Icma.az
close
up
RU
Uşaqlara qarpız neçə ayından verilməlidir? Pediatrdan AÇIQLAMA

Uşaqlara qarpız neçə ayından verilməlidir? Pediatrdan AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Bildiyimiz kimi, yay mövsümündə ən çox sevilən meyvələrdən biri də qarpızdır. Valideynlər bu meyvənin faydalarına görə körpələrə tez-tez bu meyvəni yedizdirirlər. Lakin mütəxəssislərin bu məsələdə fikirləri birmənalı deyil. Bəziləri qarpızın müəyyən yaşdan sonra uşaqlar üçün faydalı olduğunu bildirsə də, digərləri onun erkən yaşlarda verilməsinin sağlamlıq baxımından risk yarada biləcəyini vurğulayır.

Bəs uşaqlara qarpız hansı yaşdan etibarən verilməlidir? Qarpızın uşaq orqanizmi üçün əsas faydaları və mümkün zərərləri nələrdir? 

 Pediatr Şəlalə Poluxova Redaktor.az-a açıqlamasında bildirdi ki, qarpız uşaqlara verilə bilər:

"Sadəcə, burada verilmə yaşı və verilmə forması çox önəmlidir. Körpələrə qarpız əlavə qidaya başlandıqdan sonra, yəni təxminən 6 aylıqdan etibarən az miqdarda verilə bilər. Qarpız yaxşı yetişmiş, dərmansız, qatqısız və etibarlı mənbədən alınmış olmalıdır. Altı aydan əvvəl isə digər qidalar kimi qarpızın da verilməsi məsləhət görülmür".

Həkim qeyd etdi ki, qarpızın verilmə formasına da diqqət yetirmək lazımdır:

"Bəzən onu kiçik kublar şəklində doğrayaraq uşaqlara verirlər. Bu düzgün deyil, çünki aspirasiya və boğulma riskini artırır.  Bu yaşa uyğun şəkildə təqdim edilməlidir. Körpələr üçün qarpız əzilmiş və ya yumşaq formada, tumları çıxarılmış şəkildə verilməlidir. Daha böyük uşaqlara isə rahat tutulacaq ölçüdə, yumşaq və tumları çıxarılmış formada təqdim etmək daha məqsədəuyğundur. Qarpızın bir sıra faydalı xüsusiyyətləri var. Tərkibində bol su olduğuna görə isti havalarda uşaqların maye ehtiyacının müəyyən hissəsini ödəməyə kömək edir. Bundan əlavə, müxtəlif vitaminlər, lif və antioksidantlarla zəngindir. Bu baxımdan qarpız uşaqlar üçün faydalı meyvələrdən biridir".

Onun sözlərinə görə, qarpızın faydalı olması onun həddindən artıq miqdarda verilməsi demək deyil:

"Kiçik yaşlı uşaqlarda porsiyalara mütləq nəzarət edilməli, yaşa uyğun hazırlanmalı və böyük porsiyalarla təqdim edilməməlidir. Qısacası, qarpız həyatın ilk aylarında körpələrə verilməməlidir. Əlavə qidaya başlanıldıqdan sonra isə digər meyvələr kimi kiçik porsiyalarla rasiona daxil edilə bilər. Bunun üçün qarpızın yaxşı yuyulmuş, tumları çıxarılmış, dərmansız və etibarlı mənbədən əldə olunmasına diqqət yetirilməlidir. Ən vacib məqam isə hər bir qidada olduğu kimi, qarpızın da yaşa uyğun və ölçülü şəkildə verilməsidir".

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Avqust 2026 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri