Icma.az
close
up
RU
Uşaqlıqda yemək dilənən, hazırda əfsanə olan “balaca arı” RONALDO

Uşaqlıqda yemək dilənən, hazırda əfsanə olan “balaca arı” RONALDO

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Kriştiano Ronaldo 1985-ci il fevralın 5-də Madeyra adasında, Funşal şəhərində anadan olub. Anası Mariya Dolores duş Santos Aveiro aşpaz, atası Joze Diniş Aveiro isə bağban işləyib..

O, ailədə ən kiçik uşaq olub. Futbolçunun böyük qardaşı, iki bacısı var.

Bacılarından biri  Kati Aveiro sonradan Portuqaliyanın məşhur müğənnilərindən biri olub.

Ronaldo çox kiçik yaşlarından futbola sevgi göstərib. Hələ iki yaşında top ilə həvəslə oynayır, altı yaşında isə “Barreyruş” məktəbinə gedib. 

14 yaşında müəllimə stul atdığına görə məktəbdən qovulub.

Onun futbol karyerası atasının işlədiyi yerli “Andorinya” klubunda başlayıb. Sürəti və zəhmətsevərliyinə görə hələ o vaxt ona “balaca arı” ləqəbi verilib.

“Nasional” klubunda parlaq çıxışlarından sonra 1997-ci ildə Lissabonun “Sporting” klubuna dəvət olunub. Həkimlər onda taxikardiya aşkar etsələr də, əməliyyat bu problemi aradan qaldırıb və Ronaldo peşəkar futbolda yoluna davam etdi.

Ronaldo 11 yaşında “Sporting” akademiyasının şagirdi olanda, digər uşaqlarla birlikdə çox vaxt yeməyə heç nələri olmurdu. Onlar yerli McDonald’s-a gedib yemək dilənirdilər. Artıq məşhur futbolçu olanda isə, onlara hamburger verən həmin qadınları tapıb onlara təşəkkür etmək istəyib.

2003-cü ildə 18 yaşlı Kriştiano İngiltərənin “Mançester Yunayted” klubunun diqqətini çəkib. Aleks Ferqyusonun rəhbərliyi altında o, sürətlə inkişaf edib və 2008-ci ildə ilk “Qızıl top” mükafatını qazanıb. 

2009-cu ildə isə o dövr üçün rekord məbləğə Madridin “Real” klubuna transfer olunub. Burada Ronaldo klub tarixinin ən yaxşı bombardiri olub. O, 438 oyunda 450 qol vurdu.

2018-ci ildə Ronaldo “Yuventus”la müqavilə imzalayıb, 2021-ci ildə isə yenidən “Mançester Yunayted”ə qayıdıb. Lakin 2022-ci ildə onun karyerası gözlənilmədən Yaxın Şərqə yönəlib. Futbolçu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib.

Ronaldo həmişə yalnız futbolçu kimi deyil, həm də şəxsiyyət kimi diqqət mərkəzində olub. Onun münasibətləri idman nailiyyətləri qədər müzakirə edilib. Ən səs-küylü romanı rusiyalı model İrina Şeyklə beş il davam edən sevgisi olub. Bu münasibət 2015-ci ildə sona çatıb.

2016-cı ildən etibarən o, ispan model Corcina Rodrigez ilə münasibətdədir. Onlar birlikdə beş uşağa valideynlik edirlər. Onlardan üçü surroqat anadan doğulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:354
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 Avqust 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri