Uşaqları dişlərini fırçalamayan valideynlər HƏBS EDİLDİ
Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
İsveçdə övladlarının dişlərini fırçalamadıqları üçün valideynlər həbs cəzasına məhkum edilib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə övladlarının diş sağlamlığına etinasız yanaşan valideynlərə 8 ay həbs cəzası verib.
Belə ki, hadisə İsveçin qərbindəki Boras şəhərində baş verib. Bir ailə uşaqlarını müntəzəm diş həkimi müayinəsinə apardığı zaman dişlərdə çürüklər aşkar edilib.
Diş həkiminin dediyinə görə, bəzi dişlər o qədər pis vəziyyətdə idi ki, onları çıxarmaq lazım olub.
Valideynlər məhkəmədə günahlarını etiraf etməyiblər. Lakin məhkəmə tibbi sübutlara və ekspertiza rəylərinə əsasən valideynləri övladlarına qarşı kobud səhlənkarlıqda təqsirli bilib və hər iki valideyni 8 ay müddətinə azadlıqdan məhrum edib.
Qərar ölkədə geniş müzakirələrə səbəb olub.
Bəzi tənqidçilər məhkəmənin qərarını sərt hesab etsələr də, ekspertlər və sosial işçilər uşaqların sağlamlığının və təhlükəsizliyinin hər şeydən üstün olduğunu və belə hallarda sərt tədbirlərin görülməsinin vacibliyini bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 07 İyun 2025 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















