Icma.az
close
up
RU
“Uşaqların rəqəmsal təhlükəsizliyi güclənəcək”

“Uşaqların rəqəmsal təhlükəsizliyi güclənəcək”

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

“Sosial şəbəkələrdə qeydiyyat zamanı yaşın təsdiqi mexanizminin tətbiqi uşaqların fiziki, psixoloji və rəqəmsal təhlükəsizliyinin qorunması baxımından mühüm əhəmiyyət daşıya bilər”.

Bunu Xalqcəbhəsi.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.

Ekspert bildirib ki, sosial şəbəkələrdən erkən yaşlarda intensiv istifadə uşaqlarda ekran asılılığı, diqqət dağınıqlığı, yuxu pozuntuları, narahatlıq və digər psixoloji problemlərin yaranması riskini artırır: “Yaş məhdudiyyəti və yaşın yoxlanılması mexanizmi uşaqların bu risklərlə daha gec qarşılaşmasına və onların sağlam inkişafı üçün daha əlverişli mühitin formalaşmasına xidmət edir. Uşaqların şəxsiyyətinin formalaşdığı dövrdə real ünsiyyət, ailə münasibətləri, məktəb və sosial mühit əsas rol oynayır. Sosial şəbəkələrə çıxışın müəyyən yaşadək məhdudlaşdırılması onların ünsiyyət bacarıqlarının, tənqidi düşüncə qabiliyyətinin və emosional dayanıqlığının təbii şəkildə inkişafına şərait yarada bilər. Sosial media platformalarında zorakılıq, kibertəzyiq, dezinformasiya, fırıldaqçılıq, yaşa uyğun olmayan məzmun və digər risklər mövcuddur. Yaşın yoxlanılması sistemi uşaqların bu cür məzmunlarla qarşılaşma ehtimalını azalda bilər”.

Onun sözlərinə görə, 16–18 yaş qrupu üçün valideyn razılığı mexanizminin tətbiqi ailələrin uşaqların rəqəmsal həyatına nəzarət imkanlarını genişləndirə və valideynlə övlad arasında rəqəmsal təhlükəsizlik, şəxsi məlumatların qorunması və sosial mediadan məsuliyyətli istifadə ilə bağlı dialoqu gücləndirə bilər: “Yaş məhdudiyyəti sosial şəbəkələrdən tam imtina demək deyil. Əksinə, bu yanaşma uşaqların rəqəmsal mühitə daha hazırlıqlı şəkildə daxil olmasını, yetkinlik yaşına yaxın dövrdə isə valideyn nəzarəti ilə rəqəmsal davranış qaydalarını daha düzgün mənimsəməsini hədəfləyir.
Ekspert bildirib ki, bu cür yanaşma dövlətin uşaqların müdafiəsi siyasətinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Azyaşlıların siqaret, alkoqol və digər zərərli vasitələrə çıxışının qanunla məhdudlaşdırıldığı kimi, rəqəmsal mühitdə də onların təhlükəsizliyini təmin edən mexanizmlərin tətbiqi eyni məntiqə əsaslanır.
Rizvan Fikrətoğlu əlavə edib ki, bir sıra ölkələrdə uşaqların sosial şəbəkələrdə qeydiyyatı zamanı yaşın yoxlanılması, valideyn razılığı və digər təhlükəsizlik mexanizmləri artıq tətbiq olunur və ya bu istiqamətdə qanunvericilik təşəbbüsləri həyata keçirilir. Bu baxımdan yaşın təsdiqi mexanizmi beynəlxalq rəqəmsal təhlükəsizlik tendensiyalarına uyğun addım hesab oluna bilər”.

Ekspertin fikrincə, uşaqların təhlükəsiz rəqəmsal mühitdə böyüməsi gələcəkdə daha məsuliyyətli internet istifadəçilərinin formalaşmasına, kibertəhlükəsizlik mədəniyyətinin inkişafına və rəqəmsal mühitdə hüquq pozuntularının azalmasına müsbət təsir göstərəcək: “Təklif olunan yanaşma sosial şəbəkələrə qadağa deyil, qeydiyyat zamanı istifadəçinin yaşının yoxlanılması və uşaqların yaş xüsusiyyətlərinə uyğun qorunmasının təmin edilməsinə yönəlmiş profilaktik mexanizmdir. Bu cür təşəbbüslərin mümkün müsbət təsirləri ilə yanaşı, onların tətbiq mexanizmi, şəxsi məlumatların qorunması, yaşın necə yoxlanılması və uşaqların hüquqlarının təmin olunması kimi məsələlər də diqqətlə nəzərdən keçirilməlidir. Bu balansın qorunması həm uşaqların müdafiəsi, həm də rəqəmsal hüquqlar baxımından böyük əhəmiyyət daşıyır”.

Günel Elxan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 06 İyul 2026 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see293

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see275

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see268

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see252

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see250

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see219

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see211

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see205

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see204

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see196

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see186

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see186

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see185

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see183

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see180

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see178

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see175

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see167

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see163

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri