Icma.az
close
up
RU
Uşaqları həddən artıq yedizdirməyin!

Uşaqları həddən artıq yedizdirməyin!

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Susuzluq və aclıq hissi insanın minilliklər boyu sağ və sağlam qalmasına səbəb olan əsas instinktlərdəndir.

Bu faktı unudaraq qidanın bol olduğu müasir dövrdə bütün anaları narahat edən əsas məsələlərdən biri uşağın passiv yemək yeməsidir. Əksər hallarda uşağın iştahı passiv deyil, ananın narahatlığı aktivdir. Dietoloq Rebecca Byrne qeyd edir ki, daha çox analar uşaqların kifayət qədər yeməməsi və az çəki almasına görə narahat olaraq, uşaqları normalarından artıq yemələrinə təzyiq göstərirlər. Müasir dövrdə uşaqların qidalanması onların aclıq və susuzluq instiktinə uyğun olaraq deyil, ananın uşağı nə vaxt və hansı miqdarda yedizdirmək istəyi ilə həyata keçirilir.

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi statistik məlumata görə dünyada 2013-ci ildə 42 milyondan artıq 5 yaşından kiçik uşaq piylənməyə məruz qalıblar. Harvard Universitetinin hesablamalarına görə isə son 20 ildə müvafiq yaş uşaqların piylənməsi 60% artmışdır. Bariatrik əməliyyatlar həyata keçirən ümumi cərrah Dr. Elmir Əsgərov qeyd edir ki, insanın mədəsinin ölçüsü simvolik olaraq yumuruğu ölçüsündədir. Uşaqlar da isə üstəlik olaraq mədə anatomiyası hələ tam yetkinləşməmişdir.

Mədənin genişlənmə qabiliyyətini malik olmasını nəzərə alaraq gələcəkdə uşağın normadan artıq yeməsi piylənmə probleminə səbəb ola bilər.

Professor Catherine Law 12 min nəfər 3 yaşlı uşaqlar arasında apardığı araşdırmanın nəticələrinə görə müntəzəm olaraq nənə və baba tərəfindən qayğı görən uşaqlar 3 dəfə daha çox piylənməyə məruz qala bilərlər. Səbəb nənə-babanın uşağı zərərli qida ilə şirnikdirmələrindən irəli gəlir. Adətən uşaqları yedizdirmək üçün nəinki nənə-baba, ana-ata aşağıdakı metodlardan istifadə edirlər:

-Yeməyi israf etməmək. Boşqabı nəyin bahasına olursa olsun, təmiz olana kimi yeyib bitirməyə alışdırmaq doymaq hissinə əsasən qidanı qəbul etməyə mane olur. Gələcəkdə mədə doysa belə, göz doymur kimi pis vərdiş yaranır.

- Yeməklə mükafatlandırmaq. Valideynin istədiyi miqdarda yeməyi yeyib bitirdiyi təqdirdə uşağa mükafat qismində xoşladığı başqa bir şey etmək, vermək düzgün deyil. Bu üsul istənilən yeməkdən sonra mütləq şəkildə hər hansı bir şirniyyatın qəbulu vərdişini və ya hər hansı şirni yeməmişdən öncə mütləq qida qəbul etməsi vərdişinin əsasını qoyur. Nəticədə insan lazım olandan qat-qat çox kalori qəbul etmiş olur.

- Yeməklə cəzalandırmaq.  Uşağa yemədiyi təqdirdə hədə-qorxu gəlmək onda yeməyə qarşı ciddi ikrah hissi oyada bilər. Üstəlik xoşlamadığı yeməkdən nəyin bahasına olursa olsun can qurtarmaq üçün uşaqlar yalan və digər xoşagəlməz xassələrə yiyələnirlər.

- Yedizdirərkən diqqəti yayındırmaq. “Təyyarə gəlir, ağzını aç”, “Bunu ananın, bunu atanın əvəzinə” oyunları, dilə tutmaq, nağıl danışmaq, cizgi filmi göstərmək kimi üsullar qida qəbulu ilə paralel nə isə etmək vərdişi yaradır. Yemək yeyənin fikri boşqabından kənara yayındıqda isə o doyma hissini ötürür və lazımından artıq qida qəbul etmək təhlükəsi ilə üzləşir.

- Yeməklə təsəlli vermək. Əhvalı olmayan, uğursuzluq, ağrı və digər fiziki və emosional narahatlıq yaşayan uşağa təsəlli vermək məqsədi ilə ona dadlı və ya maraqlı qida hazırlamaq, vermək böyüdükdə hər dəfə stress və ya əhval düşkünlüyü keçirdikdə qidaya təsəlli mənbəyi kimi müraciət etmək vərdişi yaradır.

Müəyyən müddət arıqlama mərkəzində çalışan psixoloq Anna Bıkova qeyd edir ki, uşağının sağlam gələcəyini istəyən valideyn yuxarıda verilən üsullardan qətiyyən istifadə etməməlidir. Gələcəkdə bu cür üsullar nəinki piylənmə kimi ciddi fiziki hətta bəzi ciddi psixoloji problemlərə də səbəb olacaqdır.
Dietoloq Tutu Zeynalova müasir uşaqların piylənmə səbəbləri kimi fiziki fəallığın az olması, fabrikat və genetik modifikasiya olunmuş qidaların qəbulu, ana və nənələrin uşağın əvəzinə işləri görməsi, televizor və kompüter qarşısında keçirilən vaxt, hormonal problemləri, genetik meylliyi sadalayır. Digər tərəfdən isə uşaqların iştahasız olması öncəki yeməyin aşırı qəbulu və ya sağlamlığında problemin olması ilə əlaqəli olmasını qeyd edir. Hər bir uşağın individual enerji sərfini nəzərə alaraq, nə qədər yediyinə deyil, nə yediyinə nəzarət etmək gərəkdir. Həmçinin uşaqlarda sağlam qida vərdişlərini tərbiyə etmək üçün valideyn öz nümunəsində göstərməlidir.

Mütəxəssislərin qeyd etdiyi kimi, sağlam qidalanma vərdişlərinin əsasları körpəlikdən qoyulur. İstənilən yaşda sağlam qidalanmağa və qidalandırmağa başlamaq mümkündür.

Səhv qidalandırma üsullarına alternativ olaraq aşağıdakıları nəzərinizə çatdırırıq.

- Sağlam qida ilə həyata başlamaq. Sağlam başlanğıc üçün ilk qida sözsüz ki, ana südüdür. Ana südünün əvəzolunmaz özəlliklərindən savayı, əmizdirilən körpə özü aclıq və toxluq balansını qoruyur. Nəticədə müdaxilələr olmadan öz doyma norması qədər qidalana bilir.

- Doymaq sözünün öyrətmək. Lap erkən yaşlarından etibarən hər dəfə yeməyə başlamamışdan öncə uşağınıza doyma hissini bildirməyi xatırladın. Əvvəllər bu başını qaşıqdan kənara çevirmək, ağızını açmamaq, ağzına qoyulan yeməyi tüpürmək kimi hərəkətlər olur. Bu zaman uşağın başını nəyin bahasına olursa olsun qatıb boşqabı bitirməyə cəhd etməyin.

- Uşağın qida ritminə uyğunlaşın. Bəzi uşaqlar yuxudan oyanan kimi digərləri isə oyanandan bir neçə saat sonra yeməyi üstün tuturlar. Bunları mütləq şəkildə nəzərə alın. Üstəlik bəzi günlər hətta böyüklər xarici və daxili şəraitdən asılı olaraq iştahlı və ya iştahsız ola bilirlər. Uşaqlar da eynilə gündən-günə iştahları ilə fərqlənə bilərlər.

- Özünün yeməsi üçün şərait yaratmaq. Uşaqlarda çəngəl, qaşıq, küt bıçaq ilə və ya əllə yemək bir proses olaraq maraq oyadır. Bunu üçün onlara imkan yaratmaq, həmçinin yemək əsnasında onu tələsdirməmək, qidanı rahat çevnəyib udmasına vaxt vermək gərəkdir.

- Yemək payını vizuallaşdırmaq. Uşağınıza yemək seçərkən onun yumruğunu vizuallaşdırın, bu sizə onun mədəsinin təxmini ölçüsünü təsəvvür etməyə yardım edəcəkdir. Boşqabda qalan artıq qidanı uşağı dilə tutaraq yedirtməkdənsə, kiçik ölçülü şüşə qida konteynerlərinə boşaldıb növbəti qida qəbuluna saxlayın.
Hazırladı: Səltənət Zülfüqarova

az.zuleykhamagazine.com

 

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 03:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see402

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see294

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see268

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see240

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see224

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see204

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see202

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see200

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see190

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see186

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see181

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see178

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see177

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see177

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see170

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see167

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see163

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see156

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri