Icma.az
close
up
RU
Uşaqlarını peyvənd etdirmək istəməyən valideynlərə XƏBƏRDARLIQ

Uşaqlarını peyvənd etdirmək istəməyən valideynlərə XƏBƏRDARLIQ

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son illər dünyada peyvənddən imtina hallarında artım müşahidə olunur. Bir vaxtlar ictimai sağlamlığın əsas dayaqlarından sayılan vaksinlərə qarşı bəzi cəmiyyətlərdə etimadsızlıq yaranıb. Xüsusilə valideynlər arasında uşaqları peyvənd etdirməyə qarşı tərəddüdlər artır.

Xarici mütəxəssislər bu gedişatı təhlükəli və riskli hesab edərək, qızılca, göyöskürək kimi artıq nəzarətdə olan xəstəliklərin yenidən yayılma təhlükəsini vurğulayırlar. Bu hal yalnız tibbi deyil, eyni zamanda sosial və psixoloji faktorlarla da izah olunur. Sosial media vasitəsilə yayılan dezinformasiyalar, etimad böhranı, fərdi azadlıq anlayışının dəyişməsi kimi amillər insanların qərarlarını ciddi şəkildə təsirləndirir.

Bəs insanlar peyvənd kimi elmi əsaslı bir tədbirə niyə şübhə ilə yanaşmağa başlayıblar və bu tendensiya cəmiyyətin gələcəyi üçün hansı nəticələrə yol aça bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, peyvəndlərə inamla bağlı bir çox fərqli yanaşmalar var.

“İctimai rəyin bir qismi hesab edir ki, peyvəndlərin yan təsirləri çoxdur. Peyvəndlər sanki məqsədli şəkildə tətbiq olunur. Dünya əhalisinin artımının qarşısını almaq üçün bir alət kimi düşünülür. Ona görə də insanlar peyvənddən bu və ya digər yollarla yayınmağa çalışırlar. Belə bir düşüncə mövcuddur ki, qlobal beyin mərkəzləri məhz dünya əhalisini azaltmaq üçün bu üsuldan istifadə edirlər.

Hətta 1960-cı ildı geniş yayılmış bir yanaşma var idi: bəlli bir müddətdən sonra dünya əhalisini yedirtmək mümkün olmayacaq. Ona görə də bu və ya digər üsullarla sayın qarşısını almağı düşünürdülər. Bu yollardan biri kimi qidalara və peyvəndlərə tətbiq olunan maddələrin mövcudluğu ilə bağlı fikirlər var idi. Başqa bir yolu da odur ki, əhalisi çox olan ölkələrdə pandemiya və epidemiyalar yaymaqla buna nail olmaq olar. Bu baxımdan belə yanaşmalar təəssüf ki, insanlarda peyvəndə qarşı inam böhranına gətirib çıxarıb”.

Ekspertin sözlərinə görə, peyvəndlərə qarşı inamsızlıq bəşəriyyəti daha pis duruma sala bilər.

“Çünki zəruri olduğu halda insanların peyvənddən imtina etməsi kütləvi xəstəliklərin yayılmasına gətirib çıxara bilər. Hesab edirəm ki, şayiələri, paylaşımları, dezinformasiyaları təhlil etmək, həqiqəti ortaya çıxarmaq və peyvəndə inamı bərpa etmək lazımdır. Çünki bəzi xəstəliklər insanların sağlamlığına müəyyənedici təsir göstərir”,- deyə o vurğulayıb.

Pediatr Günay Rəsulova isə peyvəndsiz uşaqların risk qrupuna aid olduğunu deyib.

“Təhlükəli xəstəliklərin qarşısını almaq üçün ailələr övladlarını vaxtlı-vaxtında peyvəndləməlidir. Bəzən suçiçəyi, qızılca kimi infeksion xəstəliklər ağırlaşdığı zaman digər: ensafalit və meningit kimi infeksion xəstəliklər üçün risk mövcud olur. Bunun qarşısını peyvəndlə almaq mümkündür. Valideynlər çox ayıq olmalıdırlar”,- deyə o fikrini tamamlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 May 2025 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri