Icma.az
close
up
RU
Uşaqların düzgün yuxu rejimi

Uşaqların düzgün yuxu rejimi

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Hər gözəl gün rahat bir gecə yuxusundan sonra başlayır. Uşaqları müntəzəm yuxuya alışdırmaq üçün münasib rejim müəyyənləşdirmək lazımdır. Araşdırmalar göstərir ki, rejimin olması uşaqları daha uzun müddət yatmağa kömək edir.

Həkim-pediatr Azad Əkbərzadə deyib: “Yuxu insan fiziologiyası üçün çox əhəmiyyətlidir. Xüsusilə hormonal sistemin düzgün inkişafı və ifrazatında onun rolu böyükdür, çünki hormonlar bədənin bir çox proseslərini idarə edir.

Bədəndə maddələr gün ərzində eyni səviyyədə olmur. Xüsusilə böyümə ilə əlaqədar olan hormonlar yuxu rejimi ilə çox əlaqədardır. Məsələn, böyümə hormonları axşam saat 9-dan gecə 3-dək uşaq yuxuda olanda qanda ən optimal səviyyəyə çatır”.

Doyunca yatmayan və ya normadan artıq yatan uşaqların sağlamlığında fəsadlar yarana bilər. Həmin hallar körpədə çəki azlığı, iştahasızlıq və əsəbiliklə müşahidə olunur.

Körpənin yuxu pozulmasının müxtəlif səbəbləri var. İlk növbədə uşağın yuxuya getdiyi mühitin havalandırma və işıqlandırma baxımından qənaətbəxş olmasına çalışmaq lazımdır.

Valideynlər uşağın yuxu rejiminin yaşına görə uyğun olmasına nəzarət etməlidir.

Uşaqlar yatmazdan əvvəl telefon, televizor, planşet kimi vasitələrdən uzaq durmalı, yatmazdan əvvəl yuxunu qaçıracaq aktiv fəaliyyətlərlə məşğul olmamalıdırlar. Gec saatda yemək yeyilməməli, çay və kofe içilməməlidir./xezerxeber.az

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 05:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see655

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see555

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see314

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see310

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see281

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see279

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see268

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see268

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see267

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see243

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see238

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see237

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see235

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see234

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see230

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see230

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see228

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see224

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri