Uşaqlarla təyyarə səfərinə çıxan valideynlərin NƏZƏRİNƏ
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Uçuş zamanı, xüsusilə təyyarənin qalxması, enməsi və turbulensiya zonalarına daxil olması uşaqlarda qorxu yarada bilər. Valideynlər uçuşdan əvvəl uşaqları bu hallara hazırlamalıdırlar".
Milli.Az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun doktorantı pediatr Regina Nemətova deyib.
Pediatr bildirib ki, uşaqlara təyyarənin qalxması və enməsi zamanı müəyyən səslərin yaranmasının, qulaqların tutulmasının, eləcə də turbulensiya zamanı təyyarənin silkələnməsinin normal hal olduğu izah edilməlidir:
"Uçuşdan əvvəl uşaqlara təyyarədə hansı halların baş verə biləcəyi ilə bağlı cizgi filmləri göstərmək olar. Qalxma və enmə zamanı səs yarana, qulaq tutula bilər. Turbulensiya zonasına daxil olduqda təyyarənin silkələnməsi də mümkündür və bu, normal haldır".
Bildirib ki, uşaq özü ilə sevdiyi oyuncağını və ya digər əşyasını götürə bilər. Bu, onun özünü daha rahat hiss etməsinə kömək edir:
"Çalışmaq lazımdır ki, uşağın öyrəşdiyi mikroiqlim mümkün qədər qorunsun və uçuş zamanı onun üçün rahat şərait yaradılsın. Əgər uçuş iki saatdan çoxdursa, uşağın diqqətini yayındırmaq üçün masaüstü oyunlar da götürmək olar. Hətta yeni oyuncaq və ya oyun seçmək daha məqsədəuyğundur ki, uşağın marağı ona yönəlsin".
Həkim uçuş zamanı uşaqlarda qulaq ağrısının yaranmasının da mümkün olduğunu qeyd edib. Onun sözlərinə görə, buna atmosfer təzyiqindəki dəyişiklik səbəb olur:
"Qalxma və enmə zamanı, xüsusilə körpə südəmər dövründədirsə və ana südü ilə qidalanırsa, onu əmizdirmək lazımdır. Süni qida ilə qidalanan körpəyə isə əmzik vermək kifayətdir. Daha böyük uşaqlara tez-tez udqunmaları tövsiyə etmək olar. Böyük uşaqlarda saqqız çeynəmək də kömək edə bilər. Bu, qulaq pərdəsinə təsir edən təzyiq fərqinin aradan qalxmasına kömək edir".
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 12 Avqust 2026 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















