Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Uşaqların gələcəyi risk altında: çıxış yolu sistemli inkişaf modelidir

Uşaqların gələcəyi risk altında: çıxış yolu sistemli inkişaf modelidir

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müasir dövrdə uşaq və gənclərin sağlam, hərtərəfli inkişafı təkcə ailə daxilində həll olunan məsələ deyil, bütövlükdə cəmiyyətin strateji prioritetlərindən birinə çevrilib. Qloballaşma, sürətli texnoloji inkişaf və rəqəmsal mühitin genişlənməsi uşaqların həyat tərzinə, düşüncə sisteminə və davranış modellərinə birbaşa təsir göstərir. Bu reallıq fonunda onların həm fiziki, həm də mənəvi sağlamlığının qorunması daha sistemli, planlı və çoxşaxəli yanaşma tələb edir.

Ekspertlər qeyd edir ki, uşaqların inkişafı təsadüfi proses deyil və bu istiqamətdə yalnız epizodik tədbirlərlə nəticə əldə etmək mümkün deyil. Sağlam nəsil formalaşdırmaq üçün paralel şəkildə bir neçə istiqamətdə davamlı fəaliyyət həyata keçirilməlidir. Burada əsas məsuliyyət yalnız bir tərəfin üzərinə düşmür. Əksinə, dövlət qurumları, təhsil sistemi, ailə institutu və cəmiyyətin digər seqmentləri arasında koordinasiyalı əməkdaşlıq həlledici rol oynayır.

Xüsusilə müasir dövrdə uşaqların üzləşdiyi risklər də dəyişib. Rəqəmsal asılılıq, passiv həyat tərzi, qeyri-sağlam qidalanma, psixoloji gərginlik və sosial təzyiqlər onların inkişafına mənfi təsir göstərən əsas amillər sırasındadır. Bu səbəbdən fiziki sağlamlıqla yanaşı, emosional və psixoloji dayanıqlığın təmin olunması da prioritet məsələlərdən biri kimi çıxış edir.

Bu baxımdan mütəxəssislər hesab edir ki, uşaqların sağlam inkişafı üçün vahid və sistemli yanaşmanın tətbiqi qaçılmazdır. Ailə mühitində düzgün tərbiyə, məktəblərdə keyfiyyətli və müasir təhsil, eyni zamanda dövlət səviyyəsində həyata keçirilən sosial və maarifləndirici proqramlar bir-birini tamamlamalıdır. Yalnız bu halda gələcəyin sağlam, düşünən və cəmiyyətə faydalı fərdlərini yetişdirmək mümkün olacaq.

Sağlam və vətənpərvər gənclik

Deputat Mehriban Vəliyeva “Xalq Cəbhəsi”nə açıqlaması zamanı söyləyib ki, təhsil, ailə və cəmiyyət institutları uşaqların və gənclərin formalaşmasında bir-birini tamamlayan üç əsas sosial mühit kimi çıxış edir”.

Onun sözlərinə görə, müasir dövrdə bu institutların qarşılıqlı əməkdaşlığı yalnız fərdin deyil, bütövlükdə cəmiyyətin dayanıqlı inkişafının əsas şərtlərindən biridir: “Uşaqların və gənclərin həm fiziki, həm də mənəvi inkişafının təmin olunması üçün bu üç institut arasında koordinasiyalı və sistemli əməkdaşlığın qurulması xüsusi əhəmiyyət daşıyır. Təhsil sistemi bu prosesdə əsas institusional mühit kimi çıxış edir və məktəblər yalnız bilik verən qurumlar deyil, eyni zamanda vətəndaşlıq dəyərlərinin, sosial məsuliyyət hissinin və sağlam həyat tərzinin formalaşdırıldığı mühüm sosial məkanlardır.

Bu baxımdan məktəblərdə idman fəaliyyətlərinin genişləndirilməsi, sağlam həyat tərzinin təşviqi, vətənpərvərlik ruhunda tərbiyə və milli-mənəvi dəyərlərin aşılanması xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda təhsil müəssisələrinin ailə və ictimai institutlarla əməkdaşlığının gücləndirilməsi uşaqların sosiallaşma prosesinin daha sağlam müstəvidə formalaşmasına imkan yaradır”.

Mehriban Vəliyeva bildirib ki, ailə uşağın formalaşdığı ilk və ən vacib sosial mühitdir və uşağın xarakterinin, davranış modelinin, mənəvi dəyərlərinin əsasının qoyulduğu məkan məhz ailədir. Valideynlərin uşaqlara göstərdiyi diqqət və tərbiyə üsulları gənclərin dünyagörüşünə və gələcək həyat yoluna birbaşa təsir edir”.

Deputat əlavə edib ki, cəmiyyət və ictimai institutlar da gənclərin fiziki və mənəvi inkişafında mühüm rol oynayır: “Gənclər təşkilatları, idman klubları, mədəniyyət müəssisələri, qeyri-hökumət təşkilatları və media gənclərin sosial fəallığının artmasına, onların asudə vaxtlarının səmərəli təşkilinə və dünyagörüşlərinin formalaşmasına mühüm töhfə verir. Qloballaşma və sürətli sosial dəyişikliklər fonunda sağlam, savadlı, vətənpərvər və sosial məsuliyyətli gənc nəslin yetişdirilməsi dövlət və cəmiyyət üçün strateji prioritetdir. Bu məqsədə nail olmaq üçün təhsil sistemi, ailə və cəmiyyət institutları arasında güclü tərəfdaşlıq qurulmalı və gənclərin hərtərəfli inkişafını təmin edən kompleks yanaşma həyata keçirilməlidir.

Uşaq inkişafında sistemli yanaşma

Təhsil eksperti Rizvan Fikrətoğlu “Xalq Cəbhsi”nə bildirib ki, uşaqların həm fiziki, həm də mənəvi sağlamlığının qorunması təsadüfi proses deyil və bu istiqamətdə kompleks, ardıcıl və sistemli yanaşma vacibdir.

Onun sözlərinə görə, yalnız maarifləndirmə ilə kifayətlənmək düzgün deyil, konkret və işlək mexanizmlər tətbiq olunmalıdır: “Fiziki inkişaf üçün ilk növbədə idmanın əlçatanlığı artırılmalıdır. Məktəblərdə idman dərsləri formal xarakter daşımamalı, real və effektiv şəkildə təşkil olunmalıdır. Rayonlarda pulsuz idman zallarının yaradılması, uşaqların hərəkətli həyata cəlb olunması mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda uşaqların telefon və digər texnoloji vasitələrdən həddindən artıq istifadəsinin qarşısı alınmalı, onlar daha aktiv həyat tərzinə yönləndirilməlidir. Sağlam qidalanma məsələsi də diqqətdən kənarda qalmamalıdır. Məktəb bufetlərində zərərli qidaların, fast food və qazlı içkilərin satışına ciddi nəzarət olunmalı və bu məhsulların istifadəsi məhdudlaşdırılmalıdır. Valideynlər üçün qidalanma ilə bağlı maarifləndirici proqramların təşkili də vacibdir. Bununla yanaşı, uşaqların fiziki inkişafı ilə paralel olaraq psixoloji sağlamlığı da daim nəzarətdə saxlanılmalıdır. Məktəblərdə psixoloji xidmətlər formal xarakter daşımamalıdır.

Hər bir təhsil müəssisəsində peşəkar və aktiv fəaliyyət göstərən psixoloqlar olmalı, aqressiya, depressiya və digər psixoloji problemlər erkən mərhələdə aşkarlanaraq qarşısı alınmalıdır. Mənəvi inkişaf baxımından valideynlərin rolu həlledicidir.Valideyn uşağa yalnız nəzarət edən yox, onu düzgün istiqamətləndirən əsas şəxs olmalıdır. Uşaqlara qarşı fiziki və psixoloji zorakılıq, hətta tərbiyə məqsədilə belə, yolverilməzdir və bunun qarşısı qəti şəkildə alınmalıdır”.

Ekspert əlavə edib ki, təhsil sistemində də yanaşma dəyişməlidir:

“Yaddaşa əsaslanan modeldən uzaqlaşaraq düşüncəyə əsaslanan, analitik bacarıqları inkişaf etdirən müasir təhsil yanaşması tətbiq olunmalıdır. Şagirdlərdə problem həll etmə bacarıqları və həyat vərdişləri formalaşdırılmalıdır”.

O, həmçinin vurğulayıb ki, uşaqların sağlam inkişafı üçün dövlət, məktəb və valideyn üçbucağı paralel və effektiv şəkildə fəaliyyət göstərməlidir: “Bu üç istiqamət arasında koordinasiya təmin olunmadığı halda, heç bir islahat real nəticə verməyəcək”.

“Emosional sağlamlıq, güclü nəsil”

Psixoloq Nizami Orucov deyib ki, uşaq və gənclərin sağlam fiziki və mənəvi inkişafı yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir və bu proses kompleks və davamlı yanaşma tələb edir.

Onun sözlərinə görə, bu inkişafın təməlində ilk növbədə sağlam ailə mühiti dayanır: “Uşaq üçün əsas psixoloji baza emosional təhlükəsizlikdir. Valideynlər yalnız nəzarət edən yox, həm də anlayan və dinləyən tərəf olmalıdır. Sevgi, diqqət və sərhədlərin balanslı şəkildə təqdim olunduğu ailələrdə böyüyən uşaqlar həm psixoloji, həm də fiziki baxımdan daha sağlam inkişaf edir. Təhsil sistemi də bu prosesdə mühüm rol oynayır. Məktəblər yalnız akademik bilik verən məkan deyil. Burada emosional intellektin inkişafı, stressin idarə olunması, ünsiyyət bacarıqları və konfliktlərin həlli kimi həyat bacarıqları da öyrədilməlidir. Psixoloji xidmətlər formal xarakter daşımamalı, real və əlçatan dəstək mexanizminə çevrilməlidir. Hənclərin enerjisinin düzgün istiqamətə yönləndirilməsi vacibdir. İdman, incəsənət və sosial fəaliyyətlər gənclərin sağlam inkişafı üçün mühüm vasitədir. Boşluq aqressiya və asılılıqlar üçün zəmin yaradır. Alternativ fəaliyyətlər isə gənclərə özünü ifadə etmək və daxili gərginliyi sağlam şəkildə boşaltmaq imkanı verir”.

O əlavə edib ki, rəqəmsal mühitin təsiri də diqqətdə saxlanılmalıdır:

“Sosial şəbəkələr və rəqəmsal platformalar nəzarətsiz istifadə edildikdə uşaqların davranışlarına və dəyərlərinə təsir göstərir. Bu səbəbdən erkən yaşlardan tənqidi düşünmə və düzgün media istifadəsi vərdişlərinin formalaşdırılması vacibdir. Psixoloji dəstək almaq cəmiyyətdə düzgün qəbul olunmalıdır. Psixoloji yardım zəiflik deyil, inkişafın bir hissəsidir. Uşağın səsinin eşidildiyi, onun şəxsiyyət kimi qəbul olunduğu mühit formalaşdırılmalıdır. Sağlam nəsil emosional olaraq güclü, özünü tanıyan və cəmiyyətə uyğunlaşa bilən fərdlərdən ibarət olmalıdır”.

Günel Elxan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 Mart 2026 00:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri