Icma.az
close
up
RU
Uşaqları təhdid edən qlobal təhlükə: Qadağalar çıxış yoludurmu?

Uşaqları təhdid edən qlobal təhlükə: Qadağalar çıxış yoludurmu?

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İnternet və sosial media olmadan müasir dünyanı təsəvvür etmək mümkün deyil. Lakin bu resurslar rahat və əlçatan olsa da, xüsusilə yetkinlik yaşına çatmayanlar üçün ciddi risklər də daşıyır. Virtual dünya uşaq və yeniyetmələrə xüsusilə güclü təsir göstərir. Gec də olsa, artıq dünya ölkələri həyəcan təbili çalmağa başlayıb. 

Fransada 15 yaşdan kiçik bütün yetkinlik yaşına çatmayanların sosial mediaya girişini qadağan edən qanun layihəsi hazırlanıb. Layihə Assambleyada təsdiqləndikdən sonra Senat (Fransa parlamentinin yuxarı palatası) tərəfindən nəzərdən keçiriləcək və Prezident Emmanuel Makron tərəfindən imzalanacaq. Bunun 1 sentyabr 2026-cı ildə baş verəcəyi gözlənilir. Nəhayət qəbul edilərsə, Fransa sosial mediaya giriş üçün yaş həddi müəyyən edən ilk Avropa ölkəsi olacaq. Hansı platformaların məhdudiyyətlərə məruz qalacağı hələ dəqiqləşdirilməyib, lakin məlumdur ki, qanun layihəsi təhsil resurslarına və "Vikipediya" kimi onlayn ensiklopediyalara təsir göstərməyəcək. Digər məsələlərlə yanaşı, orta məktəbdə mobil telefonların istifadəsinin də qadağan edilməsi təklif edilir. Təşəbbüs Prezident Emmanuel Makron tərəfindən fəal şəkildə dəstəklənir. O bildirib ki, Fransa uşaqlarının beyinləri nə Amerika platformaları, nə də Çin alqoritmləri tərəfindən manipulyasiya edilməməlidir.

Lakin hamı bu təşəbbüsü dəstəkləmir. Tənqidçilər qadağanı çox radikal adlandırır və bunun fərdi azadlığı poza biləcəyini, əsas problemləri həll etməyəcəyini iddia edirlər. Bəzi uşaqların müdafiəsi assosiasiyaları hesab edir ki, platformalar sadəcə girişi məhdudlaşdırmaq əvəzinə, istifadəçi təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır. Uşaqların psixi sağlamlığı ilə bağlı narahatlığın arxasında siyasi məsələlər də dayanır. Məsələn, sosial şəbəkələrin əksəriyyətinin xarici şirkətlərə məxsus olması. Onların əlində istifadəçilər haqqında böyük həcmdə məlumat, həmçinin insanın hansı məzmunlu materialları görəcəyinə təsir etmək imkanı var.

Qanun layihəsinin müəlliflərindən biri, keçmiş baş nazir və prezidenti dəstəkləyən "Renessans" partiyasının baş katibi Qabriel Attal senatorların məhdudiyyətləri fevralın ortalarına qədər təsdiqləyəcəyinə ümid edir. Bu halda onlar yeni tədris ilinin əvvəlində - 1 sentyabrda qüvvəyə minəcək. Avropada ənənəvi olaraq bəzi platformaların Aİ-nin Rəqəmsal Xidmətlər Haqqında Qanununa (Digital Services Act, DSA) əməl etməkdən imtina etməsi də narazılıq doğurur. İlin əvvəlində "X” sosial şəbəkəsi ilə bağlı qalmaqal alovlanıb. Bu, orada generasiya edilmiş pornoqrafik məzmunlu şəkillərin, o cümlədən buna icazə verməyənlərin görünüşündən istifadə etməklə yaradılan təsvirlərin peyda olması ilə əlaqədar idi.

Qanun layihəsinin tənqidçisi, sol partiya "Təslim olmayan Fransa"dan olan parlament deputatı Arno Sen-Marten qadağanı "rəqəmsal paternalizmın bir forması" adlandırıb və bunun texnologiyaların mənfi təsirinə "həddindən artıq sadələşdirilmiş" reaksiya olduğunu qeyd edib.

Qeyd edək ki, əslində Fransa Avstraliyanın nümunəsini götürüb. Avstraliya dünyada 16 yaşdan kiçik uşaqlara və yeniyetmələrə sosial mediadan istifadəni qadağan edən ilk ölkə olub. Məhdudiyyətlər 10 dekabr 2025-ci ildə qüvvəyə minib və 16 yanvar 2026-cı il tarixinə qədər İnternet Təhlükəsizliyi Komissarlığının ofisi platformaların 4,7 milyon yetkinlik yaşına çatmayan şəxsin hesabını blokladığını bildirib. Hakimiyyət orqanları dünyada 16 yaşdan kiçik istifadəçilər üçün onlayn platformalara qoyulan ilk qadağanı "qürur" adlandırır. İT nəhəngləri isə onun effektivliyinə şübhə ilə yanaşır. Məhdudiyyətlərdən təsirlənən məşhur platformalar arasında "Instagram”, "Facebook”, "TikTok”, "YouTube”, "Reddit”, "Snapchat”, "Threads”, "Twitch”, "X” və "Kick” var. Lakin zəif moderasiyaya görə tez-tez tənqidlərə baxmayaraq, "Roblox” kimi bəzi xidmətlər əlçatan olaraq qalır. Qanunun qüvvəyə minməsindən cəmi bir ay sonra media orqanları avstraliyalı yeniyetmələrin yeni qaydalara necə uyğunlaşdıqlarını anlamaq üçün sorğu keçiriblər və təsirin fərqli olduğunu aşkar etdilər. 

Media məlumatlarına görə, Aİ səviyyəsində artıq effektiv yaş yoxlama mexanizminin hazırlanması üzərində iş aparılır. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen daha əvvəl sosial şəbəkələrə giriş üçün ümumavropa minimum yaş həddinin tətbiq edilməsinin lehinə çıxış edib. Bununla yanaşı, o, mümkün nəticələrin ekspert qiymətləndirilməsinin zəruriliyini vurğulayıb. Avropa Komissiyasının rəsmi nümayəndəsi Tomas Renye bildirib ki, 2026-cı ilin əvvəlində uşaqların sosial şəbəkələrdən istifadəsi məsələləri üzrə məsləhət qrupunun yaradılması planlaşdırılır. 

Yeri gəlmişkən, ABŞ-da federal qanun sosial media və onlayn xidmətlərə valideynlərin razılığı olmadan 13 yaşdan kiçik uşaqlardan şəxsi məlumatlar toplamağı qadağan edir. Praktikada bu o deməkdir ki, 13 yaşdan kiçik uşaqlar böyüklərin iştirakı olmadan rəsmi olaraq qeydiyyatdan keçə bilməzlər. Çində isə hakimiyyət orqanları smartfonlar və tətbiqlər üçün xüsusi "uşaq rejimi" tətbiq edib. Bu rejim uşaqların onlayn nə qədər vaxt keçirə biləcəyini, hansı xidmətlərə çıxışı olduğunu və cihazlarından hansı saatlarda istifadə edə biləcəklərini müəyyənləşdirir. Platformaların özləri də məhdudiyyətlər tətbiq edir: "TikTok”, "Facebook”, "Snapchat” da daxil olmaqla əsas sosial media və onlayn xidmətlər rəsmi olaraq yalnız 13 yaşından etibarən qeydiyyata icazə verir. Rusiyada hazırda uşaqların sosial mediaya çıxışına ciddi qadağa qoymaq planı yoxdur, lakin bu cür təşəbbüslər bəzən müzakirə olunur. Artıq Türkiyə hökuməti də uşaqları rəqəmsal və sosial media platformalarının potensial zərərlərindən qorumaq məqsədilə yeni müdafiə mexanizmi hazırlayır.

Belə görünür ki, Avstraliyada atılan addım və Fransada davam edən məhdudiyyətlər tək bir ölkənin qərarı yox, qlobal bir prosesin başlanğıcıdır. Artıq hər bir ölkə təhlükənin ciddiliyini başa düşür və profilaktik addımlar atmağa başlayır. Bu məhdudiyyətlər effektiv olacaqmı – bunu zaman göstərəcək.

Mənbə: "Kaspi" qəzeti

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Fevral 2026 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri