaq həyat tərzi uşaqlarda insulin müqavimətinə səbəb ola bilər. Qidalanma- şəkər və yüksək kalorili qidaların çox istifadəsi risk faktoru yaradır.

Stress- xroniki stress bədənin hormon balansını pozaraq diabetə şərait yarada bilər.

Eyni zamanda əgər ana hamiləlik zamanı diabetdən əziyyət çəkibsə, uşağın da risk altında olma ehtimalı artır. Bəzi hallarda, steroidlərin uzunmüddətli istifadəsi də diabetə səbəb ola bilər.

Nəticə etibarilə demək olar ki, uşaqlarda şəkərli diabetin yaranmasına həm genetik, həm də mühit və həyat tərzi faktorları təsir edir. 1-ci tip diabet daha çox genetik və autoimmun proseslərdən qaynaqlanır, 2-ci tip isə ətraf mühit faktorları ilə sıx əlaqəlidir. Buna görə də, uşaqların sağlam qidalanması, fiziki aktivliyinin təmin olunması və risk faktorlarının idarə olunması böyük əhəmiyyət daşıyır. Uşaqlarda hər hansı diabet əlamətləri (tez-tez sidiyə çıxma, susuzluq, arıqlama, halsızlıq) müşahidə edilərsə, dərhal həkimə müraciət edilməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://baku.ws
archiveBu xəbər 07 Dekabr 2024 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see200

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see195

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see181

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see157

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see152

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see126

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri