Icma.az
close
up
RU
Uşaqlarına məktəb geyimi almaq üçün iki nəfəri öldürdü

Uşaqlarına məktəb geyimi almaq üçün iki nəfəri öldürdü

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Uşaqlarına məktəb geyimi almaq istəyən ata dəhşətli cinayət törətdi – Son çarəm idi

Türkiyənin Burdur şəhərində ata və oğul 30 min lirəyə (1400 manat) görə öldürülüb. AzPost Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə 3 sentyabr 2024-cü ildə saat 19:00 radələrində Gölhisar mahalının Konak rayonunda baş verib. 43 yaşlı Mətin Kızıllı borc mübahisəsinə görə ədavətdə olduğu 53 yaşlı Ramazan Tin və onun 30 yaşlı oğlu Muharrem Tinə ov tüfəngi ilə atəş açaraq qaçıb. Ramazan Tin hadisə yerində, oğlu isə xəstəxanada dünyasını dəyişib. Avtomobil ilə qaçan Metin Kızıllı polislər tərəfindən Tefenni rayonunda yaxalanıb.

Yaxınlıqdakı obyektin təhlükəsizlik kamerasına əks olunan görüntülərdə Metin Kızıllının əlində tüfənglə ata və oğula tərəf qaçdığı, əvvəlcə Ramazan Tinə, daha sonra oğlu Məhərrəm Tinə atəş açdığı, daha sonra maşınına minərək uzaqlaşdığı anlar əks olunub.

Qeyd edək ki, qatil hadisədən təxminən 6 ay əvvəl Ramazan Tin və oğlu Muharrem Tin ilə maşını satmaq üçün razılaşıb. Öldürülən ata və oğul qatilə 30 min lirə borclu qalıb.

Dəfələrlə pulunu istəsə də qarşı tərəf müxtəlif bəhanələr ilə ona pulu qaytarmayıb. Metin Kızıllı ifadəsində bildirib ki, sentyabrın 3-də övladlarının məktəbli formasının pulunu tapa bilmədiyi üçün həyat yoldaşı ilə mübahisə edib. Ov tüfəngini götürərək Ramazan Tinin işlədiyi obyektə gəlib. “Məqsədim öldürmək deyildi. Onları qorxudaraq pulumu almaq, məktəb geyimi almaq istəyirdim. Lakin güllə Ramazanın başına dəydi. Mən o an şokda idim. Sonra necə atəş açdığımı xatırlamıram. Son çarəm idi. Pulumu almaq istəyirdim” – deyə ittiham olunan şəxs bildirib.

Qeyd edək ki, polis istintaqı yekunlaşdırıb və yaxın günlərdə Burdur Ağır Cəza Məhkəməsində işə baxılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://azpost.info
archiveBu xəbər 24 Yanvar 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri