Icma.az
close
up
RU
Uşaqları pozan oyunlardır?

Uşaqları pozan oyunlardır?

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Təkirdağ (Türkiyə) Namiq Kamal Universitetinin Qadın və Ailə Araşdırmaları Tətbiq və Tədqiqat Mərkəzinin direktoru, dosent doktor Şeniz Özhan bildirib ki, zorakılıq məzmunlu rəqəmsal oyun və proqramlara məruz qalan uşaqlar zorakılığı adi ünsiyyət forması kimi qəbul edə bilirlər.
Demokrat.az
-ın məlumatına görə, o qeyd edib ki, smartfonlar, sosial media və onlayn platformalarda uzun müddət vaxt keçirmək ailədaxili ünsiyyəti zəiflədir.
Özhan vurğulayıb ki, uşaqların rəqəmsal məzmunları mütləq izlənilməlidir: "Uşaqların hansı oyunları oynadıqları, hansı rəqəmsal platformalarda vaxt keçirdikləri və nələri izlədiklərinin nəzarətdə saxlanılması son dərəcə vacibdir. Tədbir görülmədikdə uşaqlar zorakılıq məzmunlu oyun və proqramlara məruz qala bilirlər".
O əlavə edib ki, xüsusilə ibtidai sinif yaşında olan uşaqlar zorakılığı sorğulaya biləcək yaş və şüur səviyyəsində olmurlar. Zorakılığa məruz qalan və ya onun şahidi olan uşaqlar bu davranışı adi bir hal kimi qəbul edə bilirlər.
Bu yanaşmanın uşaqların sosial münasibətlərinə də təsir etdiyini bildirən Özhan deyib: "Əgər zorakılıq ev mühitində yaşanırsa, uşaq bunu normal ünsiyyət forması kimi görə bilər. Empati hissi zəifləyən uşaq məktəb mühitində həmyaşıdlarına qarşı da bu davranışı sərgiləyə bilər".
Özhan ailələrin uşaqlar üçün rəqəmsal ekranlardan uzaq keçirilən vaxtı ortaq prinsipə çevirməsinin vacibliyini qeyd edib.
Onun sözlərinə görə, bu yanaşma bir növ rəqəmsal detoks xarakteri daşıyır: "Müəyyən müddət ərzində ekranlardan uzaq qalmaqla bağlı ailədaxili prinsipin formalaşdırılması ünsiyyəti gücləndirir və uşaqların özlərini ailə daxilində daha dəyərli hiss etməsinə kömək edir".
O, valideynlərə xüsusilə axşam yeməyindən sonra ekransız vaxt keçirməyi tövsiyə edib. Bu müddətdə uşaqlarla oyun oynamaq, söhbət etmək və ya günün müəyyən mövzusu ətrafında fikir mübadiləsi aparmaq mümkündür.
Özhan bildirib ki, uşaqların yaşına uyğun ekran vaxtının müəyyənləşdirilməsi vacibdir və məktəblərdə zorakılığın qarşısının alınmasına yönəlmiş xüsusi bölmələrin yaradılması faydalı ola bilər.
O qeyd edib ki, məktəblərdə yalnız akademik nailiyyətlər deyil, uşaqların psixososial inkişafı da izlənilməlidir:
"Zorakılıq məzmunlu rəqəmsal oyun və proqramlara məruz qalan uşaqlar zorakılığı adi ünsiyyət forması kimi qəbul edə bilirlər. Xüsusilə ibtidai sinif yaşında olan uşaqlar izlədiklərini və oynadıqlarını tənqidi qiymətləndirə biləcək şüur səviyyəsində olmurlar. Məktəblərdə zorakılığın qarşısının alınması bölmələrində müəllimlər, psixoloqlar, psixiatrlar və sosial xidmət mütəxəssisləri birlikdə çalışmalıdır. Uşaqlara qəzəbə nəzarət öyrədilməlidir. Zorakılıq göstərən uşaq da əslində bir qurban sayılır. Buna görə də yanaşma damğalayıcı deyil, dəstəkləyici olmalı və ailə bu prosesdə mütləq iştirak etməlidir".
Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Aprel 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri