Icma.az
close
up
RU
Uşaqlarda onurğa sütunu əyrilikləri DİQQƏT

Uşaqlarda onurğa sütunu əyrilikləri DİQQƏT

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Müayinə zamanı uşağınızın onurğa sütununda hər hansı bir patoloji əyrilik aşkar edilərsə, onu tezliklə müalicə etmək məsləhət görülür.

Onurğa sütununun əyriliyi müxtəlif səbəblər nəticəsində baş verə bilər. Erkən yaşlarda keçirilmiş raxit xəstəliyi onurğa sütunu əyriliklərinin ən çox təsadüf edilən səbəblərindən biri hesab edilir. Körpələrdə raxitin profilaktikası – düzgün (yaxşı olar ki, təbii) qidalanma, günəş vannaları, müalicəvi idman və masajdan ibarətdir. Raxit xəstəliyinin əsas əlamətləri – tərləmə (uşaqda əsasən baş hissə çox tərləyir), uşaqda olan narahatlıq hissi və s. Bu əlamətlər olduğu halda, müayinə və müalicə təyin edilməsi məqsədi ilə mütləq pediatra müraciət etmək lazımdır. Raxitin müalicəsi vaxtında başlanarsa, sümük və əzələlərdə struktur dəyişiklikləri baş verməyəcək.

Kiçik yaşlı uşaqlarla onurğa sütununun sağa və sola əyilməsi bir çox digər hallarda da baş verə bilər. Məsələn, uşağı həmişə qucağınızda eyni tərəfdə gəzdirirsinizsə, uşaq hələ sərbəst oturmağı bacarmadığı zaman onu yasdıqlara söykədib otuzdurursunuzsa, uşağı erkən olaraq ayaq üstə dayandıraraq onu gəzdirməyə çalışırsınızsa, gəzinti zamanı hər dəfə onun eyni əlindən tutursunuzsa, yumşaq yataqda yatızdırırsınızsa və s. hallarda.

Xüsusilə zəifləmiş (vaxtından qabaq doğulmuş, tez-tez və uzun müddət xəstələnən) uşaqlarda göstərilən hallarda onurğa sütunu daha asanlıqla əyilir. Təəssüf ki, müasir uşaqların əksəriyyəti, demək olar ki, iməkləmir, oturaq vəziyyətdən birbaşa addımlamağa keçirlər. Lakin məhz iməkləmə bel əzələlərini çox yaxşı möhkəmləndirərək iri yaşlarda onurğa sütununun əyilməsinə qarşı profilaktik tələbat hesab edilir. Buna ğörə də valideynlər hər vasitə ilə uşağı iməkləməyə meylləndirməlidirlər.

Məktəb yaşlı uşaqlarda düzgün oturma bacarığı olmadığından, onların onurğa sütunu bir çox hallarda deformasiyalara məruz qalır. Əksər hallarda onlar çiyinlərini sallayaraq, ayağını sağrısının altına qoyaraq çanağın bir tərəfini qaldıraraq, bəziləri əllərini stulun arxasına keçirərək, bədənini yana çevirərək və s. düzgün hesab edilməyən vəziyyətlərdə otururlar. Bütün bunlar qeyri-düzgün oturaq vəziyyətləri hesab edilərək onurğa sütununun əyriliyinə gətirib çıxara bilər.

Uşağın qeyri-düzgün vəziyyətdə oturmasına səbəb, məsələn, xeyli meylli şəkildə sağa və ya sola qoyulmuş dəftər ola bilər. Ona görə də dəftərin düzgün istiqamətdə qoyulmasına da fikir verin. Yazı yazarkən qollar dirsəyə qədər stolun üstündə olmalıdır.

Bəzən uşağın ev tapşırığı yazarkən stol arxasında düzgün oturmamasına səbəb mebelin onun boyuna uyğun gəlməməsi də ola bilər. Boyu 130-139 sm olan məktəbli üçün stolun hündürlüyü 62 sm, stulun hündürlüyü isə 38 sm olmalıdır. Məktəblinin boyu 140-149 sm olarsa, stolun hündürlüyü 68 sm, stulun hündürlüyü isə 41 sm olmalıdır. Əgər stol uşağa görə çox hündürdürsə, stulun üstünə qalın taxta parçası, ayaqlarının altına isə kiçik taburet qoyulmalıdır.

Uşağın qolları dirsəyə qədər onun üzərində rahatlıqla yerləşə bilməsi üçün, stol kifayət qədər geniş olmalıdır.

Yazı yazarkən otağın kifayət qədər işıqlı olmaması səbəbindən də uşaq dəftər üzərinə daha çox əyilə bilər. Uşağın rahatlığı üçün ona 40-50 vt gücündə lampası olan abajurlu stolüstü lampa (yaşıl rəngdə olması daha məsləhətdir) almaq daha yaxşı olar. İşığın soldan düşməsinə də şərait yaratmaq lazımdır.

Əgər stol və stulun ölçülərinin uşağın boyuna uyğun olması və işıqlanmanın da normal şəkildə verilməsinə baxmayaraq, uşaq oxuyarkən və ya yazı yazarkən yenə də qabağa xeyli əyilirsə, onu mütləq göz həkiminə göstərin. Həkim uşaqda görmə qabiliyyətini müayinə edərək, yazı yazarkən və ya oxuyarkən qabağa əyilmənin səbəbinin yaxıngörmə – miopiya olub-olmamasını yoxlaya bilər. Görmə qabiliyyəti çatışmazlıqlarının vaxtında aradan qaldırılması gələcəkdə bel donqarı baş verməsinin qarşısını almış olar.

Uşaq yazarkən və ya oxuyarkən onun stol arxasında düz oturmasına da nəzarət etmək lazımdır. Düzgün vəziyyətdə döş və qarın hissələr sıxılmamalı, ayaqlar düzbucaq altında bükülməli, pəncələr döşəməyə və ya kiçik taburetə, uşağın düz vəziyyətdə saxlanmış bədəni isə stulun söykənəcəyinə dayadılmalıdır. Stul da stola yaxın olmalıdır.

Uşağın onurğa sütunu və döş qəfəsi formalarının dəyışılməməsi, deformasiya olunmaması üçün onun ayaq üstə olarkən də düzgün duruşuna diqqət yetirmək lazımdır. Bəzi uşaqlar bir ayağını kənara çəkib dizini qatlayaraq o biri ayağının üzərində durur, bəziləri isə qarnını irəli verməklə onurğasını əyir. Qızlar isə bir çox hallarda çiyinlərini qabağa verib bədənlərini önə doğru əyirlər.

Uşağın düzgün fiziki inkişafı – onurğa sütunu əyriliyinin gözəl profilaktikasıdır. Bunun üçün uşaq təmiz havada çox olmalı, qaçmalı, hərəkətli oyunlarda, gəzintilərdə iştirak etməlidir. Hər bir uşaq hər gün səhər idmanı etməlidir. Bu, bədənin müxtəlif əzələ qruplarının kifayət qədər möhkəmlənməsinə və qamətin düz olmasına kömək edir.

Su da möcüzələr etməyə qadirdir. Üzgüçülüklə məşğul olmaq bütün bədən əzələlərini, tənəffüs və ürək-damar sistemini möhkəmləndirir, bədənin müqavimətini artırır, habelə bəzi hallarda onurğa sütununda olan problemləri də aradan qaldırır.

Ürək-damar və tənəffüs sistemi xəstəlikləri olan uşaqların valideynləri onları həddən artıq dərəcədə qoruyaraq, qaçmağı, tullanmağı, idmanla məşğul olmağı da onlara qadağan edirlər. Lakin bu, uşağın ümumi fiziki inkişafına və o cümlədən, onurğanın vəziyyətinə də mənfi təsir göstərir. Bu məqsədlə xəstə uşağın valideynləri ona hansı idman hərəkətləri etməyin xeyirli ola biləcəyi barədə həkimdən məsləhət almalıdırlar.

Uşaqda normal qamətdən kiçik kənaraçıxmalar olarsa, başlanğıcda onları sadə fiziki idman hərəkətləri ilə aradan qaldırmaq olar. Bu haqda təcrübəli həkim-ortopedlər və ya masajistlər sizə dəyərli məsləhətlər verə bilər. Müalicəvi masaj, həmçinin uşağın onurğa sütununun düzgün formada qalmasına köməklik edən xüsusi korsetlərin geyilməsi də yaxşı effekt verir.

Bədən tərbiyəsindən başqa, məktəb yaşlı uşaqlarda onurğa sütunu əyriliklərinin qarşısını almaq üçün onlara düzgün tədris və istirahət rejimi yaratmaq lazımdır. Əgər uşaq uzun müddət hərəkətsiz vəziyyətdə qalırsa, bu, onurğa sütununa da mənfi təsir göstərir. Şifahi və yazı tapşırıqlarını növbələşdimək lazımdır. Məktəb məşğələləri ilə ev tapşırıqlarının yerinə yetirilməsi arasında da kifayət qədər vaxt keçməlidir. Belə ki, birinci növbə oxuyan uşaqlar məktəbdən qayıtdıqdan sonra nahar etməli, 2-2,5 saat təmiz havada gəzməli, oynamalı və yalnız bundan sonra ev tapşırıqlarını yerinə yetirməyə başlamalıdır. Yerinə yetirilən tapşırıqlar arasında uşağa müəyyən fasilələr vermək də xeyirli hesab edilir. Məsələn, dərsin hər hansı bir hissəsini yerinə yetirdikdən sonra, uşaq bir qədər oynamalı sonra yenə də hazırlığını davam etdirməlidir.

Uşağın yatağı da rahat olmalıdır. Bu zaman yataq çox yumşaq deyil, bir qədər bərk olmalıdır. Bu baxımdan müasir ortopedik döşəklərə üstünlük verilir. Uşağın yastığı həddən artıq hündür və yumşaq olmamalıdır. Onun yastığının nazik və düzbucaq şəklində olması daha məsləhətlidir.

korpem.net

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri