Icma.az
close
up
RU
Uşaqları qripp peyvəndi etdirək, ya yox? PEDİATR MƏSLƏHƏTİ

Uşaqları qripp peyvəndi etdirək, ya yox? PEDİATR MƏSLƏHƏTİ

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Elə ki, havalar bir azca soyuyur, uşaqlar arasında qrip və soyuqdəymə hallarına tez-tez rast gəlinir.

Qrip sözünün hərfi mənası tutulmaq deməkdir. Kəskin Respirator Virus İnfeksiyaları (KRVİ) ailəsinə daxil olan xəstəliklərdən biridir. Bu, böyük bir xəstəliklər qrupunu özündə əhatə edən patoloji haldır. Qrip də bu ailəyə daxil olan xəstəlikdir. Bəs uşaqlarımızı bundan necə qoruyaq? Bu baxımdan qrip peyvəndinin faydası varmı?
Mövzu ilə bağlı pediatr Vaqif Qarayevin məsləhətlərini təqdim edirik.

Həkim ilk növbədə onu bildirib ki, hər soyuqdəymə və Kəskin Respirator Virus İnfeksiyaları qrip deyil. Qrip virusunu klinik gedişatı və laborator müayinələr əsasında təyin etmək olar: “Qrip ümumi anlayışdır. Amma qrip virusunun 3 növü var - A, B, C. Hər birinin törətdiyi xəstəlik gedişatına görə fərqlənir. Qrip xəstəliyi xüsusən uşaqlarda ağır gedişatı ilə fərqlənir. Başqa respirator xəstəliklərdə temperatur 38-ə qədər qalxa bilirsə, qrip zamanı 39-40 dərəcəyə qalxır və dayanıqlı olur, yəni uzun müddət davam edir. Uşaqların ümumi halı kəskin və qəflətən pisləşir. Südəmər, yəni kiçikyaşlı uşaqlarda yeməkdən imtina, oyanıqlıq, ağlağanlıq, yuxusuzluq, qusma halları baş verir. Əgər qızdırmanın qarşısı vaxtında alınmazsa, qıcolmalar baş verir. Körpə uşaqlarda qrip virusları ilk növbədə yuxarı tənəffüs yolları və mərkəzi sinir sistemini zədələyir. Südəmər uşaqlarda daha çox ağırlaşma, fəsadlaşma ehtimalı çoxdur. Ən çox fəsad ağciyərlərə verir. Qrip virusunun verdiyi pnevmoniya, yəni ağciyər iltihabı, sadə dillə desək, sətəlcəm, həddən artıq ağır keçir. Onun müalicəsi çox çətindir. İkinci ağırlaşma mərkəzi sinir sistemində, yəni baş-beyində miningit yaranır. Bu da uşaq orqanizmi üçün ağırdır, müalicəsi uzun müddət çəkir”.

Qripdən ölüm təhlükəsi!

V. Qarayevin sözlərinə görə, qripin konkret yaşı yoxdur, yəni yeni doğulmuş uşaq da qrip ola bilər. Hətta yeni doğulanlarda qrip ağır keçir və çox vaxt da ölümlə nəticələnir. Ümumiyyətlə, qrip virusu fəsadlaşdıqda ölüm təhlükəsi yaranır: “Südəmər uşaqlarda qıcolmanın fonunda miningit ani ölümə səbəb ola bilər. Bir az böyük uşaqlarda pnevmoniya - ağciyərlərin iltihabı, sətəlcəm baş verə bilər. Uşaqlar bu vəziyyətdən də çətinliklə çıxırlar. Bəzən deyirlər ki, qrip sağalmadı. Adi burun axması, burun tutulmasına qrip demək olmaz. Burun axması allergiyadan, adi soyuqdəymədən də ola bilər. Amma qripin əlamətləri çoxdur, üstəlik təhlükəli və ağırdır. Çox zaman da deyirlər ki, uşağın qızdırması düşüb, amma öskürək və burun axması keçmir. Bu, düzgün anlayış deyil”.

Pediatr qrip virusunun son dərəcə təhlükəli və yoluxucu olduğunu vurğulayır. Yoluxucu hallar daha çox uşaq bağçaları və məktəblərdə baş verir: “Bir saatın içində bütöv məktəb yoluxa bilər. Qrip virusu hava damcı yolu ilə - öskürək və asqıraqla keçir. Burnun içindəki möhtəviyyatın tərkibi virusla zəngindir. Asqıraq və öskürək zamanı kənara sıçrayaraq yayıla bilər. Bir sinifdə bir uşaq bircə dəfə asqırmaqla bütün sinfi qripə yoluxdura bilər”.

Bəs uşaqlara hansı yaşdan etibarən qrip peyvəndi vurula bilər?

Uşaqlar 6 aylığından sonra qrip peyvəndi oluna bilər. 9 yaşından aşağı və əvvəllər heç bir qrip peyvəndi almamış uşaqlara bir ay ara ilə iki dəfə, böyük dozasının yarısı qədər vurulur. Lakin 9 yaşından yuxarı uşaqlara qrip peyvəndi 1 dəfə vurulur.

Vaqif Qarayev xüsusi tibb müəssisələrində əvvəlcədən proqnozlaşdırılmış virus epidemiyasına əsasən peyvənd edildiyini bildirir: “Məsələn, 2016-cı ilin qışında qripin A (B, C də ola bilər) virusunun epidemiyası gözlənilir. Ona görə əgər proqnozlar düz çıxarsa, peyvənd A virusuna qarşı aparılmalıdır. Bəzən valideynlər şikayət edirlər ki, peyvənd də vurdurduq, amma uşaq yenə qrip oldu. Demək, həmin vaxt epidemiyası gedən virusun növünə görə peyvənd vurulmayıb. Məsələn, A virusu qripi var, amma B qrupunun peyvəndi olunub. Qripin törədicisinin A, B, C virusu olması dəqiqləşdirildikdə həkim, tibbi personaj, valideyn üçün də hansı peyvənd vurulması asanlaşır”.

Peyvənd etdirirkən nəyə diqqət etmək lazımdır?

Peyvənd iynə şəklində vurulur. Bütün peyvəndlər kimi, qrip peyvəndi zamanı da uşaq mütləq sağlam olmalıdır. Həkim qrip virusu aşkarlandıqda uşaqların mütləq peyvənd olunmasını məsləhət görür: “Bütün peyvəndlər kimi, qrip peyvəndinin də əks təsiri ola bilər. Əgər uşaq xəstədirsə, peyvəndin fəsadları olacaq. Qrip peyvəndi ilə paralel başqa peyvənd vurula bilməz. Uşağa başqa peyvənd vurulmalıdırsa, qrip peyvəndindən iki ay sonra vurula bilər. Qrip peyvəndinin vurulma mövsümü oktyabr-noyabr aylarıdır. Çünki peyvənd iki ay sonra təsirini göstərir. Epidemiya isə əsasən yanvar-fevral aylarında baş verir”.

Aile.lent.az

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:295
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri