Icma.az
close
up
RU
Uşaqların mənəvi inkişafı...

Uşaqların mənəvi inkişafı...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ailə və məktəbəqədər müəssisələrin təsirləri

Uşaqların ilkin olaraq sosiallaşması ailədə həyata keçirilir və onun şəxsiyyət kimi formalaşmasının əsası qoyulur. Ailə uşaqda nizam-intizam və davranış qaydalarının formalaşmasında mühüm amildir. Valideynlər uşağa davranış qaydalarını təşviq etmək, pisləmək, habelə cəza tətbiq etməklə və ya davranışda məqbul dərəcədə sərbəstliyə icazə verməklə təsir göstərirlər. Uşağın idrak və yaradıcılıq fəaliyyətinin təşviqi, uğurlarının tanınması onda intellektual və yaradıcılıq qabiliyyətinin inkişafına kömək edir.

Məlumdur ki, uşağın inkişafı, eyni zamanda, ailədə ünsiyyətin necə təşkil olunmasından asılıdır. Şəxsiyyətlərarası münasibətləri anlamaq və dərk etmək uşaq üçün vacib məsələ hesab edilir. Uşaqlarda əxlaqi, iradi, estetik və s. keyfiyyətlər tərbiyə olunur , “yaxşı - pis”, “xeyir - şər”, “gözəl - çirkin”, “doğru - yalan” anlayışları, utanma hissi, ikrah hissi formalaşır. Uşaqlarda ictimai münasibət və ünsiyyət qaydaları formalaşır, ictimai davranış qaydaları və qadağaları başa düşürlər.

Uşaqların mənəvi inkişafı üçün əsas komponentlərdən biri

Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, uşaqların sosiallaşmasında onları əhatə edən insanların təsiri böyükdür. Onun sözlərinə görə, uşaqlar adətən, təqlid etməyə, davranışları mənimsəməyə meyillidirlər: “Onların sosiallaşması bununla məhdudlaşmır. Məktəbəqədər yaşlı uşaqlar böyüklərin həyatı ilə bir çox cəhətdən - müşahidə etməklə, dinlədikləri nağıllar, şeirlər vasitəsilə tanış olurlar. Onun üçün nümunə başqalarının sevgisini, hörmətini qazanan insanların davranışıdır. Həmyaşıdlarının da davranışı uşaq üçün nümunə ola bilər. Müasir uşaqlar üçün 6-7 yaşa qədər məktəbəqədər uşaqlıq dövrü başa çatır. Ümid edək ki, əsas vəzifələrdən biri yerinə yetirilib - uşağın inkişaf edən şəxsiyyətində zəruri bilik və bacarıqlarla yanaşı, humanist, insani dəyərlər də yer alır. Bütün bunlar isə uşaqların mənəvi inkişafı üçün əsas komponentlərdən biridir”.

Valideynlərin diqqətli olması vacibdir...

Psixoloq ailə sistemində baş verənlərin uşağın emosional vəziyyətinə və inkişafına təsirləri ilə bağlı məqama da toxunub. O, qeyd edib ki, uşağın emosional vəziyyətinə, ümumiyyətlə, ailədəki münasibətlər, xüsusən də uşağın ailə üzvləri ilə münasibəti təsir göstərir: “Uşaq emosional reaksiyaları valideynlərindən və ailə üzvlərindən öyrənir. Yəni uşaqlar böyüklərdən ətrafdakı insanlarla qarşılıqlı əlaqənin əsas nümunələrini öyrənirlər. Uşaqların stressdən və gərginlikdən uzaq durmaları da mühüm məsələ kimi dəyərləndirilir. “Emosional stress” qeyri-spesifik adaptiv gərginlikdir və bədənin xarici mühitinin patogen təsirinə reaksiyaları, həddindən artıq güc və ya mənfi müddətlə vasitəçilik edən amildir. Bu amillərin hər biri də uşaqların mənəvi inkişafına təsirsiz ötüşmür. Ona görə də valideynlərin diqqətli olması vacibdir”.

Məktəbəqədər müəssisələrin də rolu böyükdür

A.Ələkbərova qeyd edib ki, ailə ilə yanaşı, məktəbəqədər müəssisələr də uşaqların əqli, fiziki, mənəvi, sosial-emosional inkişafında əhəmiyyətli rol oynayır: “İlk növbədə onların sosiallaşmasını təmin edir. Uşağın öz ailəsi xaricində güvənli bir mühitdə sosiallaşması olduqca vacibdir. Məktəbəqədər müəssisədə, xüsusilə ailənin tək övladı olan uşaqların həmyaşıdları ilə eyni şəraitdə paylaşmağı öyrənmələri asanlaşır. Beləliklə, uşaqlar dinləmək, hörmət etmək və kollektiv fəaliyyət göstərmək kimi təməl prinsipləri erkən yaşda qavraya bilirlər.

Məktəbəqədər yaş dövrünün sonunda uşaqların hissləri və təcrübələri daha mürəkkəb və fərqli olur. Emosionallığı və təəssürat qabiliyyətini qoruyub saxlayaraq, əvvəlki sadəlövhlük və inandırıcılıq artıq mövcud deyil. Özünənəzarət, özünütənqid, öhdəliklərin artması, günahkarlıq hissləri, ədalət, gözəl və çirkin kimi ifadələri anlamağa başlayırlar. Uşaqla münasibətlərdə böyüklər incə şəkildə emosional təsir formalarını seçməlidirlər. Uşağa emosiyaların müsbət və mənfi təsir formaları kortəbii olaraq yaranmamalı, bir növ ünsiyyət texnikasına çevrilməlidir. Burada əsas fon müsbət emosiyalardır və günahlandırma forması kimi istifadə olunur. Məktəbəqədər yaşlı uşağın şəxsiyyətinin inkişafında həmyaşıdları ilə ünsiyyətin ona göstərdiyi təsirin mühüm rolu var. Məktəbəqədər yaşlı uşağın sosial-emosional inkişafı ilə bağlı bir məqamı da vurğulayım ki, insanın dünyaya qayğı ilə baxmaq qabiliyyəti, xoşbəxt olmaq bacarığı məhz mənəvi keyfiyyətlərin aşılanması üçün mühüm məsələdir. Bu istiqamətdə ailə və məktəbəqədər müəssisə bir-biri ilə qarşılıqlı vəhdətdə prosesləri yerinə yetirməlidirlər”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Yanvar 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri