Icma.az
close
up
RU
ÜST dən Trampın iddialarına CAVAB

ÜST dən Trampın iddialarına CAVAB

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Trampın parasetamol və peyvəndləri autizmlə əlaqələndirən iddiaları Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və bir çox ölkənin səhiyyə qurumları tərəfindən “elmdən uzaq” olaraq rədd edilib. 

Mütəxəssislər “Peyvəndlər həyat xilas edir, ağrıkəsicilər hamilələr üçün təhlükəsizdir” mesajını veriblər.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp hamilə qadınlara parasetamoldan (asetaminofen) uzaq durmalarını, ailələrə isə uşaqlarının peyvəndlərini gecikdirmələrini tövsiyə edib. Lakin ÜST peyvəndlərin autizmə səbəb olduğu iddiasını “yanlış və təhlükəli” adlandırıb.

ÜST-ün sözçüsü Tarik Jasareviç bildirib ki, elm sübut edib, peyvəndlər autizmə səbəb olmur, milyonlarla insanın həyatını xilas edir. İngiltərənin səhiyyə naziri Ues Stritinq isə xalqa “Trampın sözlərinə fikir verməyin, həkimlərə qulaq asın” çağırışı edib. İngiltərənin dərman tənzimləyici qurumu MHRA parasetamol ilə autizm arasında heç bir əlaqə olmadığını açıqlayıb.Avropa Dərman Agentliyi də oxşar bəyanat verərək “Mövcud elmi məlumatlarda əlaqə yoxdur” deyib. İspaniya və Avstraliya səhiyyə qurumları da dərmanın təhlükəsiz olduğunu təsdiqləyiblər.

Mütəxəssislər Trampın iddialarının elmi əsaslara söykənmədiyini vurğulayıblar. İsveçdə 2024-cü ildə yayımlanan və 2,4 milyon doğumu araşdıran genişmiqyaslı tədqiqat hamiləlik dövründə parasetamol istifadəsinin autizmlə əlaqəsinin olmadığını ortaya qoyub. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) bildirib ki, autizm diaqnozu 2000-ci ildə hər 150 uşaqdan 1-də görülürdüsə, 2022-ci ildə bu rəqəm hər 31 uşaqdan 1-ə yüksəlib.Həkimlərə görə bu artım həm diaqnostik meyarların genişlənməsi, həm də ailələrin daha çox müraciət etməsi ilə izah olunur.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Sentyabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see416

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see272

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see254

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see238

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see218

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see216

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see208

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see207

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see206

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see194

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see190

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see188

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see187

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see184

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see181

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see181

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see177

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see173

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see168

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri