Uşaqları əlindən alınan ana övladlarına qovuşdu
Medicina saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azyaşlı övladları əlindən alınan ana uşaqlarına qovuşub.
Medicina.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
O bildirib ki, uşaqlar ötən gün analarına təhvil verilib: “Məsələ ilə bağlı qadın “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə (116111) müraciət edərək 7 və 4 yaşlı övladlarının görüşmək məqsədilə babaları tərəfindən aparıldığını, lakin sonradan uşaqların ona qaytarılmadığını bildirmişdi.
Qadının müraciəti əsasında məsələ aidiyyəti qurumlara yönləndirilmiş, uşaqların hüquq və mənafelərinin qorunması, eləcə də onların anaya qaytarılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdi. Aidiyyəti qurumların birgə səyləri nəticəsində ötən gün uşaqlar anaya təhvil verilib. Beləliklə, bir müddətdir övladlarından ayrı qalan ana iki uşağına qovuşub”.
Qeyd edək ki, bir müddət əvvəl Gəncədə yaşayan 24 yaşlı Jalə adlı iki uşaq anasının övladlıarının atası tərəfindən qaçırılması iddiası ilə videomüraciəti yaymışdı. O, uşaqlarını atasına görüşmək üçün verdiyini, lakin o vaxtdan onlardan xəbər ala bilmədiyini qeyd etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 21 Avqust 2026 04:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















