Icma.az
close
up
RU
Uşaqlar üçün qəhvə içmək təhlükəlidirmi? Yaşlara görə norma

Uşaqlar üçün qəhvə içmək təhlükəlidirmi? Yaşlara görə norma

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir çox hallarda böyüklərin köməyinə çatan qəhvə formalaşmamış uşaq orqanizmi üçün əks göstəriş hesab olunur. Buna görə də təkcə qəhvə deyil, bütün kofein tərkibli məhsulların 4 yaşa qədər uşaqlara verilməsi tövsiyə olunmur. Bəs daha böyük yaşlı uşaqlara necə?

Lent.az-ın məlumatına görə, nutrisioloq Lyudmila Petrova uşaqların ilk qəhvəsini 12 yaşdan tez içməməli olduğunu bildirib.

Bu yaşa qədər aşağı bədən çəkisi və tam formalaşmamış sinir sistemi uşağı kofeinə qarşı daha həssas edir.

Kiçik yaşlı uşaqlarda qəhvə həddindən artıq oyanıqlıq, narahatlıq, yuxusuzluq və ürək döyüntüsünün artmasına səbəb ola bilər.

Bundan əlavə, qəhvə mədə-bağırsaq sisteminə mənfi təsir göstərir, ağrı və qıcqırma (mədə yanması) yaradır.

Həmçinin, qəhvənin kalsiumun mənimsənilməsinə mane olduğunu da unutmamaq lazımdır ki, bu da sümüklərin formalaşması və aktiv böyümə dövründə yolverilməzdir.

Kofein qara və yaşıl çayda da mövcuddur. Çayın növündən asılı olaraq bir fincanda 20-50 mq kofein ola bilər.

Bir banka kolada 30-40 mq, enerji içkilərində isə 70-200 mq kofein olur ki, bu da uşaqlar üçün təhlükəli hesab edilir.

Eyni zamanda, bir dilim tünd şokoladda təxminən 30 mq, bir fincan kakaoda isə təxminən 10 mq kofein var.

Əgər 4-6 yaşlı uşaq gündə 45 mq-dan çox kofein qəbul etməzsə (məsələn, bir fincan çay), problem yaranmaz.

7-9 yaş aralığında norma 62,5 mq-a qədər artır.

10-12 yaşlı yeniyetmələr üçün gündə 85 mq-a qədər kofein qəbul etmək olar, 12-18 yaşlılar üçün isə bu miqdar 100 mq ilə məhdudlaşdırılmalıdır (bir fincan qəhvə).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 Fevral 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri