Uşaqlara hücum edən ev şirinin sahibləri həbs edilib
Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Pakistanın Lahor şəhərində evdə saxlanılan şir qəfəsdən qaçaraq bir qadın və onun iki azyaşlı övladına hücum edib.
AzPost xəbər verir ki, məlumata görə, hadisə şəhər kənarındakı yaşayış massivində baş verib və təhlükəsizlik kameralarına düşüb. Görüntülərdə aslanın həyətdən küçəyə tullanaraq qadını və uşaqları təqib etdiyi aydın görünür.
Polis sözçüsü Faysal Kamran bildirib ki, beş və yeddi yaşlı uşaqlar anası ilə birlikdə axşam saatlarında üz və qol nahiyələrindən müxtəlif xəsarətlər alıblar. Hadisə ictimaiyyətdə geniş rezonansa səbəb olub. Zərərçəkmişlərin atası isə aslanın sahiblərinin məsuliyyətsizliyini və müdaxilə etməməsini kəskin şəkildə qınayıb. Polis tərəfindən saxlanılan şirin sahibləri həbs olunub.
Aslan daha sonra öz fermasına qayıdıb və oradan vəhşi təbiət parkına köçürülüb. “The Guardian” qeyd edir ki, bəzi imkanlı pakistanlılar qanuni məhdudiyyətlərə və yüksək saxlanma xərclərinə baxmayaraq, şir kimi ekzotik heyvanları status rəmzi kimi saxlayır.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 07 İyul 2025 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















