Üstünlüyümüz var, amma hesab bizi aldatmalı deyil Qurban Qurbanov
Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.
Bu gün Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxan "Qarabağ" səfərdə "Ferentsvaroş"u 3:1 hesabı ilə məğlub etməyi bacarıb.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
"Möhtəşəm qələbə münasibətilə futbolçularımı təbrik edirəm. Futbolçularım bu qədər azarkeş qarşısında əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar. Öz azarkeşlərimizə də təşəkkür etmək istəyirəm, bizləri yalnız buraxmadılar. Üstünlüyümüz var, amma hesab bizi aldatmalı deyil. Bakıdakı oyunda daha ciddi və diqqətli olmalıyıq. Rəqib adi bir epizodda qol vurmağı bacaran komandadır. Hər şeyə Bakıda aydınlıq gələcək".
Qurbanov ilk qolu buraxdıqdan sonra həvəsdən düşmədiklərini də qeyd edib:
"Deməzdim,həvəsdən saldı. Səfərdə qapında qol görəndə bir az komandada həyəcan çoxalır. Qoldan sonra üzərimizə təzyiq çoxaldı. Lakin bir qədər sonra toparlanmağı bacardıq. İkinci hissədə qollar vurmağı bacardıq. Qarşımızda çox ciddi bir rəqib və məğlub olmağı sevməyən bir baş məşqçisi var. Bakıdakı oyunda ciddi oynayıb bu oyunun nəticəsini daha da anlamlı etməliyik".
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 20 Avqust 2025 01:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















