Icma.az
close
up
RU
Uşaqlarda PNEVMONİYAnın simptomları və fəsadları

Uşaqlarda PNEVMONİYAnın simptomları və fəsadları

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pnevmoniya - ağciyərlərin kəskin infeksion-iltihabi xəstəliyidir. Uşaqlar arasında pnevmoniyaya kifayət qədər tez-tez təsadüf edilir. Bu xəstəlik ağırlaşaraq bir çox fəsadlarla, hətta uşağın ölümü ilə də nəticələnə bilər. Bir çox hallarda pnevmoniya  xəstəxana şəraitində müalicə olunur.

Saglamolun.az bildirir ki, pnevmoniya KRVİ, qripp, bronxit kimi xəstəliklərin fonunda inkişaf edə bilir. Uşaqlarda anemiyalar, raxit, immunitetin zəif olması, xroniki tonzillit, pis qidalanma və s. kimi mənfi hallar pnevmoniyanın inkişafına şərait yarada bilər.

Pnevmoniya zamanı hərarətin uzunmüddətli (3 gündən artıq) qalxması müşahidə olunur. Qalxmış hərarəti heç bir qızdırma əleyhinə preparatlarla salmaq mümkün olmur. Bununla yanaşı, xəstədə təngnəfəslik, ağız ətrafında sianoz (göyərmə), halsızlıq, süstlük, iştahanın kəskin surətdə azalması, nəfəsalma zamanı döş qəfəsində ağrılar, get-gedə artan öskürək də əmələ gəlir. İfraz olunan açıq rəngli bəlğəm sonradan selikli-irinli şəkil alır.

Bu simptomlar əmələ gələn kimi təcili olaraq həkimə müraciət etmək lazımdır. Tənəffüs çatışmazlığı əlamətləri başladığı halda isə gecikdirmədən təcili yardım çağırmaq tələb olunur.

Xəstəliyin gedişatı ağır olaraq qalmaqda davam edərsə, uşağı xəstəxanaya yerləşdirmək lazımdır. Vəziyyəti çox da ağır olmayan uşaqları isə evdə, həkim nəzarəti altında müalicə etmək olar. Xəstəliyin ilk günlərində uşaq yataq rejimində olmalıdır. Uşağın yataq otağı hər gün silinməli, havası tez-tez dəyişilməlidir. Uşağın yeməyi ilıq və yüngül olmalıdır. Onu zorla yedizdirməyin! İntoksikasiyanın qarşısını almaq üçün ona düzgün şəkildə maye verilməlidir. Ona çəkisindən asılı olaraq gündə 1-2 litrə qədər limonlu çay, su, quru meyvələrin dəmləmələri içizdirilməlidir.

Müalicə kompleks şəklində aparılır (antibiotiklər, virusəleyhinə, iltihabəleyhinə, bəlğəmgətirici preparatlar, inhalyasiyalar və s.). Müalicə fərdi şəkildə pnevmoniyaya səbəb olan törədicidən (mikrob, virus, göbələk) asılı olaraq seçilir. Müalicə zamanı fizioterapiya (maqnototerapiya, elektroforez, döş qəfəsi massajı, xüsusi tənəffüs gimnastikası) böyük rol oynayır.

Pnevmoniyanı heç bir xalq təbabəti üsulları ilə müalicə etmək mümkün deyil! Bu yalnız xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaq!

Pnevmoniya ağır fəsadlar (ağ ciyərin ödemi, irinli prosess, ağ ciyərin toxumasının parçalanması və s.) verə bilər. Bundan əlavə pnevmoniyanın fonunda müxtəlif orqan və sistemlərdə ağır pozulmalar inkişaf edə bilər - ürək çatışmazlığı, böyrəklərin funksiyasının pozulması, nevroloji pozulmalar və s.

Pnevmoniyadan sağalma faktını ancaq həkim təsdiqləyə bilər. Yadda saxlamaq lazımdır ki, pnevmoniya keçirmiş uşaq 3-6 ay ərzində ciddi fiziki gərginliklərə (idman yarışları və s.) məruz qalmamalıdır. Çünki zədələnmiş tənəffüs orqanların normal fəaliyyəti birdən-birə deyil, tədricən bərpa olunur.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:247
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri